[ad_1] Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu və SOCAR Kulevi Neft Terminalının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov xalqımızın qəhrəmanlıq tarixinə nəzər salıb, 1990-ci il yanvarın 20-də baş vermiş faciənin baş vermə səbəbləri barədə danışıb. Bildirib ki, 35 il bundan əvvəl baş vermiş bu hadisə xalqımızın yaddaşına əbədi həkk olunub. Bu hadisələr faciəli olmaqla yanaşı, Azərbaycan xalqının tarixində şanlı qəhrəmanlıq səhifəsidir. Faciə qurbanları heç…
Daha çoxCategory: Sosial
Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib
[ad_1] Serbiyanın paytaxtı Belqrad şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər. Səfir Kamil Xasiyev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və daxili qoşunlarının Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində mülki əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzmini qıra bilməyib. O bildirib ki, bu vəhşi hərbi təcavüz…
Daha çoxRİİN kollektivi Şəhidlər xiyabanında
[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib. Nazirlikdən SİA-ya bildirilib ki, ölkəmizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər qərənfillər düzülüb, onların xatirəsi ehtiramla yad olunub. [ad_2]
Daha çox20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb
[ad_1] Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib. SİA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib və qəbirləri üzərinə əklil qoyublar. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək bildiriblər ki,…
Daha çoxŞuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
[ad_1] 20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Şuşa şəhərində də ehtiramla yad edilib. SİA xəbər verir ki, saat 12:00-da Şuşa şəhərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə avtomobillərin hərəkəti dayandırılıb, siqnallar verilib. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhər sakinləri şəhidlərin xatirəsini qürur və ehtiramla anıblar. [ad_2]
Daha çoxAzərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
[ad_1] Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətin maarifləndirilməsi və vətənpərvərlik nümunələrinin təbliğ edilməsi istiqamətində silsilə tədbirlər keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, saat 12:00-da faciənin 35-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər,…
Daha çoxİsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
[ad_1] 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Stokholmdakı “Zorakılığa qarşı” abidəsinin önündə anım tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb. Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov 1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları gülləbarana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib. “Biz bu gün, həmçinin Ümummilli Lider Heydər Əliyevi dərin…
Daha çoxOmbudsman Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanında
[ad_1] Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya aparatın mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb. [ad_2]
Daha çoxAQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
[ad_1] Yanvarın 20-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib. Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir də keçirilib. Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hadisələrin əks edildiyi videoçarx nümayiş etdirilib, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından…
Daha çox20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
[ad_1] Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi qürur və ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən, şəhidlərimizin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən danışılıb. 20 Yanvar tarixinin xalqımızın mübarizlik nümunəsi kimi yaddaşlarda qalacağı, daim qürurla anılacağı və gələcək nəsillər üçün müstəqillik salnaməsinin şanlı səhifəsi kimi xatırlanacağı vurğulanıb. [ad_2]
Daha çox