[ad_1] ABŞ Prezidenti Donald Tramp Filadelfiyada baş verən təyyarə qəzası ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. “Pensilvaniya ştatının Filadelfiya şəhərində təyyarənin qəzaya uğramasını görmək çox kədərlidir. Daha çox günahsız insan həlak olub”, – paylaşımda qeyd olunub. Tramp həmçinin hadisə yerində görülən işlərə görə bütün xüsusi xidmət əməkdaşlarına təşəkkür edib. [ad_2]
Daha çoxCategory: Dünya
Çin “Mach 4” hərbi reaktiv mühərrikini sınaqdan keçirib
[ad_1] Çinin Taihang Milli Laboratoriyasının Aerokosmik Mühərrik Tədqiqat Mərkəzinin mütəxəssisləri süni intellekt texnologiyası ilə təchiz edilmiş “Mach 4” mühərrikinin yerüstü sınaqlarını uğurla başa çatdırıblar. SİA xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb. Nəşrin məlumatına görə, adı açıqlanmayan mühərrik hərbi məhsul üçün “təchizat zəncirinin 100% lokallaşdırılması” tələblərinə cavab verir. Taihang Milli Laboratoriyası Çinin J-20 döyüş təyyarələrini gücləndirən “Taihang” seriyalı təyyarə mühərrikləri üzərində işi ilə tanınır. Bu sınaqların elanı Çinin uçuş sürəti səs sürətindən dörd dəfə yüksək olan hərbi təyyarə üzərində işlədiyinin ilk rəsmi təsdiqi idi. Qəzet izah…
Daha çoxABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün hər hansı səbəb yoxdur
[ad_1] İran rəhbərliyi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür. SİA xəbər verir ki, bu barədə ölkənin baş diplomatı rəhbəri Abbas Araqçi bildirib “Al Jazeera“ telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, etimadın bərpası üçün ilk addım ola bilər. “Bunun baş verməsi üçün səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir səbəb görmürəm. Amma təbii ki, onların hansı siyasət yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını görmək lazımdır”, – Araqçi qeyd edib. [ad_2]
Daha çox5,7 ballıq zəlzələ bu ölkəni silkələdi
[ad_1] Ekvadorda 5,7 maqnitudalı zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri Ambato şəhərindən 91 km şimal-şərqdə, zəlzələ ocağı 40 km dərinlikdə yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur. [ad_2]
Daha çox“SpaceX”in gündə 3-4 peyki yanır
[ad_1] “SpaceX” şirkəti “Starlink” rabitə peyklərinin orbitdən çıxarılma tezliyini artırıb. Hər gün dünyada bu qrupdan olan 3-4 peyk atmosfer qatında yanır. SİA xəbər verir ki, bu hadisənin 2024-cü ilin may ayından bəri aşkar hal aldığı bildirilir. 2025-ci ilin yanvarında “SpaceX” 87 peyk yandırıb. Bununla yanaşı şirkət ayda 55 yeni aparat yaradır, 200-ə yaxın peyk buraxır. “SpaceX”in köhnə peykləri yenisi ilə əvəzlədiyi ehtimal edilir. Lakin şirkət hər ay 100-ə yaxın peykin məhv edilməsinin səbəbini izah etməyib. Bildirilir ki, təbii amillər də buna təsir edə bilər. 2024-cü ilin may ayında Günəşdə Yerin…
Daha çoxABŞ-da növbəti təyyarə qəzası baş verib
[ad_1] ABŞ-ın Filadefiya şəhərində kiçik təyyarə qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə Filadelfiyanın şimal-şərqindəki “Ruzvelt” alış-veriş mərkəzi yaxınlığında baş verib. Federal Aviasiya Administrasiyasının məlumatına görə, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb. Qəza ərazisində böyük yanğın baş verib, evlərə və avtomobillərə ziyan dəyib. Təyyarədə altı nəfərin olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib. [ad_2]
Daha çoxÇin bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
[ad_1] BMT Təhlükəsizlik Şurasına sədrlik bir ay müddətinə Çinə keçib. Yanvarda təşkilata Əlcəzair sədrlik edib. SİA xarici mediaya istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası üzvlərinin fevralda keçiriləcək iclaslarının mövzularından biri Yaxın Şərqdəki vəziyyət olacaq. Ümumilikdə, ay ərzində BMT Təhlükəsizlik Şurası təxminən iyirmi açıq iclas və qapalı məsləhətləşmələr keçirəcək. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən, o cümlədən 5 daimi üzvdən – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadan ibarətdir. Təhlükəsizlik Şurasında təmsil olunan dövlətlər öz işinə növbə ilə ingilis dilinin əlifba sırası ilə rəhbərlik edirlər. Ölkənin Təhlükəsizlik Şurasına…
Daha çoxBu ölkə Fransadan təzminat tələb edir
[ad_1] Əlcəzairdə Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtı çatıb. SİA ölkə mediasına istinadən xəbər verir ki, bunu Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali bildirib. Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını deyib. “Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də…
Daha çoxAğ ev Tramp-Netanyahu görüşünü təsdiqləyib
[ad_1] ABŞ Prezidenti Donald Tramp fevralın 4-də Ağ evdə İsrailin Baş naziri Binyamin Netanyahunu qəbul edəcək. SİA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ evin mətbuat katibi Karolin Levitt deyib. Bununla da Ağ evin rəsmisi iki lider arasında gözlənilən görüş barədə İsrail tərəfinin məlumatını təsdiqləyib. Qeyd edək ki, bundan əvvəl İsrailin “Kan” dövlət televiziyası Netanyahunun fevralın 2-də Vaşinqtona uçacağını, fevralın 4-də isə Trampla görüşəcəyini bildirmişdi. [ad_2]
Daha çoxMyanmada fövqəladə vəziyyət rejimi altı ay uzadılıb
[ad_1] Myanma hakimiyyəti ölkədə fövqəladə vəziyyət rejimini altı ay uzadıb. SİA xəbər verir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının yekununa dair qərarda bildirilir. Sənədə əsasən, Təhlükəsizlik Şurasının üzvləri fövqəladə vəziyyətin müddətinin daha altı ay uzadılması barədə yekdilliklə qərar qəbul ediblər. [ad_2]
Daha çox