Yeni İl günü Bakıdakı otellərdə QİYMƏTLƏR

Məlumdur ki, Yeni il yaxınlaşdıqca bir çox insan yeni il proqramlarını hazırlamağa başlayıb. Lakin bir çoxları da bu barədə qərarsızdır. Hər kəs bu Yeni il gecəsini ən yaxşı şəkildə keçirmək istəyir. Son zamanlar otellər təklif etdikləri imkanlarla bu baxımdan bir addım öndədir. Otellərdə keçirilən Yeni il gecələri günlərlə danışılır və enerjiləri aylarla davam edir. Bu baxımdan bir çox insanlar Yeni il gecəsi otelləri axtarır. Bəs, Yeni il gecəsini oteldə qeyd etməyin üstünlükləri nələrdir? SİA mövzu ilə bağlı araşdırma aparıb. – İlk növbədə qeyd etməkdə fayda var ki, Otellərdə keçirilən Yeni…

Daha çox

Məhkumların peşə bacarığını artırmaq məqsədi daşıyan layihənin hesabatı

Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin 12 avqust tarixindən etibarən həyata keçirilən pilot layihə üzrə hesabat təqdim olunub. SİA bu barədə agentliyə istinadən xəbər verir. Hesabata əsasən, 12 avqust – 19 dekabr tarixlərində 9 müxtəlif cəzaçəkmə müəssisəsində ümumilikdə 96 məhbusa təlim keçirilib və müvafiq sertifikatlar təqdim olunub. Layihədə Azərbaycan mətbəxinə həm nəzəri, həm də təcrübə baxımından bələd olan beş aşpaz və texnoloq ekspert və təlimçi qismində cəlb olunub. Onlar məhkumlara aşpazlıq kursları keçib, onları yeni…

Daha çox

Tarix, təbiət və mədəniyyətin qovuşduğu şəhər Bursa

Türkiyənin ən böyük 4-cü şəhəri, Osmanlı İmperatorluğunun ilk paytaxtı olaraq böyük tarixi əhəmiyyətə malik olan Bursa şəhəri turistlərin son illər ərzində ən çox səfər etdiyi şəhərlərdən biridir. SİA xəbər verir ki, Bursa meşələrin çoxluğuna görə “Yaşıl Bursa” adlandırılır. 130 il Osmanlıya paytaxtlıq edən şəhərdə altı sultanın məzarı var. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə həmçinin onun adını daşıyan mavzoley var. Asiya və Avropa arasında bir bölgədə yerləşməsi səbəbindəndir ki, hər iki qitənin mədəniyyətindən yararlanıb. Bu üzdən şəhərdə Roma, Bizans, Səlcuq və Osmanlı mədəniyyətlərinin…

Daha çox

Bu il Azərbaycana səfər edən əcnəbilərin sayı artıb

Cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən əcnəbilərin sayı ümumilikdə 2 milyon 412 min nəfər olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. SİA xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında əks olunub. “Ölkəyə səfər edən əcnəbilərin təxminən 57 faizi Rusiya, Türkiyə, Gürcüstan və İrandan gələn ziyarətçilərin payına düşüb ki, müvafiq ölkələr üzrə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb (müvafiq olaraq 18 faiz, 14 faiz, 7 faiz və 30 faiz). Gəlmə sayı üzrə ilk beşlikdə…

Daha çox

Bayram günlərində Şəki

Tarix, turizm və təbiətin mükəmməl ahəngi! Artıq bir həftəlik bayram tətili günləri başlayıb. Bu müddətdə insanlar istirahətlərini daha mənalı təşkil etmək üçün yollar arayır. SİA xəbər verir ki, bu günlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tutanlar az olmayacaq. İlk növbədə isə tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara. Danılmaz faktdır ki, bu sırada Şəki ön sırada gəlir. Çünki bu qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Bəs Şəkidə bayram tətilinə necə hazırlıq görülüb? Adətən ilin bu günləri Şəki ağ örpəyə bürünər, təbiətdən…

Daha çox

Şərqin əbədi incisi Diyarbəkir

Türkiyə turizminin önəmli yerlərindən biri olan Diyarbəkir bir tarix şəhəridir. Bu şəhər daş kitabələri xatırladan və turistlərin heyranlıqla izlədiyi abidələrlə doludur. SİA xəbər verir ki, şәhәr tarix boyu Asiya qitəsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub. İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub. Diyәrbәkir qalası vә Hevsel bağları şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir. Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır. İlk qala divarının inşasının şәhәrin Hitit və…

Daha çox

Ötən il milli parkları 224 mindən çox turist ziyarət edib

Keçən il ərzində Azərbaycanın müxtəlif ərazilərini əhatə edən milli parkları 224 min 638 turist ziyarət edib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bundan başqa, bayram günlərində milli parkları 3 min 515 nəfər ziyarət edib. Belə ki, Şirvan və Ağgöl Milli Parklarında parkı ziyarət edən turistlər teleskopla quşları müşahidə edib, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən donmuş şəlaləyə gəzinti təşkil olunub.

Daha çox

Azərbaycanda və dünyada QIŞ TURİZMİ

Qış təkcə hamımızın evdə qalaraq yorğan altında film izlədiyimiz günlər deyil. Yay həvəskarları bu mövsüm haqqında tez-tez belə düşünsələr də, əslində qışda edilə biləcək çoxlu əyləncəli fəaliyyətlər var. Soyuq qış günlərini həm şən, həm də sağlam qış idmanları ilə fürsətə çevirə və düşündüyünüzdən daha maraqlı vaxt keçirə bilərsiniz. Bəs, dünyada və ölkəmizdə qış fəslində haralara gedə, nələr edə bilərik? Türkiyədən və dünyanın ən yaxşı qış idman yerləri 1. Bursa- Uludağ Uludağ Uludağ Xizək Mərkəzi Türkiyənin ən qədim və ən böyük xizək kurortlarından biridir. Dekabr ayında qarın qalınlığının 3 metrə çatdığı…

Daha çox

Azərbaycandan xaricə uçuşların sayı ötən il 16 % artıb

2024-cü ildə Azərbaycandan 42 ölkəyə 26 489 aviareys təşkil olunub. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 7 ölkə (20 %) və 3 680 aviareys (16,1 %) çoxdur. Ötən il Azərbaycandan ən çox Rusiyaya 7 643 reys təşkil olunub. Bu da əvvəlki ilə nisbətən 8,9 % çoxdur. Ötən il Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil edilib. Bu ölkəyə 5 855 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur. İlk üçlüyə 3 179 reyslə (+30,3 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub.…

Daha çox

Azərbaycan İspaniyada beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan yanvarın 22-26-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək beynəlxalq turizm sərgisində (“FITUR 2025”) iştirak edəcək. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb. “FITUR 2025” turizm sektoru üçün ən böyük illik ticarət yarmarkalarından biri hesab olunur. Tədbirə 152 ölkədən 9 min iştirakçının və 153 min qonağın qatılması gözlənilir.

Daha çox