“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub

[ad_1] “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Tariyel Didarov üzərində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyatın uğurla tamamlanması qazimizin sağlamlıq vəziyyətinin yaxşılaşmasına töhfə verib. Qeyd edək ki, Tariyel Didarov Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi əməliyyatlarında fədakarlıqla iştirak edib. 2020-ci il oktyabrın 26-da ağır yaralanıb. İndiyədək onun üzərində üç dəfə cərrahiyyə əməliyyatı həyata keçirilib. “YAŞAT” Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımızın sağlamlıqlarının bərpası və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu missiya qazilərimizin və şəhid ailələrinin hərtərəfli dəstəklənməsi…

Daha çox

Sabah hava yağmursuz olacaq

[ad_1] Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz…

Daha çox

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY ) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib. ADY-dən SİA-ya verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilər. Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar. Bütün xəbərlər Facebook səhifəmizdə [ad_2]

Daha çox

“İndi arxalarını çevirib oynayırlar”

[ad_1] Azərbaycanın tanınmış şoumeni, aktyor və müğənni, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti Qorxmaz Əlilicanzadənin SİA-ya verdiyi müsahibəsini təqdim edirik: – Bayağı mahnılara qarşı necə mübarizə aparmaq lazımdır ki, bunun qarşısı alınsın? – Bilirsiniz, Sovet dövründə toyxanalar səviyyəsində mahnılar çox yazılırdı. Əvvəllər toyxana vardı, toyxanada muğam ifaçıları vardı. Onların da sambalı vardı və rəqslər çalınardı. Bizdə Maştağa kəndində belə idi. Saat 1-də musiqiçilər gələrdilər, rəqs havaları çalardılar, dincələrdilər sonra yenə çalardılar. Saat 7-də içəri muğam girərdi. Muğamat saat 12-yə qədər oxuyardı, 12-dən sonra dincələrdilər, yarım saatdan sonra aşıqlar…

Daha çox

13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib

[ad_1] Son bir ildə əlilliyi olan 13 minə yaxın şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi onlardan 10,9 min şəxsi münasib işlərlə təmin edib. Həmçinin ötən il əlilliyi olan 1,5 min şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar. Eyni zamanda agentlik tərəfindən son bir ildə əlilliyi olan 500-ə yaxın şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib. [ad_2]

Daha çox

Həcc ziyarətinin qiyməti niyə bahalaşdı?

[ad_1] Həcc ziyarətinin qiyməti ötən illə müqayisədə bu il daha yüksəkdir. Belə ki, 2024-cü ildə həcc ziyarəti üçün paketin qiyməti 5 850 ABŞ dolları, bu il isə 5 950 ABŞ dolları müəyyənləşdirilib. Bəs, buna səbəb nədir? SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangirinin fikirlərini öyrənib. Onun sözlərinə görə, həcc ziyarəti üçün paketin məbləği Səudiyyə Ərəbistanındakı qiymətlərə uyğunlaşdırılaraq təyin edilir: “Biz çox çalışdıq ki, keçən ilki qiyməti saxlayaq, lakin heç cür alınmadı. Səudiyyə Ərəbistanında hər şey bahalaşıb. Buna baxmayaraq, biz ötənilki…

Daha çox

Saç ağarmasının hansı psixoloji səbəbləri var?

[ad_1] “Saç ağarması, adətən yaşlanma ilə bağlı fizioloji bir proses olsa da, müəyyən psixoloji amillər bu prosesi sürətləndirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Psixoloji olaraq aşağıdakı səbəbləri vurğulaya bilərsiniz: – Uzunmüddətli stress hormon balansını pozaraq melanin istehsalını azalda bilər. Bu, saçların erkən ağarmasına səbəb ola bilər. – Duyğusal vəziyyətlərin uzun müddət davam etməsi bədənin ümumi sağlamlığına təsir edir və saç köklərinə mənfi təsir göstərir. – Şok yaradan bir travma (məsələn, yaxın itkisi, qəza və s.) saçların ani şəkildə ağarmasına səbəb ola…

Daha çox

Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

[ad_1] Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır. Yeni xidmətin üstünlükləri: Müştəri sorğularını ani emal edir; Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır; Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir. Həmçinin tətbiqin yeni versiyasında istifadəçilər xüsusi bölüm vasitəsilə tətbiqin…

Daha çox

Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib

[ad_1] Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə SİA-ya DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. “Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, – məlumatda deyilir. [ad_2]

Daha çox