“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb. SİA bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata görə, sənəd ADY-nin sədri Rövşən Rüstəmovun Tehrana səfər çərçivəsində,Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında – İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb. Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər. Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının…
Daha çoxVeb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib. SİA xəbər verir ki, baxış prosesində MSK sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak edib. Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.
Daha çoxParlamentdə yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq
Milli Məclisin yaz sessiyasında yeni nəsil rəqəmsal hüquqlarla bağlı qanun layihəsi hazırlanacaq. SİA xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün İş Planına daxil edilib. Sessiyanın İş Planı komitənin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, yeni qanun layihəsi rəqəmsal məkanda vətəndaşların hüquqlarının qorunmasını nəzərdə tutacaq.
Daha çox“Overthinking sindromu” haqqında nə bilirik
“Overthinking sindromu” haqqında nə bilirik
Daha çoxAzərbaycan neftinin qiyməti 82 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43ABŞ dolları, yaxud 0,52 % azalaraq 81,99 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,73 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi…
Daha çoxABŞ-də minlərlə reys təxirə salındı
ABŞ-nin cənub ştatlarında anomal soyuq hava səbəbindən ölənlərin sayı 10 nəfərə çatıb. SİA xəbər verir ki, bu barəd “The New York Times” məlumat yayıb. Xüsusilə Texas, Alabama və Corciya ştatlarında ölüm halları qeydə alınıb. Bundan əvvəl ABŞ mediası ölənlərin sayının dörd nəfər olduğunu yazmışdı. ABŞ meteoroloji xidmətləri son günlər buzlu hava şəraiti səbəbindən ölkə daxilində yüzlərlə böyük qəza baş verdiyindən, həddindən artıq soyuqdan təsirlənən ərazilərdə sürücüləri şəxsi avtomobillərdən istifadə etməməyə və evdə qalmağa çağırıb. Texas ştatının Hyuston şəhərində iki hava limanında bütün uçuşlar təxirə salınıb. Ümumilikdə, son üç gündə ölkə…
Daha çoxZığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib
Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə SİA-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. “Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda deyilir.
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən…
Daha çoxCNN yüzlərlə əməkdaşını ixtisar edir
Amerikanın CNN telekanalı yüzlərlə əməkdaşını ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, bu barədə mənbələrə istinadən CNBC məlumat yayıb. Media orqanı hazırda biznesini qlobal rəqəmsal auditoriyaya yönəldir. Bu baxımdan, ixtisarlar telekanala istehsal xərclərini azaltmağa və işçilərdən ibarət komandaları birləşdirməyə kömək edəcək. Mənbələrin məlumatına görə, CNN tanınmış simaları işdən çıxarmayacaq. Bundan əlavə, bəzi televiziya şouları pula qənaət etmək üçün Nyu-York və Vaşinqtondan istehsalının daha ucuz başa gələcəyi Atlantaya köçürülə bilər. Qeyd edək ki, hazırda CNN-də 3500-ə yaxın işçi çalışır.
Daha çox"Netflix” qiymətləri artırır
“Netflix” qiymətləri artırır
Daha çox