Estoniyanın xarici işlər naziri Kremlin strateji səhvindən danışır …Şimali Koreya öz qoşunlarını Ukraynaya qarşı müharibəyə göndərir və bununla da işğalçı ölkə olan Rusiyaya kömək edir. Şimali Koreya qüvvələri NATO-nun sərhədlərinə yaxınlaşdığından bu iştirak həyəcanvericidir. SİA-nın məlumatına görə, bunu Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsaxna 24 Kanala açıqlamasında deyib. Onun sözlərinə görə, Şimali Koreya Rusiyanı fəal şəkildə, o cümlədən sursat və texnika ilə dəstəkləyir. Bu, Putinin zəifliyini göstərir – onun resursları faktiki olaraq tükənir. Tsaxna qeyd edib ki, Şimali Koreya qoşunlarının Avropada yerləşdirilməsi strateji səhvdir, çünki…
Daha çoxQafqaz Müsəlmanları İdarəsində türkiyəli səfirlə görüş keçirilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət müddətini başa vurmaqda olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Şeyxülislam A.Paşazadə, ilk növbədə, qardaş ölkənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin mehmanxanasında baş vermiş yanğın nəticəsində çox sayda insanın dünyasını dəyişməsi barədə üzücü xəbərlə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Türkiyə xalqına öz adından və Azərbaycan dindarları adından dərin hüznlə başsağlığını ifadə edib, mərhumlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. QMİ sədri Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin…
Daha çoxTürkiyə dünya mebel ixracatında 7-ci yerdədir
Ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə dünya mebel ixracatında 7-ci yerdədir. Mebel Dərnəkləri Federasiyası (MOSFED) tərəfindən Tüyap Konqres və Sərgi Mərkəzində və İstanbul Sərgi Mərkəzində eyni vaxtda təşkil edilən “IIFF (İstanbul Beynəlxalq Mebel Sərgisi) Beynəlxalq İstanbul Mebel Sərgisi” başlayıb. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Sərgi Mərkəzində keçirilən açılış mərasimində çıxış edən nazir Bolat Türkiyə mebel sektorunun ixraca açıldıqdan sonra dünya miqyasında şöhrət qazandığını bildirərək deyib: “Türkiyənin ümumi ixracatının 2 faizini təşkil edən mebel sektoru dünya mebel ixracının da 2 faizini təşkil edərək, dünyada 7-ci yerə yüksəldi.…
Daha çoxRus casus gəmisi altı ayda ikinci dəfə Britaniya sularına daxil olub
Böyük Britaniyanın müdafiə naziri Con Xili bildirib ki, Rusiya casus gəmisi “Yantar” yenidən Britaniya sularında görünüb. SİA-nın məlumatına görə, PAMedia xəbər verir ki, Xili bunu İcmalar Palatasında çıxışı zamanı deyib. Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın “Yantar” gəmisi hazırda Şimal dənizindədir, lakin əvvəllər Britaniya sularından keçib. Bu zaman nazirin göstərişi ilə rusları Kral Donanmasının HMS Somerset və HMS Tyne gəmiləri müşayiət edib. …Gəmi noyabr ayında da yaxından izlənildi və Böyük Britaniyanın kritik sualtı infrastrukturu üzərində gəzdiyi aşkar edildi. Bunu ingilis nazir deyib. O vurğulayıb ki, Rusiya “Yantar”dan “kəşfiyyat məlumatları toplamaq və…
Daha çoxİraqın şimalında daha 4 terrorçu zərərsizləşdirilib
İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 4 üzvü zərərsizləşdirilib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyi bəyanat yayıb. “Türkiyə Silahlı Qüvvələri terrorçulara ağır zərbələr endirməyə davam edir. İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkar edilən 4 PKK terrorçusu zərərsizləşdirilib”,-deyə bəyanatda vurğulanıb.
Daha çoxPrezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb. SİA xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı. Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər. Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən…
Daha çoxPlastik cərrah Sənan Mehdiyev barədə həbs qətimkan tədbiri seçilib
Xəbər verildiyi kimi, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Sənan Mehdiyev…
Daha çoxABŞ-ın yeni dövlət katibi bir sıra ölkənin XİN rəhbəri ilə görüşüb
Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni dövlət katibi Marko Rubio Dördtərəfli Müdafiə Dialoqu (Quad) çərçivəsində Avstraliya, Yaponiya və Hindistanın xarici işlər nazirləri ilə görüşüb. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Marko Rubio Yaponiyanın xarici işlər naziri İvaya Takeşi, Avstraliyanın xarici işlər naziri Penni Vonq və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarı Vaşinqtonda qəbul edib. Danışıqlarda Hind-Sakit okean regionunda təhlükəsizlik, iqtisadi imkanlar və beynəlxalq hüquq kimi məsələlər müzakirə edilib. Dörd ölkə, status-kvonun birtərəfli hərəkətlərlə dəyişdirilməsi cəhdlərinə qarşı olduqlarını bəyan ediblər. Bundan əlavə, AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında nüvə sualtı…
Daha çoxHərbi təhlükəsizliyimizi hamburgerlərə dəyişmək fikrində deyilik
“Biz hərbi təhlükəsizliyimizi hamburgerlər və alman avtomobilləri ilə dəyişmək fikrində deyilik”. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü Amerika prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışına cavab olaraq bəyan edib. O bildirib ki, Fransa və Avropa İttifaqı hərbi təhlükəsizliyi hamburgerlərlə dəyişməyəcək. Nazir, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne tərəfindən bir gün əvvəl qaldırılan ticarət müharibəsinin qarşısını almaq üçün Avropa İttifaqı ilə ABŞ arasında “sövdələşmə” perspektivi ilə razılaşmadığını da deyib. “Təhlükəsizliyimizi həvalə etməkdən söhbət gedə bilməz. Stefan Sejurne yenidən silahlandırılmanı təşviq etməkdə haqlı idi,…
Daha çoxRusiya ilə Özbəkistan arasında strateji tərəfdaşlıq proqramı imzalanıb
Rusiya ilə Özbəkistan arasında 2026-2030-cu illər üçün hərbi sahədə strateji tərəfdaşlıq proqramı imzalanıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiyanın müdafiə naziri Andrey Belousov Özbəkistanın paytaxtı Daşkənddə olub və özbək həmkarı Şuxrat Xalmuxamedov ilə görüşüb. Belousov burada etdiyi açıqlamada Özbəkistan tərəfi ilə birgə görülən işlərin Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edərək, “Rusiya və Özbəkistan uzun illərdir strateji tərəfdaşdır və dost ölkələrdir” deyib. Belousov Özbəkistanla əməkdaşlığın inkişaf etdiyini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyulacağını bildirib.…
Daha çox