İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub

Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, ictimaiyyət nümayəndələrinin və generalın ailə üzvlərinin iştirak etdiyi mərasimdə əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ümummilli Lideri Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Tədbirdə…

Daha çox

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. SİA xəbər verir ki, Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı. O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi. Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta…

Daha çox

Əlilliyi olan şəxslərin vergi inzibatçılığı sadələşdirilir

“Sosial sığorta haqqında” Qanuna və Vergi Məcəlləsinə bir sıra dəyişikliklər təklif edilir. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Qeyd edək ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə: • əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə…

Daha çox

Azərbaycan IMF-lə IV maddə üzrə məsləhətləşmələrə başlayıb

Bu gün maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə məsləhətləşmələrə dair hazırlıq işləri və bununla əlaqədar IMF-in aparacağı analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub. A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun…

Daha çox

Ceyhun Bayramov Britaniya xarici işlər naziri ilə telefon danışığı aparıb

22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. XİN-dən SİA-ya verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub. Britaniya naziri ilk öncə 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı…

Daha çox

Sumqayıt şəhərində ekologiyaya kimlər ziyan vurur?

Son günlər Sumqayıt şəhəri 9 m/k ərazisi Şərq MTK-nın binası ilə üzbəüz həyətdə məskunlaşan sakin tərəfindən hər gün orada olan zirzibil yandırılır ki, bu da haqlı olaraq həm orda yaşayan sakinləri narahat edir, həm də ekologiyanı korlayır. Bəs gəlin görək aidiyyatı qurumlar məsələyə niyə biganə yanaşır? Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib: “Qeyd olunan ərazidə tullantının yandırılması ərazidə olan yarımçıq tikilidə məskunlaşmış şəxs tərəfindən törədilib. Aidiyyatı qurumlar tərəfindən vətəndaşa xəbərdarlıq olunub və ərazi nəzarətə götürülüb”.

Daha çox

ASCO təmir etdiyi gəmilərin sayını açıqlayıb

2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 1 088 gəmi təmir edilib. SİA xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb. Ötən il təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub. Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4 707 iş yerinə yetirilib. Bu…

Daha çox

“DİF iştirakçılarının Azərbaycana böyük marağı var”

“Azərbaycan hər il İsveçrənin Davos şəhərində keçirilən, dünya liderləri və tanınmış iş adamlarının bir araya gəldikləri Davos İqtisadi Forumunun (DİF) fəal iştirakçılarındandır və ənənəsinə sadiqdir. Prezident İlham Əliyevin mötəbər toplantıya növbəti dəfə qatılması da ölkəmizin ona marağının müstəsna göstəricisidir. Nəzərə alaq ki, DİF iştirakçılarının da Azərbaycana böyük marağı vardır”. Bu sözləri SİA-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Onun sözlərinə görə, bu il yanvarın 20-dən 24-dək keçiriləcək böyük nüfuza malik DİF dünyanın yüksək reytinqli toplantılarının ön sıralarındadır: “Forum çərçivəsində təşkil olunan ayrı-ayrı iclas və müzakirə panelləri aktual əhəmiyyət…

Daha çox

İlham Əliyev Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. SİA xəbər verir ki, söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkədə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə…

Daha çox