Ağ Ev İsrail və Livan arasında atəşkəsin təcili olaraq uzadılmasının vacibliyini vurğulayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə koordinatoru Brayan Hyuz məsələyə dair yazılı açıqlama verib. SİA-nın məlumatına görə, Hyuz bildirib ki, ABŞ prezidenti Donald Tramp İsrail vətəndaşlarının İsrailin şimalındakı evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdə qətiyyətlidir. Eyni zamanda, Livanın yeni hökumətinə dəstəyin davam etdiriləcəyini qeyd edib. Hyuz əlavə edib: “Bütün tərəflər Hizbullahın yenidən Livan xalqını və qonşularını təhdid etmək qabiliyyəti əldə etməsinə mane olmalıdır”. O, həmçinin qeyd edib ki, İsrail və Hizbullah arasında müvəqqəti atəşkəs təcili olaraq…
Daha çoxCategory: Dünya
ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək
…ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırılmayacaq. Bundan əvvəl ABŞ Dövlət Departamenti xarici yardımı 90 gün müddətinə dayandırmaq qərarı vermişdi. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskiyə istinadən Moldova prezidenti Mayya Sandu ilə keçirdiyi mətbuat konfransında bildirib. Dövlət başçısı ABŞ Dövlət Departamentinin qərarını şərh etməyə hələlik hazır olmadığını qeyd edib, lakin Ukraynaya hərbi yardımın dayandırılmayacağını vurğulayıb. …Bilirəm ki, bəzi məhdudiyyətlər var, onlara ətraflı baxmaq lazımdır. Humanitar proqramlara 90 günlük məhdudiyyət. Mən bilirəm ki, dünyada əvvəllər ABŞ hökuməti tərəfindən dəstəklənən bir çox qurum var. Mənim bundan xəbərim yoxdur,…
Daha çoxSudan ordusu Xartumun Bəhri bölgəsinə doğru irəliləyir
Sudan ordusu, paytaxt Xartumun şimalında yerləşən Bəhri bölgəsində 21 aydan çox davam edən mühasirəni yarıb Sudan ordusu, paytaxt Xartumun şimalında yerləşən Bəhri bölgəsində 21 aydan çox davam edən mühasirəni yarıb. SİA xəbər verir ki, bu barədə yerli mətbuat orqanları məlumat yayıb. Məlumata görə, Sudan ordusu Çevik Dəstək Qüvvələrinin 21 aydır davam edən mühasirəsini yarıb. Paytaxt Xartumun qərbində yerləşən Umdurmandakı ordu 2024-cü il sentyabrın 26-da Halfaya körpüsünü keçərək Çevik Dəstək Qüvvələrinin nəzarətində olan Bəhri bölgəsinə daxil olub. Xatırladaq ki, 2023-cü il aprelin 15-dən etibarən Sudan ordusu ilə Çevik…
Daha çoxTürkiyə XİN: ”Kolumbiyadakı hadisələri narahaqlıqla izləyirik”
Türkiyə Kolumbiyada davam edən zorakılıqları narahatlıqla izlədiyini və mülki şəxslərə qarşı hücumları pislədiyini bildirib Türkiyə Kolumbiyada davam edən zorakılıqları narahatlıqla izlədiyini və mülki şəxslərə qarşı hücumları pislədiyini bildirib. Xarici İşlər Nazirliyi Kolumbiyada artan zorakılıq aktları ilə bağlı bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda belə deyilir: “Kolumbiyanın Katatumbo bölgəsində başlayan və ölkənin müxtəlif bölgələrinə yayılan olayları narahatlıqla izləyirik. Mülki insanlara qarşı hücumları pisləyirik.” Bəyanatda həmçinin Türkiyənin Amerika Dövlətləri Təşkilatı (OAS) və Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə Kolumbiyada sülh prosesini dəstəkləməyə davam edəcəyi vurğulanıb. Bütün xəbərlər Facebook…
Daha çoxBoluda hoteldə baş verən yanğında xəsarət alan 44 nəfər evə buraxılıb
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında xəsarət alan 51 nəfərdən 44-ü evə buraxılıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, xəstəxanada qalan daha 6 nəfərin müalicəsi davam edir, yaralılardan birinin vəziyyəti ağırdır. Qeyd edək ki, yanvarın 21-də baş verən yanğın zamanı müəssisədə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər həyatını itirib. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə birgünlük matəm elan edilib. Aparılan istintaq çərçivəsində ümumilikdə 14 nəfər saxlanılıb, hotel sahibi Halit Ergül və menecer Emir Aras da daxil olmaqla…
Daha çoxHakan Fidan sabah İraqa səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa səfər edəcək. SİA xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bildirilib ki, səfər çərçivəsində onun İraq Prezidenti Əbdüllətif Camal Rəşid, ölkənin Baş naziri Məhəmməd Şiya əs-Sudani, Parlamentin Nümayəndələri Palatasının sədri Mahşud Meşhedani, Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyni ilə görüşü gözlənilir. Məlumata görə, görüşlərdə Türkiyə-İraq əlaqələrinə və terrora qarşı mübarizəyə dair məsələlərin müzakirəsi nəzərdə tutulub.
