ƏƏSMN-nin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə güllər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub. [ad_2]

Daha çox

“Ağciyərindən güllə girmiş, ürəyindən çıxmışdı”

[ad_1] 20 Yanvar faciəsi şəhidi Baxşəliyev Elçin Mirzə oğlunun bacısı Gülnarə Mirzəqızının SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Elçin haqqında bizə məlumat verə bilərsiniz? – 1965-ci il fevralın 12-də Bakıda anadan olub. Bakıda 225 nömrəli tam orta məktəbi, daha sonra isə 56 nömrəli texniki peşə məktəbini bitirərək çilingərlik sənətinə yiyələnmişdir. 2 nömrəli avtobus parkında sürücü işləmişdir. – Ailədə neçə uşaq idiniz? – Bir bacı, bir qardaş olmuşuq. – 20 yanvar faciəsini necə xatırlayırsınız? – Tanklar şəhərin mərkəzinə yerləşərkən onların məhlə içlərinə girməsinə icazə vermirdik. Elçin 19-dan 20-nə keçən gecə 2…

Daha çox

Qubada qarın hündürlüyü 17 sm-ə çatıb

[ad_1] Saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Daşkəsən, Xınalıq, Xaltanda 3 sm, Göygöl, Lerikdə 2 sm, Gədəbəydə 1 sm-dir. Belə ki, düşən yağıntının miqdarı Şabran 3 mm, Tovuz, Balakən, Şəmkir, Biləsuvar, Astara, Yardımlı, Gəncədə 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı…

Daha çox

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

[ad_1] Azərbaycanda həyata keçirilən uğurlu sosial siyasət 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də mühüm addımların atılmasına imkan verib. Hələ ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis olunub. Ulu Öndərin tapşırıqları əsasında 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminat sistemi ilə əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Həmin tədbirlər Prezident İlham Əliyevin həssas qruplara xüsusi diqqət…

Daha çox

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

[ad_1] Azərbaycan tarixinin ən faciəli hadisələrindən olan, eyni zamanda xalqımızın azadlıq və müstəqillik mübarizəsinin növbəti qəhrəmanlıq səhifəsi hesab edilən qanlı 20 Yanvar hadisəsindən 35 il ötür. Bu münasibətlə Milli Kitabxanada 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “20 yanvar – Qəhrəmanlıq və qürur günümüzdür!” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, virtual sərgidə bu faciəni əks etdirən fotolar, unudulmayan tarix, tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi – 20 Yanvar faciəsi, qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, Bakıda törədilmiş…

Daha çox

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

[ad_1] “Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Bu barədə SİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. “Boeing 737-800” təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib. Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir. [ad_2]

Daha çox

Yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

[ad_1] Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. SİA xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. [ad_2]

Daha çox

20 Yanvar faciəsindən 35 il ötür

[ad_1] Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 35 il keçir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət…

Daha çox