[ad_1] Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. SİA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi sənədin təfərrüatlarını paylaşıb. Məlumata görə, bəyannamədə nəqliyyat və regional kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planı öz əksini tapıb. Bəyannamənin digər əsas məqamları bunlardır: – qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinə sadiq qalmaq; – suverenliyə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qarşı birgə hərəkətləri dəstəkləmək öhdəliyi götürmək; – iqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi də…
Daha çoxCategory: Siyasət
Ceyhun Bayramov həmkarlarını son yeniliklər barədə məlumatlandırıb
[ad_1] Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistandan olan həmkarlarını işğaldan azad edilmiş ərazilərdəki son yeniliklər barədə məlumatlandırıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. C.Bayramov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası daha geniş coğrafiyada əməkdaşlığa imkanlar yaradır: “Qarabağ regionu vasitəsilə Şərq-Qərb, Orta dəhlizin yeni arteriyasının salınması hazırda həyata keçirilir və bunun böyük perspektivini görürük”. [ad_2]
Daha çoxNazirlərin üçüncü görüşü Bakıda keçiriləcək
[ad_1] Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 3-cü üçtərəfli görüşü Azərbaycanda keçiriləcək. SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında deyib. H.Fidan Türkiyənin Azərbaycan və Özbəkistanla ikitərəfli münasibətlərinin çox yüksək səviyyədə olduğunu vurğulayıb. “Bu üçtərəfli iclaslar vasitəsilə biz regionun inkişafına töhfə verəcəyik. Bu formatın növbəti iclasına qardaş Azərbaycan ev sahibliyi edəcək”, – o bildirib. [ad_2]
Daha çoxAnkarada Azərbaycan, Türkiyə və Özbəkistanın nazirlər görüşünün yekun bəyannaməsi imzalanıb
[ad_1] Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. SİA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan və Özbəkistandan olan həmkarları ilə birgə mətbuat konfransında bildirib. [ad_2]
Daha çoxSaat 15:00-a olan seçici fəallığı açıqlanıb
[ad_1] Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov həmin müddətə qədər respublika üzrə 1 milyon 473 min 5 nəfərin səs verdiyini bildirib. Onun sözlərinə görə, seçici fəallığı 24,71 faiz olub. [ad_2]
Daha çoxSeçkilərlə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb
[ad_1] Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılan “qaynar xətt”ə müraciət daxil olmayıb. Mətbuat Şurasından SİA-ya verilən xəbərə görə, bu gün saat 15.00-dək bələdiyyə seçkiləri ilə əlaqədar Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb. Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyir. Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə…
Daha çoxSuriya yeni əməkdaşlıq platforması olacaq
[ad_1] Qəzzada əldə edilmiş atəşkəsə əməl etmək vacibdir. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycan İsrail-Fələstin münasibətində ikidövlətli həll yolunu dəstəkləyir. Suriyadakı vəziyyətdən də söz açan Ceyhun Bayramov vurğulayıb ki, Suriyadakı müsbət proseslər hesabına ora Azərbaycan, Türkiyə və Özbəkistan üçün yeni əməkdaşlıq platformalarından biri olacaq. [ad_2]
Daha çoxAzərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb
[ad_1] Nəqliyyat sahəsində Azərbaycan, Türkiyə və Özbəkistan arasında yol xəritəsi imzalanıb. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Qeyd edək ki, sözügedən üçtərəfli görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan, Türkiyə və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi imzalanacağı barədə məlumat vermişdi. [ad_2]
Daha çoxTDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq
[ad_1] Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq. SİA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib. Hakan Fidan əlavə edib ki, qeyri-rəsmi Zirvə görüşü isə Macarıstanda keçiriləcək. [ad_2]
Daha çoxNaxçıvanda məhkumlar bələdiyyə seçkilərində səs veriblər
[ad_1] Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Seçkilərdə məhkum olan vətəndaşların da iştirakı təmin edilir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində Babək-Şahbuz-Kəngərli 3 saylı seçki dairəsinin 3-60 saylı seçki məntəqəsində məhkumların səs verməsi üçün şərait yaradılıb. Cəza çəkən şəxslər sərbəst şəkildə səsvermə hüququndan istifadə ediblər. [ad_2]
Daha çox