Əli Əsədov Almatıda işgüzar səfərdədir

[ad_1] Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş naziri Oljas Bektenovun dəvəti ilə Almatı şəhərində işgüzar səfərdədir. Bu barədə SİA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Baş nazirinin müavini – hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar. Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək. [ad_2]

Daha çox

“Uğurlarımız təqdir edilməlidir”

[ad_1] “Azərbaycan bu gün tək Avrasiyanın deyil, dünyanın ən güclü, dayanıqlı, etibarlı nəqliyyat və loqistika mərkəzlərindən biri kimi qiymətləndirirlir”. Bu sözləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri qeyd edib ki, dünya iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyət daşıyan nəqliyyat marşurutlarının Azərbaycanda kəsişməsi və bu yolların Şərqdən Qərbə, Şimaldan Cənuba uzanması dövlətimizin beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməyə imkan yaradır. “Dövlətimizin rəhbəri cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etmişdir ki, “ Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan…

Daha çox

Bəhreyn Krallığının Baş komandanı Azərbaycanda səfərdədir

[ad_1] Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qonağı salamlayan general-polkovnik Z.Həsənov onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Bəhreyn Krallığı tərəfindən göstərilən humanitar yardıma, eləcə də Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi dövründə beynəlxalq təşkilatlarda dəstəyinə görə minnətdarlıq ifadə edib. Feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini xüsusi…

Daha çox

“Seçkilər növbəti demokratiya hadisəsi kimi yadda qaldı”

[ad_1] “Azərbaycanda 29 yanvar 2025-ci ilə təyin edilmiş növbəti bələdiyyə seçkiləri başa çatdı”.Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, bu, yerli özünüidarəetmənin daha səmərəli təşkili baxımından yeni bir mərhələ kimi yadda qalacaqdır: “Çünki seçkilərdən öncə bələdiyyələrin statusu haqqında qanunda dəyişiklik edilmişdi. Bu, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə idi. Bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.…

Daha çox

“Tıxac problemlərinə münasibət bildirilməsi təqdirəlayiq hadisədir”

[ad_1] “Qeyd edim ki, paytaxtın tıxac problemlərinə müşavirə keçirərək ən yüksək səviyyədə münasibət bildirilməsi təqdirəlayiq hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, eyni zamanda bu problemlərin həllinə yönəlik dövlət proqramının qəbul edilməsinə və doğru icrasına sinəsi partlayan Bakının böyük ehtiyacı vardı. Konkret təkliflərimə gəldikdə isə bu dövlət proqramı hal-hazırda tam detalları ilə ictimaiyyətə açıqlanmadığı üçün təklifləri də ümumi konteksdə aşağıdakı kimi ifadə etmək istərdim: 1. Yol tikinti layihələri böyük vəsaitlər tələb etdiyindən, əvvəlki illərdə yol və körpü tikintisi zamanı yaşanan xoşagəlməz halların təkrarlanmaması üçün ciddi…

Daha çox

Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək

[ad_1] Azərbaycanda gənc sahibkarların növbəti forumu keçiriləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, forum gələn həftə baş tutacaq. Q. Xəlilov həmçinin əlavə edib ki, bu il gənclərdən ibarət Kəlbəcər könüllüləri qrupu da yaradılacaq: “Azad edilən ərazilərdəki Qayıdış könüllüləri seçilərkən adətən həmin rayonun sakinlərindən ibarət ailələrin övladlarına üstünlük verilir”. [ad_2]

Daha çox

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çoxsaylı insan tələfdatı ilə bağlı başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında deyilir: “Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter ilə toqquşması nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”. Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi…

Daha çox

Azərbaycan Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” ilə bağlı fəaliyyət planı hazırlayıb

[ad_1] Azərbaycan Gənclər Fondu “Konstitusiya və Suverenlik İli” ilə bağlı fəaliyyət planı hazırlayıb. SİA xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Milli Məclisin Gənclər və idman komitəsində keçirilən qurumun 2024-cü ildə fəaliyyəti haqqında təqdimata həsr olunmuş iclasda deyib. Onun sözlərinə görə, plan çərçivəsində qanunverici orqan kimi Milli Məclislə də bir sıra fəaliyyətlər nəzərdə tutulub. [ad_2]

Daha çox

AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən işləri açıqlayıb

[ad_1] 2020-2024 cü illərdə Azərbaycanın işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində ümumi uzunluğu 70,8 km olan 45 tunel, ümumi uzunluğu 9 581,6 m 447 körpü və ümumi uzunluğu 3 871 m olan 16 viaduk inşa edilir. İndiyədək uzunluğu 59,6 km təşkil…

Daha çox

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib

[ad_1] Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-yə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib. “Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik”,-məlumatda qeyd olunub. [ad_2]

Daha çox