Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib

33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamın görməli yerlərini ziyarət edib. SİA xəbər verir ki, turistlər işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar. Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər Xiyabanında olublar. Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub. Qeyd edək ki, “Piki Reels” səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən – ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup turist Qarabağ və Şərqi Zəngəzura gəlib.

Daha çox

Səyyah qrupunun Qarabağa səfəri davam edir

33 beynəlxalq səyyahdan ibarət qrup Qarabağ və Şərqi Zəngəzurla tanış olmağa davam edir. SİA xəbər verir ki, İv Buvinin rəhbərlik etdiyi “Piki Reels” səyyah klubunun növbəti səfəri Cəbrayıl şəhərinə olub. Burada qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsünü ziyarət ediblər. Xarici qonaqlara körpünün tarixi və Böyük İpək Yolundakı mühüm rolu barədə məlumat verilib. Qeyd edək ki, “Piki Reels” səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail və Niderlanddan bir qrup səyyah Qarabağ və Şərqi…

Daha çox

Mina probleminə həsr edilən işgüzar görüş keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Qarabağ Dirçəliş Fondunun (QDF) donor və tərəfdaşlarının işgüzar görüşü keçirilib. SİA xəbər verir ki, görüş Böyük Qayıdış planının daha sürətli icra olunması üçün qarşıda duran ən böyük vəzifələrdən biri olan ərazilərin minalardan təmizlənməsi prosesində ANAMA-nın fəaliyyətinə dəstək göstərmək məqsədilə təşkil olunub. Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən yerləşdirilən minaların həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə ciddi maneə törətdiyini bildirirək, bu problemin həllində hər kəsin həmrəylik nümayiş etdirməsinin vacibliyini qeyd edib. R.Hacıyev…

Daha çox

“İşğaldan azad olunmuş ərazilərdə mühüm arxeoloji işlər görülür”

“İşğaldan azad edilən ərazilərimiz Azərbaycan tarixində arxeoloji, etnoqrofik və mülki tarix anlamında ən əhəmiyyətli ərazilərdir. Buna görə də Sovet dönəmində bu ərazilərdə arxeoloji qazıntılar aparılsa da təəssüf ki, muxtar qurumda ermənilər bu ərazini özününkü kimi göstərmək üçün yüzlərlə arxeoloji abidəni təhrif etmiş və istiqamətini ermənilərə tərəf döndərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. O bildirib ki, Azərbaycan yenidən öz torpaqlarının sahibi olduqda, yəni torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin ərazilərdə yenidən arxeoloji araşdırmalar aparılır: “Gələcəkdə bu istiqamətdəki işlər daha da genişləndiriləcək və yeni tarixi faktlar üzə çıxacaq.…

Daha çox

Xocalıya 26 ailə köçürüldü

Yanvarın 15-da Respublikamızın müxtəlif şəhər və rayonlarında müvvəqəti məskunlaşan Xocalıdan olan keçmiş məcburi köçkünlərin Xocalı şəhərinə köç karvanı yola salınıb. “Böyük Qayıdış” proqramı çərçivəsində bu gün Xocalı şəhərinə 25 nəfərdən ibarət 6 ailə, Ballıca kəndinə isə 102 nəfərdən ibarət 20 ailənin növbəti köçü baş tutub. Ağdamdan yola salınan keçmiş məcburi köçkünləri doğma ata-baba yurdlarında Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Xankəndi…

Daha çox