Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə lentə alınmış “Narqız” animasiya, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı keçiriləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edək ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə keçirilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqəsində qalib gəlmiş ekran əsərləridir. “Peri Film” MMC tərəfindən istehsal olunmuş “Narqız” filminin rejissoru tamaşaçıların “Tıq-tıq xanım” animasiya filmi ilə…
Daha çoxCategory: Mədəniyyət
Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək
Polad Bülbüloğlunun yubiley gecəsi keçiriləcək
Daha çoxRejissor filmin musiqisini bəyənməsə də, bəstəkara qonorar ödəniləcək
Rejissor filmin musiqisini bəyənməsə də, bəstəkara qonorar ödəniləcək. SİA xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi müəllif qonorarlarının və digər haqların ödənilməsi ilə bağlı yeni qaydalarda əksini tapıb. Belə ki, bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 faizinə qədəri ödənilir. Bundan başqa, müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı…
Daha çox2026-cı ildə üçüncü YARAT Müasir İncəsənət Məktəbini açacağıq
Biz gözəl tədbirdə – YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin yekun sərgisinin açılışında iştirak edirik. Onun təşkilatçısı YARAT Müasir İncəsənət Məkanıdır. Sərgi bu məktəbdə birillik dərs dövrünü yekunlaşdırır. Orada təhsil almaq üçün müsabiqə yolu ilə 33 tələbə seçilib. Sərgidə 22 rəssam iştirak edir, zalda 4 layihə nümayiş etdirilir. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə YARAT Müasir İncəsənət Məktəbində müəllif kursunun rəhbəri, Əməkdar incəsənət xadimi Sabina Şıxlinskaya müsahibəsində deyib. “YARAT Müasir İncəsənət Məktəbi unikal bir qurumdur. Burada müasir incəsənət təkcə rəssamlar üçün deyil, həm də kuratorlar, art-menecerlər, art-tənqidçilər və art-tədqiqatçılar…
Daha çoxBorisov “Oskar” almayacaq; heykəlcik Qərb sənətçilərinə veriləcək
“Anora”nın şansları yaxşı olsa da, aktyorun şansları azdır… …Aktyor Yuri Borisov “Anora” filminin çəkilişindən sonra medianın və ictimaiyyətin diqqətini çəkməyə başlayıb. SİA-nın məlumatına görə, film martın 2-də keçiriləcək 97-ci Akademiya Mükafatlarında qızıl heykəlcik ala bilər. Bu arada rusiyalı kinoşünas Aleksandr Şpaqin Borisovun Qərbdə tanınıb-tanınmayacağından danışıb. …Şpagin qeyd edib ki, o, bunun niyə baş verdiyini çox gözəl anlayır. Tənqidçi qeyd edib ki, bu, Rusiya kinosuna verilən mükafatın həmişə siyasiləşdirilməsi ilə bağlıdır. O, əlavə edib ki, həm Borisov, həm də “Anora”nın şansları yaxşı olsa da, aktyorun şansları…
Daha çoxMusiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli uşaq incəsənət, A.Məlikov adına 11, M.Maqomayev adına 26, L.və M.Rostropoviçlər adına 21 və 24 nömrəli onbirillik musiqi məktəbləri, 4, 10, 14, 17 və 27 nömrəli uşaq musiqi məktəblərinin müəllim kollektivi üçün məlumatlandırma sessiyaları keçirilib. İdarədən SİA-ya bildirilib ki, sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər əməkdaşlar iştirak ediblər. Sessiya zamanı attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlara toxunulub, maarifləndirici söhbətlər aparılıb və…
Daha çoxİstanbulda Azərbaycan caz musiqisi səsləndirilib
İstanbulda ənənəvi olaraq keçirilən “Türk telekom prime qəhvə” konserti bu dəfə Azərbaycan caz musiqisinə həsr edilib. Bu məqsədlə İstanbulun ən böyük mədəniyyət məkanı olan Atatürk Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyevin konsert proqramı təşkil edilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəstəkar konsertində 2004-cü ildə işıq üzü görən “Jazz in blue red green” albomunda yer alan əsərləri səsləndirib. Bunların arasında “Xoş gəldin”, “Adio”, “Good” kimi caz musiqiləri ilə yanaşı, İlyas Mirzəyevin həyat yoldaşına həsr etdiyi “Leyla” əsəri də yer alıb. Konsert izləyicilərin gur alqışları ilə müşayiət olunub. Proqramda…
Daha çoxAdil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən yanvarın 17-də saat 10:00-da Şamaxı rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilməsi nəzərdə tutulan (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 36) Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, vətəndaşların qəbulu yanvarın 18-də saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
Daha çoxAydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib
Bu gün Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib. SİA xəbər verir ki, gecədə kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Azərbaycan kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı adından birinci katib, Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adından qurumun direktoru Azər Quliyev A.Kazımzadəyə təbriklərini çatdırıblar. Tədbirin aparıcısı, Azərbaycan Dövlət…
Daha çoxMehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub
Bakıdakı Rus evində yaradıcılığı bizi tale, seçim və dəyişikliklər haqqında fəlsəfi düşüncələrə qərq edən rəssam Mehriban Şəmsədinskayanın “Bəxt çarxı” adlı fərdi sərgisinin açılışı olub. “Bəxt çarxı” daimi hərəkətin rəmzidir. Hər yeni dönüş daha güclü, daha uğurlu və daha yaxşı olmaq üçün fürsət yaradır. Mən çətin anlarda belə ümid və yenilənmə üçün yerin olduğunu göstərmək istədim”. SİA-nın məlumatına görə, bunu layihənin müəllifi sərgidən əvvəl bildirib. M.Şəmsədinskaya öz əsərlərində zəngin simvolizmdən istifadə edərək zəfər anlarının ardınca sınaqlarla, təsadüfi hadisələrin şəxsi məsuliyyətlə bir-birinə bağlı olduğunu çatdırır. Sərginin mərkəzi obrazı insan taleyinin dəyişkənliyini, təsadüflüyünü…
Daha çox