Yevlax və Mingəçevirdə də seçici fəallığı müşahidə olunur

[ad_1] Yevlax rayonu və Mingəçevir şəhərində də seçici fəallığı müşahidə olunur. SİA-nın məlumatına görə, 52 saylı Yevlax, 53 saylı Yevlax-Mingəçevir və 54 saylı Mingəçevir seçki dairələrində fəaliyyət göstərən ümumilikdə 147 məntəqədə səsvermə seçici fəallığı şəraitində davam edir. Səsvermənin başladığı saatdan etibarən, seçicilərin sərbəst səs vermələri üçün məntəqələrdə lazımı şərait yaradılıb. Məlumata əsasən, 52 saylı Yevlax seçki dairəsində 72, 53 saylı Yevlax-Mingəçevir və Mingəçevir seçki dairələrində isə ayrı-ayrılıqda 184 namizəd qeydə alınıb. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min…

Daha çox

Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib

[ad_1] Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib. SİA xəbər verir ki, bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə iştirak edirdilər. Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. [ad_2]

Daha çox

Eldar Əzizov bələdiyyə seçkilərində səs verib

[ad_1] Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib. SİA xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. [ad_2]

Daha çox

Seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb

[ad_1] Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən yüksək olduğu seçki dairəsinin adı açıqlanıb. SİA xəbər verir ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub. Bu seçki dairəsində 47 min 95 seçicidən 8 min 494 nəfəri (18.04 faiz) səsvermədə iştirak edib. [ad_2]

Daha çox

Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib

[ad_1] Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Sədr, Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Çin təqvimi ilə yeni ilin qədəm basmasını qeyd edən, təbiətin oyanışının və həyatın yenidən canlanmasının rəmzi olan Çuntsze bayramının bütün xalqınıza xoş əhvali-ruhiyyə, bol ruzi-bərəkət və rifah bəxş etməsini arzulayıram. Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur. Biz Çin ilə sağlam təməllər üzərində qurulmuş,…

Daha çox

Səhər saatlarında ən çox seçici aktivliyi Xəzər rayonunda olub

[ad_1] Bələdiyyə seçkiləri üzrə səsvermədə səhər saat 10:00-a olan vəziyyətə görə, ən çox seçici aktivliyi Xəzər rayonunda olub. SİA-nın məlumatına görə, seçici fəallığı ən yüksək olan dairə 13 faizdən çox olmaqla 12 saylı Xəzər birinci seçki dairəsi olub. Qeyd edək ki, ölkə üzrə orta hesablama ilə seçicilərin 8,38 faizi səs verib. [ad_2]

Daha çox

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri dəyişib

[ad_1] III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri dəyişib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, gənclər və idman naziri isə sədr müavini təyin olunub. Qeyd edək ki, bundan əvvəl Təşkilat Komitəsinin sədri vəzifəsini gənclər və idman naziri icra edirdi. [ad_2]

Daha çox

Naxçıvanda 970 namizəd mübarizə aparır

[ad_1] Bələdiyyə seçkiləri Naxçıvan Muxtar Respublikasında 6 dairə, 330 məntəqə üzrə 44 bələdiyyəni əhatə edir. Həmin dairələrdə, ümumilikdə, 286 min 956 seçici qeydiyyata alınıb ki, onlardan 1889-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək. SİA Naxçıvan Tibb Kollecində yerləşən və 1262 seçicinin qeydə alındığı 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 12 saylı məntəqəsində prosesi izləyib. Bu məntəqədə seçkilərin yüksək əhvali-ruhiyyədə keçməsi, şəffaflığın təmin olunması, yerli müşahidəçilərin, eləcə də media nümayəndələrinin prosesi sərbəst izləməsi üçün əlverişli şərait yaradılıb, veb-kamera quraşdırılıb. 4 saylı Naxçıvan şəhər seçki dairəsinin sədri Ramil Sadiqovun verdiyi məlumata görə,…

Daha çox