Bavariyada biri azyaşlı olmaqla iki nəfər qətlə yetirilib


Almaniyanın Bavariya əyalətindəki Aşaffenburq qəsəbəsində bıçaqlı hücum nəticəsində ölən və xəsarət alanlar var.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəsəbənin mərkəzindəki parkda aralarında azyaşlıların da olduğu bir qrup şəxs bıçaqlı hücuma məruz qalıb. Hadisə nəticəsində iki nəfər, o cümlədən iki yaşlı uşaq həlak olub. Ölənlərdən digərinin isə hücuma mane olmağa çalışan yoldan keçən 41 yaşlı şəxs olduğu bildirilir. Hücum nəticəsində bir neçə nəfər də xəsarət alıb. Onların arasında uşaqlar da var.

Polis hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı əfqan miqrantı saxlayıb. Psixi problemləri olduğu müəyyən edilən həmin şəxs qanlı hadisəni törətdikdən sonra qaçmağa çalışarkən yaxalanıb.

Polis hücumla bağlı araşdırmalar aparır.

Qanlı hadisənin törədildiyi Şöntal parkı oğurluq və hücum hallarının tez-tez baş verməsi ilə əlaqədar təhlükəli ərazi hesab olunur.

Əlaqəli Xəbərlər