[ad_1] Gənclərimizin Prezident mükafatına layiq görülməsi bizim üçün çox qürurverici və sevindirici haldır. SİA xəbər verir ki, bunu Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli “Sumqayıt Gənclər Paytaxtı – 2025″in açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, ruhu gənc olan hər kəsi 2 Fevral – Azərbaycan Gənclər Günü münasibətilə təbrik edib: “Artıq uzun illərdir gənclər sahəsində çalışırıq. Bu illər ərzində dövlətin qayğı və diqqətini hər zaman hiss etmişik. Biz dövlət gənclər siyasətinə, eləcə də ölkəmizin inkişafına və rifahına kiçik töhfələrimizi verməyə davam edəcəyik”. [ad_2]
Daha çoxCategory: Sosial
Şəhidlərimizin əziz xatirəsi yad edilib
[ad_1] Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb,…
Daha çoxGənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib
[ad_1] Gənclər və İdman Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt – Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kimyaçı Mədəniyyət Mərkəzinin yaxınlığında yerləşən büstü önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səsləndirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycan gənclərinin özlərini hər sahədə doğrultduqlarını söyləyib. Sumqayıtın günü-gündən inkişaf etdiyini, abadlaşdığını qeyd edən Z.Fərəcovun sözlərinə görə, bu şəhərin tərəqqisi…
Daha çoxHərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib
[ad_1] Hərbi hissələrdə 2 Fevral – Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib. Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb. Sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən dövlət gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərimizə verdiyi dəyərdən, Birinci vitse-prezident Mehriban xanımın göstərdiyi dəstəkdən danışıblar. Daha sonra hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, onların qayğı və problemləri ilə…
Daha çoxGənclər və İdman Nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib
[ad_1] 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun rəhbərləri və kollektivləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri bu gün Fəxri Xiyabanı ziyarət ediblər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad olunub. Qeyd edək ki, bu günün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident Heydər Əliyevin Sərəncamı ilə fevralın…
Daha çoxBəzi magistral yollarda dumana görə görmə məhdudlaşacaq
[ad_1] Avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 3-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var. [ad_2]
Daha çoxDiaspor gəncləri ilə videokonfrans keçirilib
[ad_1] “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Diaspor Gənclərinin Yay Düşərgələrinin iştirakçılarının videokonfransı təşkil olunub. SİA xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən videokonfransda 51 ölkədən 200-dən çox gənc iştirak edib. Giriş nitqindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor fəaliyyətində gənclərin rolunun önəmindən danışıb. Dövlətin diqqət və qayğısının nəticəsində milli məfkurəyə sadiq, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir gənc nəsil yetişdiyini bildirib. Bu gün Azərbaycan gəncinin milli-mənəvi dəyərlərə əsaslanan cəmiyyətin möhkəmləndirilməsi işində öz bacarığını…
Daha çox14 dərəcə isti olacaq
[ad_1] Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, zəif çiskin olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Rayonlar havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın…
Daha çoxBakıda temperatur 0°-yə düşəcək, sulu qar yağacaq
[ad_1] Bakıda və Abşeron yarımadasında havanın temperaturu fevralın 8-i gecədən kəskin soyuyacaq. SİA hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın 8-i gecə havanın temperaturu 0 dərəcə təşkil edəcək. Fevralın 9-u və 10-u Bakıda sulu qar yağacağı gözlənilir. Fevralın 9-u gündüz Bakıda temperaturu +3 dərəcə təşkil edəcək. [ad_2]
Daha çoxBu marşrutun hərəkət sxemi dəyişdirilir
[ad_1] Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlə əlaqədar, 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək. [ad_2]
Daha çox