ABŞ helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb

[ad_1] ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) Reyqan Milli Hava Limanı yaxınlığında helikopter uçuşlarını qeyri-müəyyən müddətə məhdudlaşdırıb. SİA xarici mediaya istinadən xəbər verir ki, bu qərar “American Airlines” aviaşirkətinin sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin toqquşması və nəticədə 67 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra verilib. Yalnız hava limanı və yaxınlıqdakı körpülər arasında uçmasına icazə verilən polis və tibbi helikopterlərə istisna tətbiq edilir. [ad_2]

Daha çox

Makron nazirlərinin ümumi sayını hesablamağı öhdəsinə götürüb

[ad_1] Ölkədə qeyri-sabitlik hələ də davam edir və Fransua Bayrounun rəhbərlik etdiyi administrasiyanın senzurası əlavə yeni nazirlərin təyin edilməsinə səbəb ola bilər. Ancaq bütün bunlara baxmayaraq, “42mag.fr” portalı son səkkiz il ərzində Emmanuel Makron nazirlərinin ümumi sayını hesablamağı öhdəsinə götürüb. SİA xəbər verir ki, “42mag.fr” portalının məlumatına əsasən, V Respublika dövrü ərzində Makron nazirlərinin sayı ilə rekord vurub. 2017-ci ildə ilk dəfə seçiləndən bəri onun 158 naziri olub. Bu hesablama digər siyasətçilər tərəfindən də aparılıb. Respublikaçılar partiyasından olan Senatın sədri 160 nazir olduğunu deyərək, daha iki naziri əlavə edib. Hesablamalara…

Daha çox

Almaniyada miqrantlarla bağlı vacib qərar

[ad_1] Bundestaqın yanvarın 31-də keçirilən iclasında Xristian Birlik (CDU/CSU) partiyalarının irəli sürdüyü miqrasiya siyasəti ilə bağlı qanun layihəsi səsverməyə çıxarılıb. SİA xəbər verir ki, uzun və gərgin müzakirələrdən sonra keçirilən səsvermədə Bundestaqın 733 üzvündən 693-ü iştirak edib. Qanun layihəsinin lehinə 338, əleyhinə 350 deputat səs verib, 5 nəfər isə bitərəf qalıb. Qeyd edək ki, “Axını məhdudlaşdırma qanunu” Almaniyaya miqrant axınının məhdudlaşdırılmasını, ölkəyə mühacirət etmiş şəxslərin ailə üzvlərini də gətirməsini nəzərdə tutan “ailə birləşməsi”nin dayandırılmasını və federal polisə barələrində ölkəni tərk etmək qərarı çıxarılan şəxsləri nəzarət altında tutmaq və saxlamaq səlahiyyətinin…

Daha çox

İŞİD-ə qarşı əməliyyat zamanı 46 nəfər saxlanıldı

[ad_1] Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. SİA xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib. Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər və qadağan olunmuş nəşrlər müsadirə edilib. [ad_2]

Daha çox

Təyyarənin qəzaya uğradığı yerdən daha bir nəfərin meyiti tapıldı

[ad_1] ABŞ fövqəladə hallar rəsmiləri Vaşinqton səmasında sərnişin təyyarəsinin hərbi helikopterlə toqquşması nəticəsində həlak olan şəxslərdən daha bir nəfərin cəsədinin tapıldığını açıqlayıb. SİA xəbər verir ki, bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinin rəhbəri Con Donnelli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, qəza yerindən 41 nəfərin cəsədi çıxarılıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib. Xatırladaq ki, hadisə 30 yanvar səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb. [ad_2]

Daha çox

Trampla Netanyahunun görüşəcəyi tarix BƏLLİ OLDU

[ad_1] ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında fevralın 4-də görüşün baş tutacağı təsdiqlənib. SİA bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib. “Baş nazir Netanyahunun fevralın 4-də işgüzar səfər və prezidentlə görüş üçün burada olacağını təsdiq edə bilərəm”, – Ağ Ev nümayəndəsi bildirib. [ad_2]

Daha çox

Tramp ABŞ qüvvələrinin Suriyadan çıxarılması imkanlarını araşdıracaq

[ad_1] Prezident Donald Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması imkanlarını araşdıracaq. SİA xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karolin Levit bildirib. “ABŞ Silahlı Qüvvələrinin baş komandanı kimi Tramp istənilən vaxt qoşunların xaricə göndərilməsinə yenidən baxmaq hüququnu özündə saxlayır”, – deyə mətbuat katibi qeyd edib. [ad_2]

Daha çox

Tramp təyyarə qəzasına görə onları günahlandırdı

[ad_1] ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı təyyarə qəzasında hərbi helikopterin ekipajını günahlandırıb. SİA xəbər verir ki, ABŞ lideri bu haqda “Truth Social”da yazıb. O hesab edir ki, “American Airlines” sərnişin təyyarəsi ilə toqquşan “Black Hawk” hərbi helikopteri həddindən artıq hündürlükdə uçduğu və icazə verilən maksimum 60 metr hündürlüyünü xeyli keçdiyi üçün qaydaları pozub. Xatırladaq ki, hadisə dünən səhər saatlarında baş verib. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb. [ad_2]

Daha çox

Ukraynada cəbhə xəttində nadir silahlar aşkarlanıb…

[ad_1] …ekspert onların haradan gəldiyini izah edir Rusiya ordusu istehsalı uzun illər əvvəl dayandırılmış nadir D-74 topları ilə silahlanıb. SİA xəbər verir ki, telegram kanalında müvafiq fotoşəkilləri dərc edən ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun sözlərinə görə, bu 122 mm-lik silah, ehtimal ki, işğalçılara Şimali Koreyadan gətirilib. Ekspert qeyd edir: “D-74, hətta bütün təcrübəli artilleriyaçıların karyerası ərzində qarşılaşmadığı unikal korpus artilleriya silahıdır”. Onun sözlərinə görə, silah 1947-1950-ci illər arasında hazırlanıb və 1960-cı ildən sovet ordusundan çıxarılaraq ixrac edilib. İstehsalın dayandırılması və ümumi “satış” nəticəsində SSRİ-də D-74 arsenalı demək…

Daha çox

Şimali Koreyalılar ağır itkilərdən sonra cəbhə xəttindən yoxa çıxıblar..?

[ad_1] İki həftədən artıqdır ki, onlara diqqət yetirilmir… …Ruslar tərəfində döyüşən Şimali Koreya qüvvələri döyüşlərdəki ağır itkilərdən sonra Kursk vilayətində cəbhə xəttindən çıxarılıblar. SİA-nın məlumatına görə, bu barədə “The New York Times” yazıb. Beləliklə, Ukrayna və ABŞ rəsmiləri bildiriblər ki, Rusiya qoşunları ilə birlikdə Ukraynaya qarşı vuruşan Şimali Koreya əsgərləri ağır itki verdikdən sonra cəbhə xəttindən geri çəkiliblər. Nəşrin anonim mənbələri qeyd edir ki, Şimali Koreya qoşunları təxminən iki həftədir cəbhədə gözə dəymir. Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya 11 minə yaxın əsgər göndərdiyi deyilir. Ukrayna…

Daha çox