Ərəbistanda robotla ürək əməliyyatı həyata keçirilib

Ərəbistanda robotla ürək əməliyyatı həyata keçirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında ‘’Kral Faysal Mütəxəssis Xəstəxanası və Araşdırma mərkəzi’’ robot yardımlı texnologiyadan istifadə edərək süni ürək pompası implantasiyasını uğurla həyata keçirdiyini açıqlayıb. Xəstəxanadan verilən açıqlamada bildirilir ki, əməliyyat 35 yaşında ürək çatışmazlığı, böyrək və ağciyərində ağırlaşmaları olan xəstə üzərində aparılıb. Əməliyyatda ABŞ-ın sağlamlıq texnologiyaları olan “Abbott” şirkəti tərəfindən hazırlanan “HeartMate” 3 süni ürək pompasından istifadə edilib.

Daha çox

Qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilər

Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Qeyd edək ki, qeyd olunan…

Daha çox

Azərbaycan və Pakistan Quru Qoşunları arasında təlimat sənədi imzalanıb

Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini general-mayor İlqar Lətifov Azərbaycanda rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün keçirilən birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Sonda “Azərbaycan Ordusunun Quru Qoşunları ilə Pakistan Ordusunun Quru Qoşunları arasında Qərargah danışıqlarının keçirilməsinə dair Təlimat”…

Daha çox

Azərbaycan və “Wind Systems A/S” külək enerjisi əməkdaşlığını müzakirə edib

Azərbaycan və “Wind Systems A/S” şirkəti arasında külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində şirkətin vitse-prezidenti Morten Dirholm ilə görüşdə baş tutub: “Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”.

Daha çox

“Dünya İqtisadi Forumunun “Davos Zirvəsi” başlayır”

“Dünya İqtisadi Forumunun “Davos Zirvəsi” başlayır. Bu il “Ağıl dövründə əməkdaşlıq” mövzusu altında təşkil edilən sammitə 130-dan çox ölkədən iş adamları, siyasətçilər, alimlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin daxil olduğu 3000 iştirakçının qatılacağı gözlənilir”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Onun sözlərinə görə, bu forumda yeni texnologiyaların necə istifadə ediləcəyi və həyat keyfiyyətinin necə yüksəldiləcəyi, qlobal iqtisadiyyatdan necə faydalanılacağı, sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi yolları müzakirə ediləcək: “220 sessiyada müzakirə ediləcək sessiyalarda çıxış edənlər ABŞ-ın yeni siyasətləri, qlobal əməkdaşlığın tədricən zəifləməsi nəticəsində ortaya çıxan parçalanma, ticarət siyasəti,…

Daha çox

Müəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirilib

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin “SAKPATENTİ”nin sədr müavini xanım Tika Nebieridze “Basqalı” Azərbaycan rəqsinə və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısına olan hüquqların Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulması ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, Tika Nebieridze Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə oktyabrın 21-də ünvanladığı məktubunda Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. Məktubda ilk olaraq, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə…

Daha çox

ABŞ Meksika sərhədi ilə bağlı siyasətini gücləndirir

ABŞ Meksika sərhədi ilə bağlı siyasətini gücləndirir. SİA “Türkiyə’’ qəzetinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Pentaqon Meksika sərhədində təhlükəsizliyin gücləndirilməsi üçün bölgəyə əlavə 1500 əsgər göndərəcəyini açıqlayıb. Digər tərəfdən “The Washington Post’’ Gömrük Sərhəd Xidmətinin sənədlərinə istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Tramp qanunsuz mühacirlərinin axınının qarşısını almaq üçün Meksika sərhədinə 10 min hərbiçi göndərməyi planlaşdırır.

Daha çox

YAP Veteranlar Şurasının iclası keçirilib

Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib. YAP-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək, iclasda YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunlarının və 2025-ci il üçün Tədbirlər Planının müzakirə ediləcəyi barədə məlumat verib. Ötən ilin ən mühüm hadisəsinin fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkiləri olduğunu qeyd edən YAP Veteranlar Şurasının sədri, Prezident İlham Əliyevin Zəfər seçkisində möhtəşəm qələbəsinin xalqın iradəsinin ifadəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bütün dünya bir daha ölkəmizdə Xalq-Lider birliyinin sarsılmazlığına şahid oldu.…

Daha çox

Kamran Əliyev Qaradağda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev yanvarın 23-də Qaradağ rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Qaradağ rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak edən 25 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv…

Daha çox