“Buğda dənəsi” “Ən yaxşı xarici film” seçilib


“Buğda dənəsi” (Buğday Tanesi) Kanadada keçirilən Çatem-Kent (Chatham-Kent) Beynəlxalq Film Festivalında “Ən yaxşı xarici film” seçilib.

SİA-nın məlumatına görə, əsər buğda tarlasında çıxan yanğında bədəninin böyük hissəsi daimi yanıqlara məruz qalan və əllərini itirən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul millət vəkili Serkan Bayramın həyatından bəhs edir.

Doğan Ümit Karacanın rejissorluğu ilə çəkilən filmdə baş rolları Ahmet Kutsi Karadoğan, Deniz Arna və Erkan Bektaş canlandırıb.

Serkan Bayram sosial media hesabında sözügedən filmlə bağlı yazıb: “Buğda dənəsi”nin Kanadada keçirilən festivalda 967 film arasından “Ən yaxşı xarici film” seçilməsi bizi çox qürurlandırdı”.

Qeyd edək ki, “Buğda dənəsi” bədii filmi bundan əvvəl də bir çox festivaldan mükafatlarla qayıdıb.

Əlaqəli Xəbərlər