Nəqliyyatın hərəkəti bu tarixdə tam məhdudlaşdırılacaq

[ad_1] Fevralın 1-də saat 06:00-dan etibarən Bakının Nərimanov rayonunun Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib. Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,-deyə, məlumatda deyilib. [ad_2]

Daha çox

Yol polisi sürücülərə müraciət edib

[ad_1] Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə SİA-ya İdarədən məlumat verilib. Müraciətdə bildirilib ki, milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən respublika əhəmiyyətli avtomobil yollarının da keçdiyi bir sıra bölgələrdə duman səbəbindən görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərdən dumanlı havada sürət həddini, ara məsafəsini yol və hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, ələlxüsus onların xarici işıq cihazlarının, şüşə silgəclərinin sazlığından əmin olmağı, dayanma, durma, parklanma, eləcə də ötmə…

Daha çox

Həmkarlar ittifaqları Ulu Öndərin ideyalarını şərəflə həyata keçirməlidir

[ad_1] “Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərin yenidənqurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir”. İlham Əliyev Azərbaycanda həmkarlar ittifaqları 120-ci ildir fəaliyyət göstərir. Həmkarlar ittifaqının meydana gəlməsi haqq, ədalət tələbatı ilə bağlı olub. Müxtəlif mərhələlərdə başqa-başqa sosial-iqtisadi şüarlar irəli sürsə də, orqanlarının adı, işinin forma və metodları dəyişsə də, mahiyyət etibarı ilə həmişə əməkçi insanın hüquq və mənafelərinin müdafiəçisi olaraq qalmışdır.…

Daha çox

Nazirliyin bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

[ad_1] Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevralda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür. Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı…

Daha çox

AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək

[ad_1] Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftə agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar fevralın 6-da saat 14:30-da onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng…

Daha çox

“Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır”

[ad_1] “Məlumunuzdur ki, Azərbaycanda 2 fevral – Gənclər Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, 1997 – ci ildən etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb: “Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ümummilli Lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət…

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur. [ad_2]

Daha çox

Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub

[ad_1] Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yolda təmir işləri aparıldığından yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. “Nizami rayonu, Babək prospektində (“Baku Medical Plaza”nın yaxınlığında) aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır. Bu səbəbdən yol ötürücüsünün üzərindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub”, – məlumatda qeyd olunub. [ad_2]

Daha çox

Milli Məclisdə Gənclər Fondunun ötənilki fəaliyyəti barədə təqdimat olub

[ad_1] Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. İclasın 2 Fevral – Gənclər Günü ərəfəsində keçirildiyini deyən komitənin sədri Şahin İsmayılov bu əlamətdar gün münasibətilə gənclərə öz təbriklərini çatdırıb, rəhbərlik etdiyi komitənin gənclər təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini söyləyib. O, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin Birinci Forumunun keçirildiyini, Ümummilli Liderin müvafiq Sərəncamı ilə…

Daha çox

Ali Məclisin Humanitar siyasət komitəsinin iclası keçirilib

[ad_1] Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, komitə sədri Ülkər Bayramova 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda, yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb. Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib. [ad_2]

Daha çox