[ad_1] Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb. [ad_2]
Daha çoxCategory: Sosial
Sabah Merac gecəsidir
[ad_1] Məhəmməd peyğəmbərin Allahın hüzuruna yüksəldiyi gecə olaraq qəbul edilən Merac gecəsi bu gün qeyd olunacaq. SİA xəbər verir ki, İslam inancına görə, Allahın dəvəti ilə Məhəmməd peyğəmbər Məscidül-Həramdan (indiki Səudiyyə Ərəbistanı, Məkkədə yerləşir) Məscidül-Əqsaya, (Qüdsdə yerləşir) oradan səmaya, ali aləmlərə və ilahi hüzura yüksəldi. “İsra və Merac möcüzəsi” kimi tanınan bu hadisə Qurani-Kərimin İsra və Nəcm surələrində ifadə olunub. “İsra hadisəsi” Məhəmməd peyğəmbərin bir gecədə Məkkədən Qüdsə getməsinə, “Mirac hadisəsi” isə onun səmalardan o tərəfə səyahətinə aiddir. İslami mənbələrə görə, Məkkədən Mədinəyə hicrətdən bir il əvvəl baş vermiş “İsra…
Daha çoxŞəkidə ən yaşlı seçicinin 100 yaşı var
[ad_1] Şəki rayonunda ən yaşlı seçicinin 100 yaş var. SİA-nın məlumatına görə, rayonda qeydiyyatda olan ən yaşlı seçici 1925-ci il təvəllüdlü Telli Nurəddin qızı Məmmədhəsənovadır. O, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 114 saylı Şəki şəhər seçki dairəsinin rayonun Baş Göynük kəndində yerləşən 43 saylı seçki məntəqəsində səs verəcək. [ad_2]
Daha çoxCəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb
[ad_1] Cəlilabad rayonunun Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır. Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində 5 nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. [ad_2]
Daha çoxSüni intellektin insanlara təsirləri NƏLƏRDİR?
[ad_1] Süni intellekt müasir dövrdə həyatın bir çox sahəsində inqilabi dəyişikliklər yaradır. Texnologiya, tibb, təhsil, media və biznes kimi sektorlarda avtomatlaşdırma və məlumatların analizi vasitəsilə effektivliyi artırır. Süni intellekt insan əməyini tamamlayan, bəzən isə əvəz edən sistemlər yaradaraq istehsalın sürətini və keyfiyyətini yüksəldir. Eyni zamanda, jurnalistika və yaradıcılıq sahələrində də süni intellekt alətləri yeniliklər gətirir, lakin etik məsələlər və insan iş yerlərinə təsiri barədə müzakirələr də aktuallığını qoruyur. Hazırda süni intellekt texnologiyalarının inkişafı cəmiyyətin gələcəyini formalaşdıracaq əsas faktorlar arasında ön sıradadır. Bəs insanların həyatına süni intellekt necə təsir edir? Həmçinin…
Daha çoxRəşad Nəbiyevin Qusardakı vətəndaş qəbulunun vaxtı növbəti dəfə dəyişdirilib
[ad_1] Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin yanvarın 27-də Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı yanvarın 31-nə dəyişdirilib. SİA nazirliyə istinadən xəbər verir ki, nazir vətəndaşları Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində saat 09:00-da qəbul edəcək. Qəbula yanvarın 24-nə qədər nazirliyin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. [ad_2]
Daha çoxNaxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib
[ad_1] Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələri arasında Beynəlxalq Təhsil Günü münasibətilə STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, bu barədə Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən bildirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov son illər dünyada elm və texnologiyalar sahəsində sürətli inkişafın, əldə edilən əhəmiyyətli nailiyyətlərin qarşıya yeni vəzifələr qoyduğunu deyib. Qeyd edilib ki, şagirdlər texnologiyalar vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın…
Daha çox“Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti”
[ad_1] Yanvarın 24-də Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti” mövzusunda seminar keçirilib. Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Mərkəzi Gömrük Hospitalının və digər xəstəxanaların klinik bazasında təhsil alan müxtəlif ixtisaslı rezidentlər və gənc həkimlər iştirak ediblər. Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr…
Daha çoxTürkiyənin Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib
[ad_1] Yanvar 24-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Rəisi-baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Türkiyənin Koru Xəstəxanasının Qadın Xəstəlikləri və Doğum şöbəsinin rəisi, professor Aydan Biri və Beyin və sinir cərrahiyyəsi üzrə mütəxəssis…
Daha çoxVüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib
[ad_1] Bu gün “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) inzibati binasında Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlarla görüşüb. SİA quruma istinadən xəbər verir ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Vətəndaş qəbulu başa çatdıqdan sonra V. Əhmədov Qəbələ rayonu Qəmərvan kəndində görülən işlərlə yerində tanış olub. Kənd sakinləri ilə görüş zamanı onların fikirləri dinlənilib. “Azərişığ”ın…
Daha çox