[ad_1] Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, fevralda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,92% azalaraq 3,963 ABŞ dolları təşkil edib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
“Qız qalası” su anbarından magistral suvarma kanalının tikintisinə başlanılır
[ad_1] Cəbrayıl rayonundakı “Qız Qalası” su anbarından 52 km uzunluğunda və 50 kubmetr/san ötürmə qabiliyyətinə malik magistral suvarma kanalınının tikintisi üçün hazırlıqlara başlanılıb. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir. Məlumata görə, kanalın tikintisi Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilmiş ərazilərində Araz çayı boyu yerləşən və Mil-Muğan zonasında etibarlı suvarma xidmətləri göstərəcək 252 km uzunluğunda suvarma boru kəmərləri şəbəkəsinin çəkilməsi ilə iqlimə davamlı və smart su ehtiyatlarının idarə olunması sistemini inkişaf etdirəcək. Layihənin xərclərinin bir hissəsini İslam İnkişaf Bankı ödəyəcək.…
Daha çoxEnergetika Nazirliyinə 9 mindən çox müraciət daxil olub
[ad_1] 2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 9 128 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 7 670-i müvafiq qaydada icra edilib, 1 229-u məlumat xarakterli, 229 müraciət isə icradadır. Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub. Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. [ad_2]
Daha çoxDünya bazarlarında neftin qiyməti 79 dollardan aşağı enib
[ad_1] Ötən gün dünya bazarlarında neft yenidən ucuzlaşıb. SİA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,34% və ya 0,27 dollar azalaraq 1 barelə görə 78.73 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,33% və ya 0,25 dollar azalaraq 1 barelə görə 75.19 ABŞ dollarına bərabər olub. Your browser does not support the video tag. Sizin reklam yeriniz …
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
[ad_1] Yanvarın 22-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.30% – 44,156.73 bəndədək, S&P 500 indeksi 0.61% – 6,086.37 bəndədək, Nasdaq indeksi isə 1.28% – 20,009.34 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 22-də FTSE 100 indeksi 0.04% – 8,545.13 bəndədək enib, Fransanın CAC-40 indeksi isə 0.86% – 7,837.40 bəndədək, Almaniyanın DAX indeksi isə 1.01% – 21,254.27 bəndədək artıb. Dünya bazarlarında həmçinin, avronun dollara qarşı məzənnəsi 0.02% artaraq 1.04 dollar təşkil edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz …
Daha çoxAzərbaycan və İran dəmir yolu sahəsində Strateji Əməkdaşlıq Planı imzalayıb
[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb. SİA bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata görə, sənəd ADY-nin sədri Rövşən Rüstəmovun Tehrana səfər çərçivəsində,Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında – İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb. Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər. Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş…
Daha çoxAzərbaycan neftinin qiyməti 82 dollardan aşağı düşüb
[ad_1] Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43ABŞ dolları, yaxud 0,52 % azalaraq 81,99 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,73 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun…
Daha çoxHavanın çiriklənməsinə təsir edən amillər nələrdir?
[ad_1] “Böyük şəhərlərin havasının çirklənmə səviyyəsi mexanizmi həmin şəhərlərin havası durumu və tərkibində olan kimyəvi maddələrin nəzarəti ilə o ölkənin Ekologiya Nazirliyi məşğul olur. Nazirliklərin şəhərin müxtəlif yerlərində stasionar və yarım-stasionar qurğuları olur. Hava oksigenin qəbulu, karbon və digər kimyəvi maddələri öyrənmək üçün ondan istifadə edirlər. Buda ümumi şəhərin hava vəziyyəti haqqında təsəvvür yaradır. Bakıda dəniz səviyyəsinin aşağı olması, havada karbon və kükürd kimi zərərverici maddələrin artmasına səbəb olur. Həmçinin bu çox kəskin şəkildə sağlamlığa təsir edir”. Bu sözləri ekoloq Ənvər Əliyev SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların…
Daha çox3 müntəzəm avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib
[ad_1] Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. Bu barədə SİA-ya AYNA-dan bildirilib. 62 nömrəli (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) və 217 nömrəli (Məmmədli kəndi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) marşrutlar üzrə “BakuBus” MMC, 569 nömrəli marşrut üzrə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) hüquqi şəxs “Xan Nəqliyyat R” MMC qalib elan olunublar. Marşrut xətləri…
Daha çoxAzərbaycan EBRD ilə kredit sazişi imzalayıb
[ad_1] Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb. SİA xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar. İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyev EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirilən görüş çərçivəsində baş tutub. [ad_2]
Daha çox