2024-cü ildə Energetika Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 9 128 vətəndaş müraciəti daxil olub. SİA nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 7 670-i müvafiq qaydada icra edilib, 1 229-u məlumat xarakterli, 229 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, sayğacların quraşdırılması, icazələr və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 379 vətəndaş qəbul olunub və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.