Daha çoxMakronun arvadı kişidir?
Amerikalı jurnalist sübutları dərc edəcəyinə söz verir Amerikalı jurnalist Candace Ouens sosial şəbəkədə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi olduğuna dair sübutlar dərc etmək niyyətini açıqlayıb. O, Bricit Macron-un heç vaxt mövcud olmadığına dair sübutlar toplayıb və materialları yanvarın 30-da dərc etməyi planlaşdırır. Candice qeyd edib ki, o, araşdırmasını dərc etməzdən əvvəl Makrona “ədalətli və balanslı müsahibə” üçün suallar siyahısı ilə məktub göndərib – bunlar Bricitin keçmişinə aiddir. O, həmçinin prezidentdən həyat yoldaşının gəncliyindən fotoları təqdim etməyi xahiş edib. Jurnalist yazıb ki, Makron…
Daha çoxÇin Putindən müharibəni dayandırmağı tələb edə bilər..?
ABŞ-ın belə şərait yaratmaq gücü var… …Çin Rusiya lideri Vladimir Putindən müharibəni dayandırmağı tələb edə bilər. Buna nail olmaq üçün Pekin təkcə müharibədən pul qazanmağa deyil, həm də pul, müqavilə və texnologiyanı itirməyə başlamalıdır. SİA-nın məlumatına görə, bu sözləri “Ukrayna prizması” Xarici Siyasət Şurasının eksperti Aleksandr Krayev deyib Onun sözlərinə görə, ABŞ belə şərait yaratmağa qadirdir. …Yəni Amerika və digər tərəfdaşlarımız Rusiyanın təcavüzünə səssiz razılıq vermək çox baha başa gələndə… Çin isə öz aktivlərini necə qorumaq barədə düşünməli olacaq ki, bu da onun üçün daha vacibdir. Kraev…
Daha çoxƏrdoğan nazirliyin 29 yüksək vəzifəli məmurunu vəzifədən azad edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra yüksək vəzifəli dövlət məmurlarını vəzifəsindən azad edib. SİA “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumat “Rəsmi qəzet”də dərc olunub. Bildirilib ki, R.T.Ərdoğan Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyində 29 yüksək səviyyəli dövlət məmurunu, Dövlət Opera və Balet Teatrının baş direktor müavini Arzu Kalkanı, Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Balıqçılıq və Su Məhsulları üzrə Baş İdarəsinin baş direktor müavini Mehmet Nuri Yılmazı vəzifədən azad edib.
Daha çox“HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib
Fələstinin “HƏMAS” hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib. SİA xəbər verir ki, bu barədə “Reuters” ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib. Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər. Bundan əvvəl ABŞ bəyan edib ki, münaqişənin aktiv mərhələsi başlayandan təxminən eyni sayda “HƏMAS” döyüşçüsü öldürülüb. “İsrail hər dəfə hərbi əməliyyatlarını dayandırıb geri çəkiləndə, HƏMAS yaraqlıları yenidən toplaşır və peyda olurlar”, – deyə keçmiş dövlət katibi Entoni Blinken bildirib. Eyni zamanda, nəşr…
Daha çox