“Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq”

[ad_1] AŞPA-nın qış sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden çıxış edib. SİA xəbər verir ki, Baş nazir çıxışından sonra avropalı parlamentarilərin suallarını cavablandırıb. Norveçli parlamentari İ.Şi Şu Lüksemburqun Baş nazirinə provokativ sualla müraciət edərək, Nazirlər Komitəsinin sədri qismində Lüksemburqun Azərbaycanı dialoqa təşviq üçün nə etdiyini soruşub. Baş nazir Lyuk Friden ölkəsinin önəm verdiyi dəyərləri xatırladaraq bildirib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti ilə görüşüb. Elə həmin gün o, Ermənistanın baş naziri ilə də görüşdüyünü bildirib. Qeyd edib ki, bu iki ölkənin sülh şəraitində yanaşı yaşaması, eləcə…

Daha çox

Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüşün iştirakçılarını qəbul edib

[ad_1] Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 29-da Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün iştirakçılarını qəbul edib. SİA xəbər verir ki, görüşdə Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, Özbəkistan tərəfindən xarici işlər naziri Baxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov və nəqliyyat naziri İlhom Maxkamov iştirak ediblər. Türkiyə tərəfindən isə görüşə xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri…

Daha çox

Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir

[ad_1] Moldovanın “Noi.md” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirləri dərc edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, məqalədə dövlətimizin başçısının çıxışına istinadla Zəngəzur dəhlizinin artıq dünyada ümumi qəbul edilmiş ifadə və termin olduğu vurğulanıb. Beynəlxalq leksikona daxil edildiyi və Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində əməli addımlar atdığı diqqətə çatdırılıb. Məqalədə, daha sonra Prezident İlham Əliyevin sitatlarına istinadla yazılır: “Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü…

Daha çox

Ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində olub

[ad_1] Məlum olduğu kimi, yanvarın 29-da saat 19:00-da Azərbaycandakı bütün seçki məntəqələrində bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı 59 saylı Quba seçki dairəsində müşahidə olunub. Bu seçki dairəsində 49 min 795 seçicidən 19 min 172 nəfəri (38,50 faiz) səsvermədə iştirak edib. [ad_2]

Daha çox

Bələdiyyə seçkiləri saat 19:00 etibarı ilə başa çatıb

[ad_1] Bələdiyyə seçkiləri saat 19:00 etibarı ilə başa çatıb. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsinin sədri Könül Təhməzova SİA-ya açıqlamasında ilkin nəticələrdən bəhs edib. Məntəqə sədri seçicilərin böyük əksəriyyətinin seçki prosesində iştirak etdiyini vurğulayıb:’’Seçidə yüksək səviyyədə iştirak qeydə alınıb. Müşahidəçilərin tam nəzarəti ilə seçki prossesi baş tutub, heç bir seçki qaydalarının pozulması olmayıb. 11 seçici daşınan seçki qutusu vasitəsilə səs verib’’. Ayaz Zeynalzadə [ad_2]

Daha çox

Son saata olan seçici fəallığı açıqlanıb

[ad_1] Bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində son saata olan seçici fəallığı açıqlanıb. SİA xəbər verir ki , Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a qədər respublika üzrə 1 milyon 874 min 810 nəfərin səs verdiyini deyib. Onun sözlərinə görə, seçici fəallığı 31,45 faiz olub. Xatırladaq ki, bugünkü seçkidə səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici qeydə alınıb. [ad_2]

Daha çox

“Azərbaycan və Özbəkistan ilə münasibətimiz ən yüksək səviyyədədir”

[ad_1] Türkiyənin Azərbaycan və Özbəkistan ilə münasibətləri ən yüksək səviyyədədir. Əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika sahələrində əlaqələrin genişləndirilməsi üzrə atılan addımlar xüsusi önəm daşıyır. Bu, 2040-cı ilədək Türk Dövlətləri Təşkilatının (TDT) əsas hədəflərindən biridir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair keçirilmiş birgə mətbuat konfransında söyləyib. O deyib ki, üçtərəfli görüşün iştirakçıları Orta Dəhlizin infrastruktur bazasının möhkəmləndirilməsi üzrə atılan addımları müzakirə ediblər. H.Fidan qeyd edib ki, hazırda…

Daha çox

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb

[ad_1] Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb. SİA xəbər verir ki, seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub. Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib. Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb. Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987…

Daha çox

İkinci üçtərəfli görüş keçirilib

[ad_1] Türkiyənin Ankara şəhərində keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat-ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü çərçivəsində üç ölkənin XİN başçılarının görüşü olub. Görüş zamanı xarici siyasət sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib. [ad_2]

Daha çox

Saat 17:00-a olan seçici fəallığı açıqlanıb

[ad_1] Bələdiyyə seçkilərində saat 17:00-dək səsvermədə 1 milyon 715 min 291 nəfər iştirak edib. SİA xəbər verir ki, xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov ölkə üzrə seçici fəallığı haqda açıqlamasında deyib. O, bu saatadək seçici fəallığının 28,77 faiz olduğunu bildirib. Statistika hesabat vermiş 118 seçki dairələri əsasında məlum olub. Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququna malik 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox