[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ Regional DOST Evi şöbəsinə benefisiarların ilk qəbulu keçirilib. SİA xəbər verir ki, Qarabağ Regional DOST Mərkəzində yerləşən şöbəyə qəbul üçün 38 vətəndaş müraciəti qeydə alınıb. Qiymətləndirmə Komissiyası tərəfindən iclasda iştirak edən 27 nəfərin müraciəti dəyərləndirilərək, bacarıqları yoxlanılıb. Onlar Floristika, Kulinariya, Təsviri incəsənət, Xalçaçılıq, toxuma və tikmə, Bədii oyma və Dərzilik istiqamətləri üzrə təlimlərə yönəldiliblər. Şöbəyə qəbul üçün Bərdə ilə yanaşı, Ağdam şəhəri, Tərtər rayonu və ətraf kəndlərdən də vətəndaşlar müraciət edib. Burada bölgədə yaşayan…
Daha çoxCategory: Sosial
“Biz onlarla fəxr edirik”
[ad_1] “Bu gün çox gözəl forum keçirilir”. SİA xəbər verir ki, bunu millət vəkili Asif Əsgərov 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” da jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu forumun xüsusi önəmi var: “2 fevral Gənclər günü Respublikamızda olan bütün gənclərin bayramıdır. Ulu Öndər 1996-cı ildə Gənclər günü ilə bağlı keçirilən forumda çox gözəl çıxış edərək, gənclərə dəstəyin görülməsi ilə bağlı bir çox istiqamətdə tapşırıqlar verdi. Daha sonra 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev qərar verdi ki, hər il 2 fevral Gənclər Günü…
Daha çox2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar forum keçirilib
[ad_1] 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar“Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu” keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib. 200-dən çox Azərbaycan Könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Forumun rəsmi açılış hissəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Forumda Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Əsgərov, Azərbaycan Respublikasının…
Daha çox“Qadın öz soyadını həm dəyişə, həm də dəyişməyə bilər”
[ad_1] “Nigahdan sonra qadının soyadını dəyişdirməsi hüquqi baxımdan məcburi deyil. Qadın öz soyadını həm dəyişə, həm də dəyişməyə bilər. Bu, tamamilə şəxsi bir qərardır və qadının istəyi ilə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında YYSİB-nin sədr müavini, Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. Ramal Əliyev sözlərinə belə davam edib: “Qeyd etmək lazımdır ki, soyadın dəyişdirilməsi, gələcəkdə baş verəcək boşanma və ya mülk bölgüsü məsələlərinə heç bir təsir göstərmir. Bu cəhətdən, soyadın dəyişdirilməsi yalnız şəxsi seçimi əks etdirir, hüquqi müstəvidə isə hər hansı bir yük daşıyıcı deyil. Bundan əlavə,…
Daha çox2100 şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib
[ad_1] Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaşayış yerini tərk etməkdə çətinlik çəkən 2100 nəfər əlilliyi olan şəxsi evlərində (səyyar) reabilitasiya xidmətləri ilə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, səyyar reabilitasiya xidmətlərindən yararlanmaq istəyən əlilliyi olan şəxs (və ya onun qanuni nümayəndəsi) nazirliyin “142” Çağrı mərkəzinə, DOST mərkəzləri və ya ərazi üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edir. Müraciətə əsasən Agentliyin müvafiq reabilitasiya mərkəzinin həkim və psixoloqlarından ibarət səyyar briqadası əlilliyi olan şəxsin yaşadığı ünvana gedərək onun ilkin…
Daha çox8 milyard 835 milyon manatdan çox vəsait xərclənib
[ad_1] 2024-cü ildə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə əvvəlki ilin müvafiq dövrünə nisbətən təqribən 808,3 milyon manat və ya 10,08% çox olmaqla 8 milyard 835 milyon manatdan çox vəsait ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib. [ad_2]
Daha çoxBugünkü yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir
[ad_1] Azərbaycan gəncliyinin müstəqilliyimizin bərpasından ötən dövrdə keçdiyi inkişaf yolu təhlil edilərkən uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin qazanılmasında nümayiş etdirdikləri fədakarlıqlar, Vətən, torpaq sevgisi xüsusi qeyd edilir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin “Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan…
Daha çoxFevral ayının ilk gününə olan hava proqnozu
[ad_1] Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şərq rayonlarda az çiskinli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz…
Daha çoxXocalının Ballıca kəndinə növbəti köç yola düşüb
[ad_1] İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Yanvarın 31-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. SİA xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə, ümumilikdə, 22 ailə – 94 nəfər köçürülür. Keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət…
Daha çoxBaş prokuror Zərdabda vətəndaşları qəbul edəcək
[ad_1] Fevralın 7-də Baş prokuror Zərdabda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il fevralın 7-də, saat 10:00-da Zərdab rayon prokurorluğunun inzibati binasında Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağcabədi və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zərdab rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili…
Daha çox