Havanın əhvalımıza təsiri

[ad_1] “Araşdırmalar göstərir ki, insanların əhval-ruhiyyəsi yağışlı və tutqun havalara nisbətdə günəşli havalarda daha yaxşı olur. Bu hal kəskin şəkil aldıqda buna mövsümi depressiya deyirik. Mövsümi depressiya daha çox payız və qış fəsillərində artır. Bunu həm də sosial fəaliyyətin məhdudlanması ilə əlaqələndirə bilərik. İsti havalarda daha çox gəzir, daha çox dostlarımızla görüşə bilirik, sosial fəaliyyətimiz artır təbii ki, bu da əhvalımıza təsir göstərir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Gülşən Mahmudzadə bildirib. Mövsümi depressiyanın əlamətləri aşağıdakılardır. – Hətta ən asan işləri görmək üçün belə enerjini toplaya bilməmək; –…

Daha çox

Azərbaycanda ipotekaya əlçatanlıq hansı səviyyədədir?

[ad_1] “Ümumiyyətlə keçmiş MDB məkanında həm nümunəvi, həm də yaxşı ipoteka şərtlərindən biri də Azərbaycandadır”. Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, Azərbaycan ilk ölkələrdəndir ki, MDB məkanında faiz dərəcələrinə görə və digər şərtlərə görə hətta digər bir sıra qonşu ölkələri və bəzi Avropa ölkələrini belə qabaqlayır: “Düzdü bəzən suallar yaranır ki, ipotekaya əlçatanlıq aşağı səviyyədədir ona görə ki, qoyulan tələblər mövcud şərtlərlə uzlaşmır. Amma aydın məsələdir ki, Azərbaycanda gəlirlərin rəsmiləşdirilməsi ilə bağlı uzun illərdir ciddi problemlər var idi. Amma bu problemlər artıq ildən-ilə…

Daha çox

Qurumların siyahısı genişləndirilib

[ad_1] “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına əlavə edilib. [ad_2]

Daha çox

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

[ad_1] Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur. [ad_2]

Daha çox

Laoslu tələbələr Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər

[ad_1] Vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələr Azərbaycanı özlərinə ikinci Vətən hesab edirlər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikri Laos-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Laosun keçmiş energetika və mədənlər nazirinin müavini Thonqfat İnthavonq paytaxtı Vyentyanda assosiasiyanın 2024-cü ilin yekunlarına dair ənənəvi illik yığıncağında deyib. Assosiasiyanın 120-dən çox üzvünün iştirak etdiyi tədbirdə çıxış edən qurumun sədri sovet dövründə 2 minədək laoslunun Azərbaycanda müxtəlif təhsil müəssisələrində oxuduğunu, Bakıda yaşadıqları müddətdə Azərbaycan xalqı tərəfindən sanki bir ailənin üzvləri kimi məhəbbətlə və səmimi qayğı ilə əhatə olunduqlarını bildirib. Qeyd olunub ki, Azərbaycanda…

Daha çox

Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib

[ad_1] Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə Baş Prokurorluğun kollegiya üzvləri tərəfindən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, unudulmaz xatirəsi ehtiramla yad edilib. Həmçinin iştirakçılar tərəfindən kollegiya iclasının başlanğıcında Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizin, vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev 2024-cü…

Daha çox

Tanınmış yazar təltif edildi

[ad_1] Ümumi maraqlar uğrunda birləşmiş, üzvlərinin hüquq bərabərliyi, könüllülük prinsipləri əsasında yaradılan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikası ərazisini əhatə edir. “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin bu sahədə gördüyü işlər təqdirəlayiq, əməyi isə danılmazdır. Təşkilatın əsas məqsədi şəhidlərimizin keçdiyi döyüş şücaəti, vətən sevgisinin yeniyetmə və gənclərimiz arasında təbliği, eyni zamanda ehtiyacı olan şəhid ailələrinə sosial,hüquqi və psixoloji yardımlar göstərməklə onlara dəstək olmaqdır. Bu məqsədlə təşkilatın dövlət dəstəyi ilə nəşr etdirdiyi “Əsrimizin Qəhrəmanları” adlı kitab, eyni amala xidmət edənlərlə…

Daha çox

Bəzi insanlar telefonla danışmağı niyə sevmir?

[ad_1] “Telefonda danışmağı sevməmək psixoloji və ya emosional olaraq bir sıra müxtəlif səbəblərə əsaslana bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ruslan Kamilov deyib. Psixoloq sözlərinə belə davam edib: “Bu vəziyyətin ümumi səbəblərindən bəziləri bunlardır: 1. Sosiofobiya Telefon danışığı zamanı üz ifadələrini birbaşa görə bilməmək bəzi insanlarda yanlış anlaşılma qorxusu yarada bilər. Gözlənilməz suallara cavab vermək və ya söhbətin gedişatını idarə edə bilməmək narahatlığa səbəb ola bilər. 2. Nəzarətin itirilməsi hissi Telefon danışıqları kortəbii olduğu üçün söhbəti planlaşdırmaq və ya düşünmək üçün məhdud vaxt var. Bu, bəzi insanlar üçün narahatlığa səbəb…

Daha çox

Culfada seçicilərlə növbəti görüş

[ad_1] Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ərəfsə və Milax kənd mərkəzlərində seçiciləri ilə növbəti görüşlərini keçirib. Görüşlərdə Ləkətağ, Boyəhməd, Teyvaz və Qazançı kəndlərindən olan seçicilər də iştirak ediblər. Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb. Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər. [ad_2]

Daha çox

Sabaha olan hava proqnozu AÇIQLANDI

[ad_1] Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə…

Daha çox