Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Dövlət Komitəsindən SİA-ya bildirilib ki, kolektiv tərəfindən ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb. [ad_2]

Daha çox

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

[ad_1] Yanvarın 20-də Naxçıvan Muxtar Respublikasında 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulları, Naxçıvan Qarnizonu qoşunlarının heyətləri, “Naxçıvan Qaziləri” və “Naxçıvan Şəhid Ailələri” ictimai birliklərinin üzvləri və yüzlərlə sakin şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra səlahiyyətli nümayəndə, dövlət və hökumət nümayəndələri şəhidlərin…

Daha çox

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi

[ad_1] 20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri və Xocalı rayonunda da yad edilib. Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb. [ad_2]

Daha çox

Xankəndi ağ örpəyə büründü

[ad_1] Bu gün səhər saatlarından başlayaraq yağan qar Xankəndi şəhəri və ətraf yaşayış məntəqələrini ağ örpəyə bürüyüb. Şəhər ərazisində qarın hündürlüyü bir necə santimetrə çatıb. Sakinlər qarı böyük sevinclə qarşılayıblar.Qar şəhərin füsunkar gözəlliyinə əlavə rəng qatıb. Təbiət ağ örpəyə bürünüb. Bu mənzərələri görməyə dəyər. Bu səbəbdən də Xankəndinin əsrarəngiz görüntülərini təqdim edirik. [ad_2]

Daha çox

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

[ad_1] Almaniyanin Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anim tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirin birinci hissəsində Azərbaycan Evinin həftəsonu məktəbinin şagirdlərinə 20 Yanvar faciəsi haqqında məlumat verilib. Sonra tədbir Maqdeburq şəhərində və ətrafında yaşayan həmvətənlərimizin və əcnəbilərin iştirakı ilə davam edib. Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Dünya Boks Komitəsinin və Diaspora Boks Liqasının rəhbəri Yaşar Niftəliyev anım tədbirində çıxış edərək iştirakçılara 20…

Daha çox

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

[ad_1] Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Milli Məclisin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb. [ad_2]

Daha çox

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

[ad_1] İqtisadiyyat Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin hörmət və minnətdarlıqla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub. 1990-cı il yanvarın 20-si qəhrəman Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix milli oyanış prosesini sürətləndirib, Azərbaycan dövlətinin müstəqilliyinin bərpasında mühüm rol oynayıb. 20 Yanvar xalqımızın tarixi yaddaşında əbədi iz buraxıb, şəhidlərimizin əziz xatirəsi qəlbimizdə…

Daha çox

Gürcüstanda 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb

[ad_1] Bu gün Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub. SİA xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları Samir Əbdürəhmanov, Ramiz Hacızadə, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, məktəblilər Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla anaraq onların ruhuna dualar oxuyublar. Çıxış edənlər Azərbaycan və gürcü xalqlarının müstəqillik uğurundakı mübarizəsindən, sovet imperiya qüvvələrinin xalqlarımızın mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıblar. Bildirilib ki, imperiya qüvvələri 1989-cu…

Daha çox

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

[ad_1] Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 35-ci ildönümü dərin ehtiramla yad edilib. SİA xəbər verir ki, rayon rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti Xırdalan səhərində Şəhidlər Abidəsini ziyarət edərək, şəhidlərimizin xatirələrini ehtiramla anıblar. Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni oxunub. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, “20 Yanvar” Cəmiyyətinin Abşeron rayon şöbəsinin sədri Eyşan İsgəndərov, Rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi…

Daha çox

Bakı metrosu Dərnəgül deposunu istifadəyə verməyə hazırlaşır

[ad_1] Yaxın vaxtlarda “Bakı Metropoliteni” QSC-nin Yeni Dərnəgül deposunun istifadəyə verilməsi planlaşdırılır. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Vüsal Aslanov bildirilib. “Hazırda metronun “Qırmızı” və “Yaşıl” xətlərinə xidmət edən yalnız bir depo – Nərimanov deposu mövcuddur: Yeni depo istifadəyə verildikdən sonra “Yaşıl” xəttin müstəqil deposu olacaq. Növbəti tədbirlərimizdən biri də “İçərişəhər” və “Xətai” stansiyalarında geri dönüş tunellərinin təkmilləşdirilməsidir. Qatarların son stansiyaya çatdıqdan sonra dərhal geri qayıtması üçün texniki fasilə tələb olunur. Bu fasilə nə qədər qısa olarsa, intervallar bir o qədər azalar”, – deyə o qeyd…

Daha çox