Sabaha olan hava proqnozu AÇIQLANDI
Daha çoxDay: January 20, 2025
Azərbaycanın Ermənistanla təmasları davam edir
Azərbaycanın Ermənistanla postmünaqişə mərhələsində təmasları davam edir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlər keçirilir və bu il də proses davam edəcək. C.Bayramov vurğulayıb ki, növbəti belə görüşün tarixi hələ bəlli deyil. XİN başçısı həmçinin əlavə edib ki, Ermənistanla sülh müqaviləsinin mətnində 2 maddə üzrə danışıqlar hələ də davam edir.
Daha çoxGürcüstanın Bakıdakı səfiri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar qurbanlarının xatirəsini yad edib. SİA xəbər verir ki, bu barədə Gürcüstan səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib. “Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və səfirliyin əməkdaşları ilə birlikdə 35 il əvvəl Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib. 1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü”, – paylaşımda bildirilib. Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərin…
Daha çoxXRİTDX-nin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət ediblər. SİA xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha çoxBələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək. “Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb”, – MSK sədri vurğulayıb.
Daha çoxAzərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub. SİA-nın xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb. Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin…
Daha çox“Ağciyərindən güllə girmiş, ürəyindən çıxmışdı”
20 Yanvar faciəsi şəhidi Baxşəliyev Elçin Mirzə oğlunun bacısı Gülnarə Mirzəqızının SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Elçin haqqında bizə məlumat verə bilərsiniz? – 1965-ci il fevralın 12-də Bakıda anadan olub. Bakıda 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnmişdir. 2 nömrəli avtobus parkında sürücü işləmişdir. – Ailədə neçə uşaq idiniz? – Bir bacı, bir qardaş olmuşuq. – 20 yanvar faciəsini necə xatırlayırsınız? – Tanklar şəhərin mərkəzinə yerləşərkən onların məhlə içlərinə girməsinə icazə vermirdik. Elçin 19-dan 20-nə keçən gecə 2 nömrəli…
Daha çoxPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. SİA xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha çoxBitkoinin qiyməti dəyişir
ABŞ-da Bitkoin kriptovalyutasının qiyməti Melaniya Trampın buraxdığı “$TRUMP” adlı memkoinin satışa çıxarılması fonunda 100.000 dollardan aşağı düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 19-da Bitkoinin dəyəri 106 422 min dollar təşkil edirdisə, bu gün 99 000 dollara düşüb. Memkoin sosial eksperiment kimi yaradılan kriptovalyutadır. Onun qiyməti əsaslandığı fenomenin məşhurluğundan asılı olaraq dəyişir. Onun qiyməti siyasətçiyə verilən dəstəkdən asılı olur. Bu cür kriptovalyutalar heç bir dəyər daşımır və ancaq spekulyativ maliyyə aləti kimi çıxış edirlər.
Daha çoxÜç ölkənin təyyarə qəzası ilə bağlı apardığı araşdırmaların nəticələri müzakirə olunur
AZAL-ın təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır. K.Əliyev vurğulayıb ki, hər üç ölkə ayrı-ayrılıqda özünə aid məsələdə sübutlar toplayır: “Bundan sonra sübutların təhlili, təqsirləndirilən şəxslərin müəyyənləşdirilməsi təmin ediləcək. Eyni zamanda hazırda Rusiya İstintaq Komitəsi və Baş Prokurorluğu tərəfindən istintaq hərəkətləri aparılır”.
Daha çox