Bakının bir sıra yollarında tıxac müşahidə olunur

[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə…

Daha çox

Əziz Sancarın xəyalı gerçək oldu

[ad_1] Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev ABŞ-a səfəri çərçivəsində görkəmli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancara “Türk Dünyasının Mədəniyyət Səfiri” medalını təqdim edib. SİA xəbər verir ki, mükafatlandırma mərasimi Şimali Karolinada Əziz və Qven Sancar Fondunun nəzdində fəaliyyət göstərən Sancar adına Mədəniyyət Mərkəzində reallaşıb. S.Raev xatırladıb ki, dünya şöhrətli alimin mükafatlandırılması ilə bağlı qərar TÜRKSOY Daimi Komitəsinin üzvü olan nazirlər tərəfindən strukturun Şuşada keçirilən 40-cı iclasında yekdilliklə qəbul edilib. Əziz Sancar isə bunu “Nobel mükafatından daha dəyərli” adlandırıb. “Türk Dünyasının Mədəniyyət Səfiri” adı mənim xəyalım…

Daha çox

Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil

[ad_1] Göyçayda baş verən hadisənin qida zəhərlənməsi olmadığı məlum olub. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Baş verən hadisə ilə bağlı AQTA-nın mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Belə ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib. Xatırladaq ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin 5 qız tələbəsi zəhərlənmə şübhəsi ilə…

Daha çox

Qafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib

[ad_1] Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam A.Paşazadə, ilk növbədə, qardaş ölkənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çox sayda insanın dünyasını dəyişməsi barədə üzücü xəbərlə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına öz adından və Azərbaycan dindarları adından dərin hüznlə başsağlığını ifadə edib, mərhumlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. QMİ sədri Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq…

Daha çox

Plastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib

[ad_1] Xəbər verildiyi kimi, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sənan…

Daha çox

Arıqlamağın sağlam yolları NƏLƏRDİR?

[ad_1] “Çəki itirmək üçün tətbiq olunan pəhrizlər fərqli yanaşmalar təqdim edir. Amma onların hər biri müxtəlif üstünlüklərə və mümkün risklərə malikdir. Bu səbəbdən pəhriz seçimi edərkən sağlamlıq vəziyyəti, həyat tərzi və şəxsi məqsədlər nəzərə alınmalıdır. Aralıq dənizi pəhrizinin əsasını tərəvəz, meyvə, zeytun yağı, balıq, qoz-fındıq və tam taxıllar təşkil edir. Bu diyet sağlam həyat tərzinin bir parçası kimi tanınır və çəkini idarə etməkdə də təsirlidir. Faydası ondan ibarətdir ki, ürək-damar xəstəlikləri riskini azaldır. Lif və antioksidantlarla zəngindir, buna görə də həzm sistemi üçün faydalıdır. Qan şəkəri səviyyəsini tənzimləyir və diabet…

Daha çox

“Əhali daima sağlam, gənc olmalıdır”

[ad_1] “Əhalinin təbii artımı mövzusu hal-hazırda bütün ölkələrdə aktual məsələlərdən biridir, çünki bəzi ölkələrdə qlobal miqyasda sərt enmələr olur. Azərbaycanı təhlil edən zaman statistik rəqəmlərdə demoqrafik artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur. Bu qlobal prosesin tərkib hissəsidir, çünki beynəlxalq miqyasda çoxuşaqlı ailələrə maraq yoxdur. Ailə planlaşmasında 1, 2 ən yaxşı halda isə 3 uşağa üstünlük verilir. Azərbaycanda da qlobal ləngimə bu tendensiya ilə bağlıdır. Dünyada elə bir hadisə baş verməsin ki, digər ölkələrə də təsir göstərməsin, eynilə Azərbaycan da dünyanın bir parçasıdır. Azərbaycan ailəsi düşünür ki, çox olmaqdansa…

Daha çox

Əlilliyi olan şəxslərin vergi inzibatçılığı sadələşdirilir

[ad_1] “Sosial sığorta haqqında” Qanuna və Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilir. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə: • əl işlərinin satışından əldə olunan gəlirdən…

Daha çox

Sumqayıt şəhərində ekologiyaya kimlər ziyan vurur?

[ad_1] Son günlər Sumqayıt şəhəri 9 m/k ərazisi Şərq MTK-nın binası ilə üzbəüz həyətdə məskunlaşan sakin tərəfindən hər gün orada olan zirzibil yandırılır ki, bu da haqlı olaraq həm orda yaşayan sakinləri narahat edir, həm də ekologiyanı korlayır. Bəs gəlin görək aidiyyatı qurumlar məsələyə niyə biganə yanaşır? Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib: “Qeyd olunan ərazidə tullantının yandırılması ərazidə olan yarımçıq tikilidə məskunlaşmış şəxs tərəfindən törədilib. Aidiyyatı qurumlar tərəfindən vətəndaşa xəbərdarlıq olunub və ərazi nəzarətə götürülüb”. [ad_2]

Daha çox

Azərbaycanda ov mövsümü açıq elan edilib

[ad_1] Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib. SİA xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib. A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029) əldə edə bilərlər. Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların…

Daha çox