Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc edilmiş Dünya Pasport İndeksində 70-ci yerini qoruyub. SİA xəbər verir ki, Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər. Reytinq cədvəlində Gürcüstan Moldova ilə birlikdə 44-cü yeri (122 vizasız istiqamət) bölüşüb. Ermənistan da 68 vizasız istiqamətlə 74-cü yerdə mövqeyini qoruyub. Bu il Sinqapur pasportu ən güclü pasportdur. Bu ölkənin vətəndaşları 195 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər. İkinci yeri Yaponiya tutub, bu ölkənin vətəndaşları üçün 193 istiqamət vizasız əlçatandır. 3-cü yerdə Finlandiya, Fransa, İtaliya,…
Daha çoxCategory: Turizm
Türkiyənin mədəniyyət paytaxtı İstanbul
İstanbul nəinki Türkiyənin, eləcə də dünyanın ən cəzbedici şəhəridir. SİA xəbər verir ki, İstanbulu bir dəfə görənlər bu şəhərin cazibəsinə düşürlər. Məşhur səyyahlar hələ orta əsrlərdə İstanbulu kəşf edilməyən cənnət adlandırırdılar. İstanbulu gəzmək üçün günlər, hətta həftələr kifayət etmir. Axtardığınız hər şeyi – tarixi yerlər, təbii gözəlliklər və ya mədəni tədbirləri burada tapa bilərsiniz. Gözəlliklər adasının incisi olan İstanbul bir tərəfdən Avropa qitəsi ilə, digər tərəfdən isə Asiya qitəsi ilə əhatələnib. İki qitə arasında nəqliyyat körpülər, bərələr və Boğaziçi tuneli vasitəsilə həyata keçirilir. İstanbulda Bizans və Osmanlı dövrünə aid bir…
Daha çoxAzərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri
2024-cü ildə Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 544avroya, tranzit yolla uçmaq isə 493 avroya başa gəlib. 2-ci yerdə Bəhreynin paytaxtı Manama qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 506 avro və 334 avro təşkil edib. Növbəti yeri İngiltərənin paytaxtı London tutub. Bu şəhərə birbaşa uçuş 393 avroya, tranzitlə uçuş isə 538 avroya başa gəlib. Ötən il Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti…
Daha çoxAzərbaycandan bu ay xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri
Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Pakistanın paytaxtı İslamabad istiqamətində qeydə alınıb. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından İslamabada birbaşa uçmaq 356,2avroya başa gəlib, tranzit yolla uçuş isə qeydə alınmayıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 25,4 %çoxdur. 2-ci yerdə İtaliyanın Milan şəhəri qərarlaşıb. Bu şəhərə birbaşa uçmaq 261 avro (+ 18,6 %) təşkil edib. Tranzitlə uçuş qeydə alınmayıb. Növbəti yeri Hindistanın paytaxtı Dehli tutub. Bu şəhərə birbaşa uçuş 206,1 avroya başa gəlib. Tranzitlə uçuş isə qeydə alınmayıb. Yanvarda Bakıdan…
Daha çoxTarixin sirlərini yaşadan turizm şəhəri – FOTOLAR
Tarixin sirlərini yaşadan turizm şəhəri – FOTOLAR
Daha çoxXoşbəxt Xankəndinin gecə mənzərəsi
Xankəndi 34 ildən sonra yenidən doğma sakinlərinin nəfəsi ilə isinir, yenidən burda həyat canlanır. İndi Xankəndi gecələri gündüzü qədər gözəldir. Elə ki şəhər gecə köynəyini əyninə geyinir, o zaman hər şey başqa cür görünür. Zülmət gecəyə Xankəndinin al-əlvan işıqlarından don biçilir. Şəhərin gecə həyatı nağıllar aləmini yada salır. Bu işıqlardan yanıb-sönəni, közərəni, gur yananı da, səhərədək işıq saçanı da var. Şəhərin gecə mənzərəsi romantik və əsrarəngiz təsir bağışlayır. Elə bil kimsə bir ovuc ulduz topasını şəhərin üstünə səpələyib.
Daha çoxBizans, Roma və Osmanlı sivilizasiyalarını özündə yaşadan qədim Göynük
Türkiyənin hər daşı bir tarixdir. Öz qədimliyi və mədəniyyət ənənələri ilə dünyaya səs salan Türkiyədə öz memarlıq abidələrinin zənginliyi ilə seçilən bir bölgə var. Bura Boludur. Əslində Bolunun bütün ərazisi tarixi abidələrlə zəngin olsa da, turistlərin daha çox axın etdiyi Göynük haqqında sizə məlumat verəcəyik. Göynük 2017-ci ildə “Yavaş Şəhər – Cittaslow” elan edilib. SİA xəbər verir ki, Göynükün tarixi olduqca qədimdir. Tarixçilər qeyd edir ki, Roma Hərbi Yolu indiki Göynükdən, “Dədəstan” adı ilə məşhur olan ərazidən keçib. Göynükün məlum olan ən qədim adı “Koinon Gallicanon”dur. Bu qədim ərazi türk…
Daha çox