Türkiyə Milli Müdafiə Nazirliyi son bir həftədə 69 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 1-dən İraqın şimalında 64, Suriyanın şimalında isə 157 olmaqla ümumilikdə 221 terrorçu zərərsizləşdirilib. Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: “İlk olaraq Kartalkaya/Boluda baş verən yanğında həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaralananlara şəfa, soylu türk millətinə başsağlığı diləyirik. Yanvarın 1-dən İraqın şimalında 64, Suriyanın şimalında 157 olmaqla 221 terrorçu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələrimizin terrorla mübarizəsi bir nəfər də olsun terrorçu qalmayana qədər əzm və qətiyyətlə davam…
Daha çoxMilli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 23-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə 2 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin Aqrar siyasət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 10 iclası keçirilib və həmin iclaslarda digər məsələlərə baxılmaqla yanaşı, 8 qanun layihəsi qəbul edilib. Payız sessiyası dövründə komitə sədri və üzvləri bir sıra tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən…
Daha çoxİlham Əliyev Ərdoğana zəng edib
Prezident İlham Əliyev yanvarın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib. O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib. Türkiyə Prezidenti…
Daha çoxİcbari Sığorta Bürosu ötən il 967 min manata yaxın kompensasiya ödəyib
2024-cü ildə İcbari Sığorta Bürosu (İSB) sığortasız və naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə ümumilikdə 966 559 manat məbləğində kompensasiya ödəyib. SİA xəbər verir ki, bu barədə İSB məlumat yayıb. Hesabat dövründə 252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) ilə nəticələnmiş hadisələrə görə 41 000 manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 634 manat məbləğində ödənişlər həyata keçirilib. Kompensasiya ümumilikdə 403 şəxsi əhatə edib. İSB-dən bildirilib ki, kompensasiya…
Daha çoxBakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY ) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən SİA-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər. Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar. Bütün xəbərlər Facebook səhifəmizdə
Daha çoxBalasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI)
Balasanyan istintaqa təhvil verilir (SƏS TV – CANLI)
Daha çoxDövlət Xidməti Sabirabadda gənclər üçün tədbirlər keçirib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Sabirabad rayonunda tədbirlər keçirilib. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsində həmin rayondan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz veriblər. Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik,…
Daha çox“İndi arxalarını çevirib oynayırlar”
Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlilicanzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Bayağı mahnılara qarşı necə mübarizə aparmaq lazımdır ki, bunun qarşısı alınsın? – Bilirsiniz, Sovet dövründə toyxanalar səviyyəsində mahnılar çox yazılırdı. Əvvəllər toyxana vardı, toyxanada muğam ifaçıları vardı. Onların da sambalı vardı və rəqslər çalınardı. Bizdə Maştağa kəndində belə idi. Saat 1-də musiqiçilər gələrdilər, rəqs havaları çalardılar, dincələrdilər sonra yenə çalardılar. Saat 7-də içəri muğam girərdi. Muğamat saat 12-yə qədər oxuyardı, 12-dən sonra dincələrdilər, yarım saatdan sonra aşıqlar gələrdilər.…
Daha çoxBölgədə sülh və təhlükəsizlik Ermənistan üzərindən təhdid edilir
“İrəvanın silahlandırılması ilk növbədə Azərbaycana qarşı təzyiq və təxribat planlarına xidmət edir” Nikol Paşinyan hökümətinin 44 günlük müharibədən sonra Azərbaycanla sülh sazişi imzalamaq əvəzinə bölgədə maraqları olan dünya güclərinin əlaltısına çevrilməsi, yeni müharibə törətmək yolunu tutması, bu məsələdə Fransa, ABŞ, Avropa İttifaqı kimi iri siyasi güclərdən açıq dəstək alması gün kimi aydın həqiqətdir. Ağlı başında olan istənilən hər kəs görür ki, tarix boyu Cənubi Qafqazda stukaçılıq missiyası daşıyan marionet Ermənistan dövləti, bu dəfə də eyni missiya üçün həvəslənib. Rəsmi İrəvan bu dəfə yüz illiklər boyu ağası olan Rusiyadan üzünü çevirərək,…
Daha çoxRusiyadan Ukraynaya raket hücumu olub
Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Ukraynanın Zaporojya şəhərinə PUA və raket zərbəsi endirib. Zaporojya vilayətinin qubernatoru İvan Fedorov açıqlamasında bildirib ki, raket hücumu nəticəsində 47 yaşlı bir nəfər ölüb, 25 nəfər yaralanıb. Xəsarət alanlar arasında 2 aylıq körpənin də olduğunu qeyd edən Fedorov, hücum zamanı yaşayış binalarının zərər gördüyünü bildirib. Gecə boyu həyata keçirilən hava hücumları nəticəsində 20 mindən çox insanın işıqsız qaldığını, 17 min insanın isə istilik xidməti ala bilmədiyini bildirən Fedorov, bir enerji obyektinin…
Daha çox