[ad_1] Ermənistanda Zəngəzur mis-molibden kombinatının işçiləri artıq ikinci gündür ki, əməkhaqqının 50 % artırılması tələbi ilə aksiya keçirirlər. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Ermənistanın mədənçilər, metallurqlar və zərgərlərin həmkarlar ittifaqları respublika birliyinin sədri Eduard Paxlevanyan müəssisəyə gələrək bildirib ki, işçilər kombinatın rəhbərliyinə öz tələbləri barədə məlumat verməyib və tətil edəcəkləri ilə bağlı xəbərdarlıq etməyiblər. “İndi biz bu işçilərin şirkət rəhbərliyi ilə görüşünü təşkil etmək istəyirik. Əgər rəhbərlər imtina etsə, biz işçilərə tətilin qanuni sayılması üçün hansı tələblərin yerinə yetirilməli olduğunu izah edəcəyik”, – o əlavə…
Daha çoxCategory: Dünya
Çində Yeni il qala-konsertində robotlar da rəqs edib
[ad_1] Çin Mərkəzi Televiziyasının (CCTV) Çin Yeni ili və ya yaz festivalı münasibətilə təşkil etdiyi qala-konsertdə insanabənzər robotlar maraqlı rəqs nömrəsi təqdim edib. SİA xəbər verir ki, Çinin “Unitree” şirkətinin istehsalı olan 16 robot bir o qədər rəqqas qızla birlikdə səhnəni bölüşüblər. Ənənəvi Çin rəqsi olan “Yankgko”nu ifa edən robotlar rəqsin bütün elementlərinin, habelə yaylıq fırlatmanın öhdəsindən gəliblər. Bununla “Fuxi” adlı robotlar ənənəvi incəsənət ilə texnologiyanın nailiyyətlərini birləşdirməyi bacarıblar. İstehsalçı şirkətin nümayəndəsi bildirib ki, robotların hazırlanmasında süni intellektdən (AI) istifadə olunub. Hər birinin hündürlüyü 1,8 metr, çəkiləri 47 kiloqram olan…
Daha çoxAlmaniyanın doqquzuncu Prezidenti Horst Köhler vəfat edib
[ad_1] Almaniya Federativ Respublikasının doqquzuncu Federal Prezidenti Horst Köhler 81 yaşında vəfat edib. SİA xəbər verir ki, sabiq Prezident ağır xəstəlikdən dünyasını dəyişib. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Horst Kohlerin vəfatı ilə bağlı həyat yoldaşına göndərdiyi başsağlığı məktubunda bildirib: “Ölkəmiz üçün və dünyada böyük xidmətləri olan çox nüfuzlu və son dərəcə sevilən bir insanı itirdik”. Qeyd edək ki, 1943-cü ildə Polşanın Skierpiszov qəsəbəsində doğulan Hörst Köhler 2004-cü il mayın 23-də Xristian Birlik partiyalarının (CDU/CSU) və Azad Demokrat Partiyasının (FDP) namizədi kimi Almaniyanın doqquzuncu Prezidenti seçilib. O, 2009-cu il mayın 24-də ikinci…
Daha çoxSankt-Peterburqda polis maşınının iştirakı ilə baş verən qəzada bir nəfər ölüb
[ad_1] Rusiyanın Sankt-Peterburq şəhərində biri polis maşını olmaqla üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. “Bu gün saat 08:41-də baş vermiş qəza nəticəsində xəsarət alanlar var”, – mətbuat xidməti bildirib. Yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb. Qəzanın təfərrüatları araşdırılır. Sankt-Peterburq Prokurorluğunun “Telegram” kanalında qeyd olunduğu kimi, hüquq-mühafizə orqanları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan prosessual yoxlamanın gedişatı və nəticələri nəzarətdə saxlanılır. [ad_2]
Daha çoxDaha bir israilli girov qaytarıldı
[ad_1] Qəzza zolağında girovların mübadiləsi çərçivəsində azad edilən 65 yaşlı İsrail və ABŞ vətəndaşı Kit Siqal İsrail ərazisinə aparılıb. SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Azad edilən girov Kit Siqal İsrail Müdafiə Qüvvələrinin müşayiəti ilə İsrail ərazisinə gəlib”, – bəyanatda deyilir. BQXK maşınları girovu hərbçilərə təhvil vermək üçün onu İsrail Müdafiə Qüvvələrinin olduğu yerə çatdırıb. [ad_2]
