“Ən cavan seçimizin isə 18 yaşı var”

[ad_1] 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 12 saylı məntəqəsinin sədri Aytən Baxşıyeva seçki prosesi barədə məlumat verib. O, SİA-ya açıqlamasında deyib ki, seçkilər çox aktiv şəkildə keçirilir”. Onun sözlərinə görə, seçkilərə hal-hazırda 65 seçici gələrək səs verib. Seçki zamanı 12 şəxs üçün daşınan qutu təşkil edilib və onlar öz seçki hüquqndan istifadə edə biləcəklər. Hal-hazırda ən yaşlı seçicimiz 87 yaşlı şəxsdir. Ən cavan seçimizin isə 18 yaşı var. Ümumi siyahıya əsasən hal-hazırda 1043 seçicimiz var”. [ad_2]

Daha çox

37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib

[ad_1] Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA məntəqədən görüntüləri təqdim edir. Xatırladaq ki, səsvermə bu gün axşam saat 19:00-a qədər davam edəcək. Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür. Ayaz Zeynalzadə [ad_2]

Daha çox

Ombudsman seçkiləri müşahidə edir

[ad_1] 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. SİA-nın verdiyi məlumata görə, məntəqə səhər saat 08:00-dan etibarən seçicilər üçün açılıb. Ombudsman Səbinə Əliyeva səsvermə prosesində müşahidəçi qismində iştirak edir. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox

Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək

[ad_1] Səsvermə günü seçki məntəqəsində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib. O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib: “Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin və məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır”. Qeyd edək…

Daha çox

“Veb-kameralar praktikasından istifadə edilir”

[ad_1] “Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir”. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib: “İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir”. MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq. [ad_2]

Daha çox

“Məntəqədə aktivlik müşahidə olunur”

[ad_1] Məlumdur ki, bu gün saat 08:00-dan Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb. Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçki prosesinə start verilib. SİA-nın əməkdaşı məntəqədə olan müşahidəçi Ruslan Əlizadənin seçki prosesi barədə fikirlərini öyrənib. Onun sözlərinə görə, hazırda, yəni saat 08:30 dan etibarən məntəqədə aktivlik müşahidə olunur: “Hələ ki, seçkilərlə bağlı bir narazılıq qeydə alınmayıb”. Xatırladaq ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Ayaz Zeynalzadə [ad_2]

Daha çox

“Ən yaşlı seçicinin 81 yaşı var”

[ad_1] 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi başlayıb. Məntəqə sədri Jalə Zeynalova SİA-ya açıqlamasında bildirib ki, seçki tam şəffaf keçirilir. O bildirib ki, ən yaşlı seçicinin 81 yaşı var. Əlliyi olan şəxslərə evindən səs vermələri üçün tam şərait yaradılıb”. [ad_2]

Daha çox

Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb

[ad_1] Bakının Xəzər rayonu Türkan qəsəbəsi 14 saylı Dairə Seçki Komisiyasında, Buzovna qəsəbəsi, 12 saylı Dairə Seçki Komisiyasında bələdiyyə seçkilərinə görə səsvermə başlayıb. SİA-nın məlumatına görə, Nizami rayonu 24 saylı seçki dairəsində də seçki prosesi start götürüb. Qeyd edək ki, seçkilərdə ümumilikdə 16 min 92 namizəd mübarizə aparır. [ad_2]

Daha çox

Şimal-qərb zonasında bələdiyyə seçkilərinə start verilib

[ad_1] Ölkənin şimal-qərb zonas;nda bələdiyyə seçkilərində səsverməyə start verilib. SİA-nın məlumatına görə, Qax və Şəki rayonları ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində seçkiyə start verilib. Dairə üzrə 10 bələdiyyə üçün ümumilikdə 110 namizəd qeydə alınıb. 113 saylı Qax-Şəki seçki dairəsi üzrə 73 məntəqə fəaliyyət göstərir. Bunlardan 10 məntəqədə veb-kamera, 2 məntəqədə isə pandus quraşdırılıb. Seçki dairəsi üzrə 54 min 673 seçici qeydiyyata alınıb, onlardan 324 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə həmin gün 18 yaşı tamam olan 1 nəfər var. 113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində 831 müşahidəçi…

Daha çox

“71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır“

[ad_1] “Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək”. SİA xəbər verir ki, buju Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O, Mərkəzi Seçki Komissiyasında təşkil olunan mətbuat konfransında bildirib ki, bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır, səsvermə saat 19:00-a qədər davam edəcək: “Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var”. Qeyd edək…

Daha çox