Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin, əslində isə, xartiya deyilən mənasız kağız parçasının imzalanması elə ermənilərin özləri tərəfindən də çox şübhəli şəkildə qarşılanıb və bu sənədə, guya bundan sonrakı strateji tərəfdaşlığa olan inamsızlığı erməni cəmiyyətində müşahidə etmək üçün həmin ölkənin kütləvi informasiya vasitələrini izləmək kifayət edir. Strategiyasız “strateji tərəfdaşlıq” barədə erməni mediasında bir-birinin ardınca dərc olunanların nə dərəcədə ironik olduğu və sarkazmlarla zənginliyi diqqəti cəlb etməyə bilməz. Görünən odur ki, hər kəs kimi, ermənilər özləri də bunu strategiyasız, mənasız və deklorativ strateji xartiya sayırlar və bəlkə də mövcudluqları dövründə birinci dəfədir ki, haqlı görünə bilərlər…
ABŞ dövlət katibi ilə Ermənistan XİN rəhbəri arasında imzalanan sənəd ancaq deklorativ xarakterdə ola bilər
Vaşinqtondan məhz Ermənistanla bağlı bu dəfə “yeni xəbər” gələndə, daha dəqiq desək, öz cırtdan ölkələri ilə ABŞ kimi bir ölkə arasında strateji tərəfdaşlıq barədə informasiya eşidəndə ermənilər lap çaş-baş qalıblar, çünki bu məqamda onların heç nəyə ümidləri qalmayıb və etibar edəcəkləri də heç nə yoxdur. Bu da səbəbsiz deyil, çünki nəinki Amerikanın, heç Ermənistanın özünün də bununla bağlı hansısa bir strategiyası yoxdur ki, “strateji xartiya” da olsun. Amerikanın özünün belə hələ “müəmmalı” durumda olması fonunda da belə bir “xartiya” adında sənədin ortaya çıxması həqiqətən də müvafiq şübhələr doğurmaya bilməz. Ən azından bunun dekloratib olduğu qənaətində olanlar çoxluq təşkil edir və məhz onlar bu qənaətdə olmaqda haqlıdırlar da.
Diqqətə çatdıraq ki, Ermənistan hökumətinin Avropa İttifaqına qoşulma layihəsi ətrafında sonu bəlli olmayan davamlı mübahisələr demək olar ki, hələ səngiməmiş Amerikadan belə bir xəbər alan haylarin gözləri təəccübdən bərəlməyə bilməz axı. Hələ də hansısa ardıcıllıqlar baxımından ortaq məxrəcə gələ bilməyən toplumun, eləcə də bir ölkənin, yəni, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın məhz Amerikanın paytaxtında ABŞ dövlət katibi Antoni Blinkenlə heç bir strategiya olmadan strateji tərəfdaşlıq adı altında xartiya imzalanması ancaq deklorativ xarakterdə ola bilər və bunu erməni cəmiyyəti də belə qəbul etməkdədir.
İmzalanan sənədin mənasız olduğunu göstərən məqamlar kifayət qədər çoxdur
Bu hadisə, yəni, xartiya deyilən mənasız sənədin imzalanması ilə bağlı qiymətləndirmələrin miqyası olduqca böyükdür və müzakirə dairəsi də kifayət qədər genişdir. Sənədin imzalanması bir tərəfdən İrəvanın Moskvadan uzaqlaşmasının açıq “siqnalı” və “simvolu” kimi təqdim olunduğu üçün digər tərəfdən də Xartiyanın “effektivliyinə” şübhəni artırır. Şübhələri artıran məqamlardan biri də odur ki, axı Amerika tərəfində bir həftədən az müddətdə öz postunu yeni “mühafizəçiyə” təhvil verəcək administrasiya nümayəndəsi tərəfindən bu sənəd imzalanıb. Bax elə bu məqam özü də həmin sənədin mənsız, eləcə də deklorativ olduğunu göstərən məqamdır və erməni cəmiyyətində yaranan şübhələrin həm də buradan qaynaqlanması əslində, lap əvvəldən belə gözlənilən idi.
