…Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda erməni məhbusların məhkəmə prosesinin davam etməsindən narahatlığını bildirib.
SİA-nın məlumatına görə, o qeyd edib ki, əlçatan olan məlumat və videomateriallar həqiqətən də həyəcanvericidir. …Amma deməliyəm ki, biz bu vəziyyətə ilk növbədə məntiq və “zərər vermə” mövqeyindən yanaşırıq. Və bu məsələ bizim diplomatik gündəliyimizdə prioritetdir.
Bunu Paşinyan deyib.
O, Ermənistanın müsbət nəticələr əldə etmək üçün bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Keçən il Paşinyan bəyan etmişdi ki, erməni əsirlərin məsələsi sülh imzalanandan sonra həll olunmalıdır.
Əli Babayev