“Azərbaycan Dəmir Yolları” QSC (ADY ) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən SİA-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər. Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxBalasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI)
Balasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI)
Daha çoxDövlət Xidməti Sabirabadda gənclər üçün tədbirlər keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Sabirabad rayonunda tədbirlər keçirilib. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində həmin rayondan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz veriblər. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik,…
Daha çox“İndi arxalarını çevirib oynayırlar”
Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlilicanzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Bayağı mahnılara qarşı necə mübarizə aparmaq lazımdır ki, bunun qarşısı alınsın? – Bilirsiniz, Sovet dövründə toyxanalar səviyyəsində mahnılar çox yazılırdı. Əvvəllər toyxana vardı, toyxanada muğam ifaçıları vardı. Onların da sambalı vardı və rəqslər çalınardı. Bizdə Maştağa kəndində belə idi. Saat 1-də musiqiçilər gələrdilər, rəqs havaları çalardılar, dincələrdilər sonra yenə çalardılar. Saat 7-də içəri muğam girərdi. Muğamat saat 12-yə qədər oxuyardı, 12-dən sonra dincələrdilər, yarım saatdan sonra aşıqlar gələrdilər.…
Daha çoxBölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir
“İrəvanın silahlandırılması ilk növbədə Azərbaycana qarşı təzyiq və təxribat planlarına xidmət edir” Nikol Paşinyan hökümətinin 44 günlük müharibədən sonra Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə bölgədə maraqları olan dünya güclərinin əlaltısına çevrilməsi, yeni müharibə törətmək yolunu tutması, bu məsələdə Fransa, ABŞ, Avropa İttifaqı kimi iri siyasi güclərdən açıq dəstək alması gün kimi aydın həqiqətdir. Ağlı başında olan istənilən hər kəs görür ki, tarix boyu Cənubi Qafqazda stukaçılıq missiyası daşıyan marionet Ermənistan dövləti, bu dəfə də eyni missiya üçün həvəslənib. Rəsmi İrəvan bu dəfə yüz illiklər boyu ağası olan Rusiyadan üzünü çevirərək,…
Daha çoxRusiyadan Ukraynaya raket hücumu olub
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Ukraynanın Zaporojya şəhərinə PUA və raket zərbəsi endirib. Zaporojya vilayətinin qubernatoru İvan Fedorov açıqlamasında bildirib ki, raket hücumu nəticəsində 47 yaşlı bir nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlar arasında 2 aylıq körpənin də olduğunu qeyd edən Fedorov, hücum zamanı yaşayış binalarının zərər gördüyünü bildirib. Gecə boyu həyata keçirilən hava hücumları nəticəsində 20 mindən çox insanın işıqsız qaldığını, 17 min insanın isə istilik xidməti ala bilmədiyini bildirən Fedorov, bir enerji obyektinin…
Daha çox13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi onlardan 10,9 min şəxsi münasib işlərlə təmin edib. Həmçinin ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar. Eyni zamanda agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib.
Daha çoxAdada 77 dovşan ölü tapıldı
Yaponiyada 77 dovşanın şübhəli şəkildə ölü tapıldığı Okuno adasında dovşan təpikləyərkən tutulan şəxs heyvanlara qarşı zorakılıq ittihamı ilə saxlanılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, fiziki zorakılığa məruz qalaraq öldürülən digər dovşanların da eyni şübhəlinin qurbanı olduğu düşünülür. Yaponiyanın Xirosima prefekturasında “Dovşan adası” kimi tanınan Okuno adası insanı heyrətləndirən hadisəyə şahidlik edib. Adada dovşana təpik vuraraq onun ölümünə səbəb olan şəxs ətrafdakıların hadisəni fərq etməsindən sonra heyvanlara qarşı zorakılıqda şübhəli bilinərək saxlanılıb. Bildirilib ki, şübhəli şəxs, özəl şirkətdə çalışan 25 yaşlı Riku Hotta cinayət başında yaxalandığı hadisə ilə bağlı…
Daha çoxHəcc ziyarətinin qiyməti niyə bahalaşdı?
Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə bu il daha yüksəkdir. Belə ki, 2024-cü ildə həcc ziyarəti üçün paketin qiyməti 5 850 ABŞ dolları, bu il isə 5 950 ABŞ dolları müəyyənləşdirilib. Bəs, buna səbəb nədir? SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangirinin fikirlərini öyrənib. Onun sözlərinə görə, həcc ziyarəti üçün paketin məbləği Səudiyyə Ərəbistanındakı qiymətlərə uyğunlaşdırılaraq təyin edilir: “Biz çox çalışdıq ki, keçən ilki qiyməti saxlayaq, lakin heç cür alınmadı. Səudiyyə Ərəbistanında hər şey bahalaşıb. Buna baxmayaraq, biz ötənilki qiyməti…
Daha çoxDeputatlar azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq
Milli Məclisin deputatları azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaqlar. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üzrə İş planına məsələ daxil edilib. Bildirilib ki, deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq, aqrar sahədə əldə olunan nəticələri təbliğ edəcəklər.
Daha çox