İmzalanan sənədi gözdən keçirdikdə, diqqətlə nəzərdən keçirdikdə bir çox mətləblər üzə çıxır. Əslində, həmin sənədi diqqətlə nəzərdən keçirmək heç də çətinlik yaratmır. Əvvəla ona görə ki, haqqında qeyd olunan sənəd çox böyük deyil. Digər tərəfdən də axı mənasız olan bir sənədi gözdən keçirməkdən asan nə ola bilər? Məsələ burasındadır ki, həmin sənədi nəzərdən keçirdikdə onun deklarativ xarakterini asanlıqla aşkar etmək olur və buna bir daha əminlik yaradır. Beləliklə, qeyd edək ki, həmin sənəd iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzivlik və insanlar arasında təmaslar kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini guya nəzərdə tutur. Onu da diqqətə çatdıraq ki, əksər bəndlər artıq icra olunur və hətta bir çoxu da ideoloji yüklüdür. Sanki 14 yanvar 2025-ci il tarixindən etibarən diaspor faktorunu nəzərə alan “inklüzivlik” və ya “insanlar arasında təmaslar” guya birbaşa açılacaq. Eyni zamanda, elə bir təsəvvür yaranır ki, guya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi diqqət yetirməyə dəyər bir “düstur” kimi qəbul olunur. Məsələ burasındadır ki, ABŞ-dan Ermənistana heç bir açıq-aydın zəmanətin olmaması fonunda sənədin deklarativ xarakter daşıması bir daha özünü təsdiq edir.
“Demokratiya” və “inklüzivliyi” məhz regionda sülh naminə qonşularla normal qonşuluq münasibətləri qurmaqla dəstəkləyə bilərlər
Bildiyimiz kimi, Ermənistanın “keçmiş” və indiki, hazırki siyasi elitaları bir-birinə kəskin şəkildə müxalifətdədirlər, fərqli yanaşmaları var və bir-birini parçalamağa belə hazırdırlar. Amma onlar arasında fərqli olmayan yeganə məqam məhz hər zaman “güclü axtarmaq”, eləcə də “güclüyə söykənmək” olub. Məsələ burasındadır ki, bu günə qədər, yəni, keçmiş elita üçün Rusiya “güclü” hesab olunub, bu gün isə, daha dəqiq desək, indiki siyasi elita üçün “güclü” ABŞ sayılır və onları toqquşduran məqam da budur. Zənnimizcə, kiçik bir ölkədə, cırtdan bir məmləkətdə, çox zəif bir dövlətdə belə bir təzahür tamamilə gözləniləndir. Özləri də bunu qətiyyən utancverici hesab etmirlər, əksinə, tamamilə normal sayırlar, bu halın təbii olduğunu düşünürlər. Amma onu düşünə və başa düşə bilmirlər ki, nə bu vaxta qədər güclü sayıb söykəndikləri Moskva, nə də indi güclü hesab edib sığınmaq istədikləri Vaşinqton, yeri gəlmişkən, lap elə Brüssel özü də bu gün və ya sabah Ermənistanla Azərbaycan arasında tam və yekun seçim etmək məcburiyyərində qalanda hayları seçə bilməz. Bunun məlum səbəbləri, məntiqi izahı olsa da ermənilər üçün hələ də müəmmalı olaraq qalır və vaxtında bu səbəbləri başa düşsələr ziyanın yarısından qayıtmış olarlar.
Haylar bilməldirlər, başa düşməlidirlər ki, həmin o barəsində eşitdikləri mənasız olan xartiya 2025-ci ildə də ABŞ-ı Türkiyədən uzaqlaşdıra bilməz və Vaşinqton üçün bu, qətiyyən qəbuledilən sayılmır. Əksinə, ABŞ həm Türkiyə, həm də Azərbaycan-İsrail əməkdaşlığını diqqətlə izləməkdə və buna önəm verməkdədir. İstənilən fikir ayrılıqları zaman rəsmi Moskva belə məhz Ankaranı dəstəkləmək məcburiyyətindədir və dəstəkləyəcək də. Çünki əks halda, Rusiya Federasiyasını Avrasiyadan sıxışdırmaq əleyhində olanlar üçün daha ucuz başa gələ bilən şəraitin yaranacağı qənaətindədir. Deməli, İrəvan üçün gözlənilən “irəliləyiş” məsələsində Amerikanın “yardımına”, xüsusən də həmin o strategiyasız, mənasız, deklorativ xartiyasına hayların ümid etmələrinə dəyməz. Amma haylar ümid edə bilərlər ki, onlar həmin o “demokratiya” və “inklüzivliyi” məhz regionda sülh naminə qonşularla normal qonşuluq münasibətləri qurmaqla dəstəkləyə bilərlər.
