Donald Tramp Ross Ulbriksti əfv edib

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə ömürlük həbs cəzasına məhkum edilmiş Ross Ulbriksti əfv edib. SİA-nın məlumatına görə, bu barədə Donald Tramp rəsmi ”Truth Social” internet səhifəsində paylaşım edib. O, Ulbrikstin həbs qərarını gülünc adlandırıb. Xatırladaq ki, Ross Ulbrikst internet üzərindən qadağan olunmuş məhsullar satdığına görə ömürlük həbs cəzasına məhkum edilmişdi.

Daha çox

Françeska Albanese İsrailə reaksiya verdi

Françeska Albanese İsrail ordusunun dünən İordan çayının qərb sahilinin şimalındakı ”Cenin” qaçqınlar düşərgəsinə etdiyi hücumla bağlı paylaşım edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese dayandırılmayacağı təqdirdə İsrailin Qəzza zolağında törətdiyi soyqırımı işğal altındakı İordan çayının qərb sahilində də həyata keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. SİA-nın məlumatına görə, Françeska Albanese İsrail ordusunun dünən İordan çayının qərb sahilinin şimalındakı ”Cenin” qaçqınlar düşərgəsinə etdiyi hücumla bağlı paylaşım edib. O, İsrailin Qəzzada atəşkəs razılaşmasının əldə olunmasından sonra “Cenin” Qaçqınlar Düşərgəsinə hücum etdiyini və bu hücumlar nəticəsində…

Daha çox

Tehranın çıxış yolu

İran BMT Təhlükəsizlik Şurasının sanksiyaları geri dönərsə, NSY-dən çıxacağı ilə hədələyir Donald Trampın Ağ Evə qayıtması fonunda İran hakimiyyəti növbəti dəfə nüvə proqramı ilə bağlı danışıqlara hazır olduqlarını bəyan ediblər. Tehran Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi məsələsində irəliləyişə ümid edir. Əksinə, ABŞ və onun avropalı tərəfdaşları məhdudiyyətləri sərtləşdirmək yolunu tutsalar və həmçinin BMT Təhlükəsizlik Şurasının ölkəyə qarşı sərt sanksiyalarını yenidən tətbiq etməyə imkan verən xüsusi mexanizmdən istifadə etsələr, Tehran beynəlxalq təhlükəsizlik sahəsində Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSY) razılaşmasından çıxmaqla hədələyir. Görünür, bu ilin oktyabrın 18-dək məsələ…

Daha çox

ANAMA və UNICEF arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah ilə görüşüb. Bu barədə SİA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Görüşdə mina təhlükəsi ilə mübarizə fəaliyyətinin əsas istiqamətlərindən biri olan partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində ANAMA ilə UNICEF tərəfindən ölkəmizdə birgə icra edilən layihələr, bu sahədə mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox

Arıqlamağın sağlam yolları NƏLƏRDİR?

“Çəki itirmək üçün tətbiq olunan pəhrizlər fərqli yanaşmalar təqdim edir. Amma onların hər biri müxtəlif üstünlüklərə və mümkün risklərə malikdir. Bu səbəbdən pəhriz seçimi edərkən sağlamlıq vəziyyəti, həyat tərzi və şəxsi məqsədlər nəzərə alınmalıdır. Aralıq dənizi pəhrizinin əsasını tərəvəz, meyvə, zeytun yağı, balıq, qoz-fındıq və tam taxıllar təşkil edir. Bu diyet sağlam həyat tərzinin bir parçası kimi tanınır və çəkini idarə etməkdə də təsirlidir. Faydası ondan ibarətdir ki, ürək-damar xəstəlikləri riskini azaldır. Lif və antioksidantlarla zəngindir, buna görə də həzm sistemi üçün faydalıdır. Qan şəkəri səviyyəsini tənzimləyir və diabet riskini…

Daha çox

Strategiyasız və mənasız DEKLORATİV STRATEJİ XARTİYA

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənədin, əslində isə, xartiya deyilən mənasız kağız parçasının imzalanması elə ermənilərin özləri tərəfindən də çox şübhəli şəkildə qarşılanıb və bu sənədə, guya bundan sonrakı strateji tərəfdaşlığa olan inamsızlığı erməni cəmiyyətində müşahidə etmək üçün həmin ölkənin kütləvi informasiya vasitələrini izləmək kifayət edir. Strategiyasız “strateji tərəfdaşlıq” barədə erməni mediasında bir-birinin ardınca dərc olunanların nə dərəcədə ironik olduğu və sarkazmlarla zənginliyi diqqəti cəlb etməyə bilməz. Görünən odur ki, hər kəs kimi, ermənilər özləri də bunu strategiyasız, mənasız və deklorativ strateji xartiya sayırlar və bəlkə də mövcudluqları dövründə…

Daha çox

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Komitə iclasında əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra komitə sədri iclasın 5 məsələdən ibarət gündəliyi barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib.…

Daha çox

“Əhali daima sağlam, gənc olmalıdır”

“Əhalinin təbii artımı mövzusu hal-hazırda bütün ölkələrdə aktual məsələlərdən biridir, çünki bəzi ölkələrdə qlobal miqyasda sərt enmələr olur. Azərbaycanı təhlil edən zaman statistik rəqəmlərdə demoqrafik artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur. Bu qlobal prosesin tərkib hissəsidir, çünki beynəlxalq miqyasda çoxuşaqlı ailələrə maraq yoxdur. Ailə planlaşmasında 1, 2 ən yaxşı halda isə 3 uşağa üstünlük verilir. Azərbaycanda da qlobal ləngimə bu tendensiya ilə bağlıdır. Dünyada elə bir hadisə baş verməsin ki, digər ölkələrə də təsir göstərməsin, eynilə Azərbaycan da dünyanın bir parçasıdır. Azərbaycan ailəsi düşünür ki, çox olmaqdansa az…

Daha çox

3 müntəzəm avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən edib. Bu barədə SİA-ya AYNA-dan bildirilib. 62 nömrəli (Sabunçu qəsəbəsi, dəmiryolu stansiyası – N.Tusi küçəsi) və 217 nömrəli (Məmmədli kəndi – “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi) marşrutlar üzrə “BakuBus” MMC, 569 nömrəli marşrut üzrə (Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) hüquqi şəxs “Xan Nəqliyyat R” MMC qalib elan olunublar. Marşrut xətləri müvafiq…

Daha çox

Azərbaycan EBRD ilə kredit sazişi imzalayıb

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit Sazişi” imzalanıb. SİA xəbər verir ki, sazişi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzalayıblar. İmzalanma Davosda Azərbaycan Prezidenti İlham Əliyev EBRD-nin prezidenti Odile Reno-Basso ilə keçirilən görüş çərçivəsində baş tutub.

Daha çox