Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb


Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, seçki zamanı biokameralar fəaliyyət göstərəcək.

“Xarici müşahidəçilərlə bağlı müraciət qeydə alınmayıb”, – MSK sədri vurğulayıb.

Əlaqəli Xəbərlər