[ad_1] Azərbaycanın Kosta-Rikadakı qeyri-rezident səfiri (iqamətgahı Mexiko şəhərində) Məmməd Talıbov bu ölkənin prezidenti Rodriqo Çaves ilə görüşüb. SİA xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədəki səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, görüşdə Bakı və San-Xosenin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğu qeyd edilib: “Kosta-Rika Prezidenti Rodriqo Çaves ilə dialoq aparmaq mənim üçün şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırdım. Kosta Rikanın COP29-da fəal iştirakına görə minnətdarlığını bildirdim. Bundan əlavə, mən ikitərəfli münasibətlərin, xüsusən də iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafında qarşılıqlı marağımızı qeyd etdim”. [ad_2]
Daha çoxCategory: Siyasət
MSK dairələrdən daxil olan müraciətləri araşdırılması üçün DSK-lara göndərib
[ad_1] Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar daxil olan müraciətlərə baxıb. SİA xəbər verir ki, qurumun bu gün keçirilən iclasında əvvəlcə müraciətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib. Bildirilib ki, MSK-ya 8 dairə seçki komissiyasından müraciət daxil olub: 56 saylı Şabran-Xaçmaz DSK (2 şikayət), 67 saylı Sabirabad DSK, 68 saylı Sabirabad-Şirvan DSK, 72 saylı Cəlilabad kənd DSK, 81 saylı İmişli DSK, 82 saylı İmişli-Saatlı DSK, 85 saylı Füzuli-Ağcabədi DSK, 86 saylı Ağcabədi DSK. Müraciətlər araşdırılması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilib. [ad_2]
Daha çoxTürkiyənin Azərbaycandakı yeni səfiri səlahiyyətlərinin icrasına başlayıb
[ad_1] Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. SİA xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi “X” hesabında məlumat yayıb. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib. Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb. [ad_2]
Daha çoxVilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
[ad_1] Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il fevral ayının 7-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri qəbul ediləcək. “Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı fevralın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur”, – məlumatda vurğulanıb. [ad_2]
Daha çoxCinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
[ad_1] Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb. [ad_2]
Daha çoxƏdliyyə naziri Astarada vətəndaşları qəbul edib
[ad_1] Ədliyyə naziri Fərid Əhmədov Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbulda Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib. [ad_2]
Daha çoxƏli Əsədov Pakistanlı nazir ilə görüşüb
[ad_1] Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baş tutmuş səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirilib. Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub. [ad_2]
Daha çoxCeyhun Bayramov Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb
[ad_1] Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizdəki yeni təyin olunmuş səfiri Birol Akgünlə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Birol Akgün etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn mövzular, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında mövcud tarixi, ənənəvi qardaşlıq və dostluğun müttəfiqliyimizin, o cümlədən regional və beynəlxalq…
Daha çoxAzərbaycan-QDİƏT əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb
[ad_1] Yanvarın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan-QDİƏT əməkdaşlığı, bu ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək, ölkəmizin Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Azərbaycanın regional iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm…
Daha çoxQəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar
[ad_1] Artıq son dörd ildir ki, hər bir əlamətdar tarixi günü, bayramı tamamilə fərqli ovqatda, qalib, ərazi bütövlüyü və suverenliyini tam bərpa edən xalq kimi qeyd edirik. Nəzərə alsaq ki, bu gün bəhs edəcəyimiz əlamətdar gün məhz bu tarixi zəfərlərdə xüsusi payı olan gənclərimizlə bağlıdır, bu halda daha da qürurlanır, ilk olaraq onların torpaq, Vətən sevgisindən söhbət açmaq istəyirik. Bu gün otuz il düşmən işğalında qalan torpaqlarımızı çox qısa müddətdə azad edən rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan, tarixi və dini abidələrimizi yerlə-yeksan edən erməni vandallarını 44 gündə…
Daha çox