Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəsi müəyyənləşdirəcəyik

[ad_1] Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistanla birgə atılacaq konkret addımlar üçün yol xəritəsi müəyyənləşdiriləcək. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib. O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq: “İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsini təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də…

Daha çox

Meksika ABŞ-dan deportasiya ediləcək immiqrantları şərti olaraq qəbul edəcək

[ad_1] Meksika ABŞ-dan deportasiya ediləcək qeyri-qanuni immiqrantları qəbul edəcəklərini açıqlayıb, lakin onlar təhlükəsiz üçüncü ölkə olmaq istəmirlər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-dan deportasiya ediləcəyi gözlənilən minlərlə qeyri-qanuni immiqrantın vəziyyəti ilə bağlı açıqlamalar verib. ABŞ-dan deportasiya edilən mühacirlərlə bağlı “təhlükəsiz üçüncü ölkə” olmaq istəmədiklərini vurğulayan Şeynbaum deyib: “Başqa ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi halında davamlı ünsiyyətdəyik. Meksikalılar olaraq, biz də meksikalılar kimi heç kəsi tərk etmirik”. Şeynbaum, ABŞ-dan deportasiya edilən öz vətəndaşlarını qəbul etdiklərini, lakin digər ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi üçün təhlükəsiz üçüncü ölkə olmaq…

Daha çox

Hindistanda dini festivalda izdiham olub

[ad_1] Hindistanda dünyanın ən böyük dini festivalı olan Kumb Melada izdiham yaşanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 15 nəfər həyatını itirib. Prayaqrac şəhərində minlərlə insan Kumb Mela dini festivalına toplaşıb. Festivaldan əvvəl iştirakçıların 400 milyona çatacağı gözlənilirdi. Yanvarın 14-də başlayan festivalın bu gün iştirakçı sayına görə pik həddə çatacağı gözlənilir. [ad_2]

Daha çox

Baykal gölündə 5,6 gücündə zəlzələ olub

[ad_1] Bolşoy Qoloustnoye kəndi yaxınlığında Baykal gölündə 5,6 gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi öz məlumat yayıb. Bildirilib ki, seysmik hadisə saat 6:45-də (Bakı vaxtı ilə 2:54) qeydə alınıb, zəlzələnin episentri Baykal gölünün akvatoriyasında yerləşib. İrkutskda zəlzələnin həssaslığı 3 bal qiymətləndirilib. Dağıntı və tələfat olmadığı qeyd edilir. Bütün infrastruktur obyektləri normal işləyir. [ad_2]

Daha çox

Meloni barəsində istintaq başladıldı

[ad_1] İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, Baş nazirlə yanaşı, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində istintaq aparılır. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır. Meloni cinayətdə iştirak və dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə istintaqa cəlb olunduğunu deyib. “Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna…

Daha çox

Ər-Riyadda II Beynəlxalq Əmək Bazarı Konfransı keçiriləcək

[ad_1] Yanvarın 29-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Əmək bazarının gələcəyi” şüarı altında II Beynəlxalq Əmək Bazarı Konfransı (GLMC) keçiriləcək. SİA əudiyyə Ərəbistanının “Mubasher info” saytına istinadla xəbər verir ki, tədbirdə 45 nazir, 100-dən çox ölkədən əmək siyasətini formalaşdıran şəxslər, ekspertlər və mütəxəssislər də daxil olmaqla 5000-dən çox iştirakçı və 200 spiker iştirak edəcək. İki gün davam edəcək konfrans çərçivəsində bir sıra tədbirlər, o cümlədən əmək nazirlərinin dəyirmi masası, Səudiyyə Ərəbistanı İnsan Resursları və Sosial İnkişaf Nazirliyinin yaratdığı əsas məhsulların təqdim edildiyi sərgi təşkil olunacaq. Həmçinin müxtəlif müqavilələrin imzalanması gözlənilir. Bundan…

Daha çox

ABŞ Federal Məhkəməsi Ağ evin federal qrantları dayandırmaqla bağlı qərarını bloklayıb

[ad_1] ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının bütün federal yardımı dondurmaq planlarının bir hissəsini müvəqqəti olaraq bloklayıb. SİA-nın məlumatına görə, Vaşinqton dairə hakimi Loren Ali Xan tərəfindən təsdiqlənən qısamüddətli fasilə federal hökumət tərəfindən artıq verilmiş qrantlar üçün maliyyəni dayandırmaqla bağlı qərarı fevralın 3-ü yerli vaxtla saat saat 17:00-a qədər dondurmağı nəzərdə tutur. Qeyd edək ki, Ağ evin İdarəetmə və büdcə ofisi federal qrant və kreditlərin müvəqqəti dayandırılması ilə bağlı memorandum qəbul edib. Sənədə əsasən federal agentliklər bütün federal maliyyə yardımının ödənilməsi və digər öhdəliklərlə bağlı fəaliyyətləri müvəqqəti olaraq dayandırmalıdır. Fasilə yeni…

Daha çox

ABŞ-də miqrantların genişmiqyaslı həbsləri başladı

[ad_1] Donald Trampın prezidentliyə başlamasının ardınca ABŞ-nin böyük şəhərlərində qanunsuz miqrantlara qarşı genişmiqyaslı reydlərə start verilib. SİA xəbər verir ki, bu barədə “New Yok Times” məlumat yayıb. Belə ki, təkcə ötən bazar ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) 956 qanunsuz miqrantı həbs edib. Əməliyyatlar bazar günü Çikaqo və Nyu-Yorkda başlayıb. Gələn həftə daha üç şəhərin hədəf alınacağı gözlənilir. Qeyd edək ki, Donald Tramp hələ seçki yarışı zamanı ABŞ-nin qüdrətini bərpa etmək üçün miqrantlarla bağlı xüsusi tədbirlər planı görəcəyini açıqlamışdı. [ad_2]

Daha çox