[ad_1] Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımı daşıyan 14-cü gəmisi yola düşüb. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Әli Yerlikaya rəsmi internet səhifəsində paylaşım edib. Әli Yerlikaya 14-cü humanitar yardım gəmisinin Qəzzaya 10 460 çadır, 14 350 ədyal və 300 generator daxil olmaqla cəmi 871 ton humanitar yardım ləvazimatını çatdıracağını açıqlayıb. Әli Yerlikaya deyib: “Keçmişdə olduğu kimi bu gün də məzlumların yanında olmağa, uca millətimizin ehtiyacı olanlara yardım əlini uzatmağa davam edirik. Fələstinli qardaşlarımızın yanındayıq”. [ad_2]
Daha çoxCategory: Dünya
Çeçenistan hakimi Ramzan Kadırov yoxa çıxıb..?
[ad_1] 18 gündür ki, ictimaiyyət qarşısına çıxmır,..deyirəm, xeyir ola..? Çeçenistan hakimi Ramzan Kadırov 18 gündür ictimaiyyət qarşısına çıxmır. SİA-nın məlumatına görə, “Agentlik” bu barədə öz bloqunda və “Çeçen-İnform” dövlət agentliyinin saytındakı nəşrlərin təhlilinə istinadən yazır. Sonuncu dəfə Çeçenistan rəhbərinin ictimai tədbirlərdə iştirak etdiyi barədə yanvarın 8-də məlumat verilib. Həmin gün o, atası Axmat Kadırovun xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib, Qroznının mərkəzi hissəsinə baxış keçirib və Daxili İşlər Nazirliyinin idarə rəisləri ilə müşavirə keçirib. …Amma yanvarın 8-dən onun fəaliyyəti ilə bağlı heç bir məlumat dərc olunmayıb.…
Daha çoxVan-Tehran marşrutunda sərnişin qatarları fəaliyyətə başlayacaq
[ad_1] Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlanacağını bildirib. SİA-nın məlumatına görə, nazir İranın Yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə paytaxt Ankarada bir araya gəlib. O, təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra verdiyi açıqlamada bu səfərin ölkələr arasındakı münasibətlərin daha da irəli aparılmasına töhfə verəcəyini qeyd edib. Quru, hava və dəmir yolu daşımaları mövzularını müzakirə etdiklərini bildirən Uraloğlu gömrük keçidlərində daha sürətli hərəkət etmək mövzusunda da razılığa gəldiklərini vurğulayıb. Abdulkadir Uraloğlu “Van-Tehran sərnişin qatarlarının bilet satışına 20 fevralda başlayırıq” deyə…
Daha çoxKimyəvi xloratı çox ediblər deyə…
[ad_1] “Coca-Cola” şirkəti bəzi Avropa ölkələrində içkilərində kimyəvi xloratın yüksək səviyyədə olduğu aşkar edildikdən sonra onları geri qaytarıb. AZƏRTAC xəbər verir ki, şirkətdən bildirilib ki, tərkibində bu maddənin miqdarı artırılmış bankalar və şüşə butulkalar noyabr ayından Belçika, Böyük Britaniya, Fransa, Almaniya, Lüksemburq və Hollandiyaya tədarük edilib. Xlorat qidalarda tapılır, çünki o, suyun təmizlənməsi və qida emalında geniş istifadə olunan xlor dezinfeksiyaedicilərinin törəməsidir. Bu kimyəvi maddənin yüksək səviyyələrinə məruz qalma xüsusilə uşaqlarda və körpələrdə zob vəzi xəstəliyi də daxil olmaqla sağlamlıq problemlərinə səbəb ola bilər. 2015-ci ilin elmi rəyində Avropa Qida…
Daha çoxTarix muzeyindən qədim qızıl dəbilqə oğurlandı
[ad_1] Oğrular Niderlandın Assen şəhərində Drents muzeyinə partlayıcı qurğu vasitəsilə daxil olaraq 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsini və 4 əntiq qızıl əşyanı oğurlayıblar. SİA xəbər verir ki, oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilən nadir dəbilqə olub. Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib. İstintaqa İnterpol cəlb edilib, polis isə kamera görüntülərini araşdırır. Drents muzeyinin baş direktoru Harri Tupan hadisəni muzeyin tarixində “qara gün” adlandırıb. Onun sözlərinə…