Daha çoxRusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyasının tətbiqinə başlanılacaq
[ad_1] Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı fevralın 5-dən qüvvəyə minəcək iki dəyişiklik barədə məlumat verib. SİA xəbər verir ki, birincisi, qanunsuz miqrantların deportasiyası rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. İkincisi, “ölkəyə giriş və çıxış qaydalarının pozulmasına, həmçinin nəzarət olunan şəxslərin reyestrinə daxil edilmiş miqranta göstərilməsi qadağan edilən xidmətlərə görə inzibati məsuliyyət tətbiq ediləcək”. Bundan başqa, Dövlət Dumasının sədri qeyd edib ki, fevralın 5-dən daha üç qanun qüvvəyə minəcək. Söhbət çətin həyat şəraitində olan uşaqlara hamilik, kreativ sənayenin inkişafı, həmçinin müsadirə edilmiş əmlakın Rusiya subyektlərinin…
Daha çoxBMT Ümumdünya Dinlərarası Harmoniya Həftəsinə start verib
[ad_1] Ümumdünya Dinlərarası Harmoniya Həftəsi 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən təsis olunduqdan sonra fevral ayının ilk həftəsində qeyd olunan illik tədbirdir. Baş Assambleya qarşılıqlı anlaşma və dinlərarası dialoqun sülh mədəniyyətinin mühüm ölçülərini təşkil etdiyinə diqqət çəkib və inancından asılı olmayaraq bütün insanlar arasında harmoniyanı təşviq etmək üçün tədbirlər təşkil edir. SİA xəbər verir ki, bu il Ümumdünya Dinlərarası Harmoniya Həftəsi “Sülh naminə birləşək” devizi altında keçirilir. İnsanlar arasında qarşılıqlı anlaşma, harmoniya və əməkdaşlığı gücləndirmək üçün müxtəlif dinlər arasında dialoqun zəruri olduğunu qeyd edən Baş Assambleya bütün dövlətləri dinlərarası harmoniya…
Daha çoxKoreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb
[ad_1] Bu gün Koreya Respublikasının cənubundakı Çecudo kurort adasının yaxınlığında göyərtəsində 15 heyət üzvü olan iki balıqçı gəmisi saya oturub. SİA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Yerli vaxtla saat 09:24 radələrində sahil mühafizəsinə Çecudo adası yaxınlığındakı sularda iki balıqçı gəmisinin saya oturması barədə məlumat daxil olub. Onlardan 12 nəfəri xilas edilib, 3 nəfər itkin düşüb. Bir nəfər sonradan həlak olub. “Xilas edilənlər arasında 32 tonluq gəminin 50 yaşlı kapitanı da var. Onun ürəyi dayanıb, xəstəxanaya gedərkən həkimlər ürək-ağciyər reanimasiyası aparsalar da, həmin şəxs sonradan vəfat edib”,…
Daha çoxİrəvanda ictimai nəqliyyatdakı qiymət artımına görə boykot aksiyası başlayıb
[ad_1] Bu gün İrəvan əhalisi ictimai nəqliyyatdakı qiymət artımına etiraz əlaməti olaraq boykot aksiyasına başlayıb. SİA xəbər verir ki, aksiyaya şəhərin Ağsaqqallar Şurasının üzvlərindən ibarət “Anamız Ermənistan” fraksiyası, Parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyan, eləcə də şəhərin keçmiş meri Ayk Marutyan da qoşulacaq. Qeyd edək ki, Ağsaqqallar Şurasının qərarı ilə İrəvan ərazisində ictimai nəqliyyatın qiyməti 100 dramdan 150 drama qaldırılıb. [ad_2]
Daha çoxABŞ-da yüzlərlə FTB agenti işdən çıxarıla bilər
[ad_1] ABŞ administrasiyası Prezident Donald Trampla bağlı araşdırmalarda iştirak edən Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşlarını işdən çıxarmağı planlaşdırır. SİA xəbər verir ki, məlumata görə, FTB-nin yüzlərlə əməkdaşı işdən çıxarıla bilər. İlk növbədə, bu tədbir 2021-ci ilin yanvarında Vaşinqtonda Kapitoliyə hücumun şərtlərini araşdıran, həmçinin Trampın məxfi sənədləri düzgün saxlamaması ilə bağlı işə rəhbərlik edən xüsusi müşavir Cek Smitlə əməkdaşlıq edən agentlərə təsir edə bilər. [ad_2]
Daha çox