Hayların gözləntiləri yenə də puç və mənasızdır, çünki həmin gözləntilər Qərb üçün, ABŞ üçün heç bir əhəmiyyət kəsb etmir
Daha bir məqam da diqqəti cəlb etməyə bilməz və diqqətə layiqliyinə görə heç də əvvəlkilərdən geri qalmır, əksinə, daha önəmli sayıla bilər. Həmin məqamı diqqətə çatdırmaq üçün müvafiq olan məsələlər barədə vurğulanması gərəkir. Bəli, bu gün Ermənistanda həm siyasətçilər, həm də ictimai xadimlər arasında bir çoxları bir fikri təkrarlamağı xoşlayırlar ki, Rusiya məhz Ermənistan üçün effektiv təminatçı deyil. Hayların hətta böyük əksəriyyəti belə bir fikirdədirlər ki, guya onlara lazım olan məqamda Moskva nəinsə öhdəsindən gəlmədi, ermənilərə kömək də etmədi. Əvvəla, belə bir sual yaranır ki, niyə Ermənistanla bağlı məsələnin öhdəsindən Rusiya gəlməli idi? Daha bir sual da ortaya çıxır ki, axı niyə Rusiya məhz Ermənistana kömək etməli olduğu, yaxud da, kömək etməyə borclu olduğu qənaətindədirlər haylar? Ümumiyyətlə, rusların belə bir öhdəlikləri var idimi haylar qarşısında? Borclu idilərmi? Baxaq görək, kim kimə borcludur və ümumiyyətlə, mövcudluqlarına görə belə borclu olduqları ruslara qarşı haylar bu qədər xəyanətkarlıq etmələri fonunda nəyə isə, hansısa yardım, kömək ummalarına belə ermənilərin haqları çatırmı? Əlbəttə ki, çatmır, çünki öz himayədarlarına bu vaxta qədər kifayət xədər namərdlik, xəyanətkarlıq ediblər və artıq düşüncələrində olan məhz sadalananlar da müvafiq kompleksin təbii şəkildə təzahürüdür. Yəni, ruslardan kömək gözləmələrinin mənasızlığı qənaətinin fonunda bir növ, yeganə “xilas yolunu” Amerikada görmələri başadüşləndir. Amma başa düşülməyən məhz bunun da mənasız olduğunu dərk etməmələridir, çünki bununla bağlı təcrübəsi olanlara baxaraq, kifayət qədər məlumatları olmalı, yetərincə məntiqi qənaətə gəlməli idilər. Ona görə ki, belə mənasız və strategiyasız sənədlərlə bağlı elə qonşu Gürcüstanın təcrübəsi belə haylar üçün yetərli sayıla, dərs də ola bilər və əslində, olmalı da idi.
Bildiyimiz kimi, yanvarın 9-da ABŞ-ın Gürcüstanla strateji xartiya imzalamasının düz 16 ili tamam oldu. Məlum olduğu kimi, “demokratiya” və “inklüzivlik” haqqında tezislər Gürcüstanla bağlanan həmin sənəddə də var idi. İndi tamamilə başqa və məntiqi bir sual ortaya çıxır ki, bəs bu sənəd Abxaziya və Cənubi Osetiyanı qaytarması məsələsində məhz Tbilisiyə kömək etdimi? Ermənilərə xatırladaq ki, bu, ritorik sualdır. Bu sualdan haylar öz hesablarını da götürməli, nəticələrini də çıxarmalıdırlar. Başa düşməlidirlər ki, əgər ABŞ hələ də Gürcüstanla Abxaziya arasında tarazlığın yaradılması məsələsinə zərrə qədər də olsa “tövhə” verməyibsə, deməli, hayların gözləntiləri yenə də puç və mənasızdır. Haylar anlamalıdırlar ki, istər Qərb, istərsə də Rusiya həm keçmişdə, həm də indi yaranan bütün münaqişələri “tərəzidə çəkərək” özlərinə uyğun, öz maraqlarına münasib qərarlar verməli olurlar və bu zaman “erməni arzuları”, yaxud da “hayları ümidləri və gözləntiləri” heç bir əhəmiyyət kəsb etmir. Bax elə 2024-cü ildə amerikalıların özlərinin Gürcüstanla müqaviləni “dondurmaq” qərarına gəlmələri də deyilənləri təsdiq edir. Təsdiq edir ki, eyni ilə ruslar kimi, amerikalılar üçün də ermənilərin arzularının, ümidlərinin, gözləntilərinin puç olması zərrə qədər də əhəmiyyət kəsb etmir. Xüsusən də, ortada strategiya da yoxdursa, mənasız və əsassız şəkildə hansısa xartiya adında sənəd imzalanırsa, bu, deklorativ bir sənəd imzalanması deməkdir və yenə də hayların ümidlərinin puç olması təbii ki, günün reallığıdır…