Daha çoxNetanyahu gələn həftə Vaşinqtonda Trampla görüşə bilər
[ad_1] İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid edir. SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Amerika rəsmilərinə istinadla məlumat yayıb. “Rəsmilər Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoffun bu həftə Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə səfəri zamanı təfərrüatların dəqiqləşdirilə biləcəyini bildiriblər”, – nəşr yazıb. Agentlik qeyd edir ki, səfər bu müddət ərzində baş tutarsa, Netanyahu keçən həftə vəzifəsinin icrasına başlayan Trampla Ağ evdə görüşən ilk xarici ölkə lider ola bilər. ABŞ administrasiyası bu məlumatı şərh etməyib. Netanyahunun sözçüsü…
Daha çox9 min işçi ixtisar ediləcək
[ad_1] Yaponiyanın “Nissan Motor Co.” avtokonserni zavodlarının bağlanmaması üçün işçilərini kütləvi şəkildə ixtisar etməyi planlaşdırır. SİA xəbər verir ki, şirkət bununla iflasdan yayınmağa çalışır. Məlumata görə, bütün dünya üzrə 9 minə yaxın işçinin ixtisar edilməsi planlaşdırılır. “Nissan” 2024-cü ilin noyabr ayında böhranla üzləşib. Həmin ay şirkət xalis gəlirlərinin 94 faiz azaldığını bəyan edib. [ad_2]
Daha çoxABŞ “Dəmir qübbə” üçün hərəkətə keçdi
[ad_1] Amerikanın yeni administrasiyası ABŞ-də İsrailin “Dəmir qübbə”sinə bənzər raketdən müdafiə sisteminin yaradılması haqqında fərmanlar hazırlayır. SİA xəbər verir ki, bu barədə Pentaqonun yeni rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində bildirib. Heqset ölkənin müdafiə naziri kimi bu fərmanların operativ şəkildə həyata keçirilməsini təmin edəcəyini vurğulayıb. [ad_2]
Daha çox“Kaşaqan” yatağından ilk neft partiyası Bakıya göndərilib
[ad_1] “Kaşaqan” neftini daşıyan Qazaxstana məxsus “Taraz” tankeri Aktau limanından Bakı istiqamətində yola çıxıb. SİA “KazMunayQaz” şirkətinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, bundan sonra neft Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Aralıq dənizinə qədər nəql ediləcək. 2022-ci ildə “KazMunayQaz” (KMQ) və SOCAR arasında Qazaxıstan neftinin tranzitinə dair saziş imzalanıb. 2024-cü ilin martında KMQ və SOCAR arasında neftin Azərbaycan Respublikası ərazisindən tranzit həcminin mərhələli şəkildə artırılması ilə bağlı razılıq əldə edilib. Sənəd il ərzində tranzit həcminin 2.2 milyon tona qədər artırılmasını nəzərdə tutur. [ad_2]
Daha çoxAvropa İttifaqı Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin edib
[ad_1] Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə yeni xüsusi nümayəndə təyin olunub. SİA xəbər verir ki, bu vəzifəni danimarkalı diplomat Peter Sorensen yerinə yetirəcək. Aİ-nin yeni xüsusi nümayəndəsi Serbiya və Kosovo arasında münasibətlərin hərtərəfli normallaşmasına töhfə verəcək və xüsusən də bu istiqamətdə müvafiq sazişin həyata keçirilməsi ilə dialoqa vasitəçilik edəcək. Sorensen Qərbi Balkan regionunda böyük təcrübəyə malikdir, Bosniya və Herseqovina və Şimali Makedoniyada Aİ-nin müxtəlif vəzifələrində çalışıb. O, fevralın 1-də vəzifəsinin icrasına başlayacaq və ilkin səlahiyyət müddəti 13 ay olacaq. Qeyd edək ki, Serbiya ilə Kosovo hazırda Aİ-nin Belqrad-Priştina dialoqu…
Daha çox