[ad_1] “Davos İqtisadi Forumu bütövlükdə dünyanın iqtisadiyyat dilinə yekun vurulması və növbəti ilin iqtisadi perspektivlərinin planlaşdırılması forumudur”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Bu baxımdan dünya ilə kifayət qədər geniş iqtisadi əlaqələri olan Azərbaycan üçün bu forum çox böyük əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan hazırda müqavilələr çərçivəsində Avropaya neft satır, qaz satır, müxtəlif ölkələrə qeyri-neft məhsulları ixrac edir. Yəni, Azərbaycanın dünya bazarının iştirakçısı kimi bu beynəlxalq perspektiv iqtisadi planlaşmada iştirakı çox vacib məsələlərdən biridir. Bilirsiniz ki, Azərbaycanda dövlət…
Daha çoxCategory: İqtisadiyyat
Bakı regional tədbirə ev sahibliyi edəcək
[ad_1] Ümumdünya Poçt İttifaqı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azərpoçt” MMC-nin birgə təşəbbüsü ilə yanvarın 28-30-da Bakıda Avropa və MDB regionu ölkələri üçün Nəqliyyat və Elektron Qabaqcıl Məlumatlar üzrə tədbirlər keçiriləcək. SİA RİNN-ə istinadən xəbər verir ki, Azərbaycanın poçt ekosistemində innovasiyaları təşviq etmək öhdəliyi ilə keçirilən tədbirlər poçt nəqliyyatı seminarı və Elektron Qabaqcıl Məlumatlar üzrə təlimi əhatə edəcək. Tədbirlərin məqsədi Avropa və MDB-dən olan poçt operatorlarını bir yerə toplamaqla müasir poçt sistemindəki çətinlik və imkanları müzakirə etmək, Elektron Qabaqcıl Məlumatlar və nəqliyyat logistikası, poçt təhlükəsizliyi funksiyaları ilə…
Daha çoxAMB “PAŞA Sığorta”ya icrası məcburi göstəriş verib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta” ASC-yə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində məlum olub ki, “PAŞA Sığorta” sığorta qaydalarında müəyyən edilmiş şərtlərlə sığorta müqavilələrinin bağlanılmasına dair tələbləri pozub. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən şirkətə icrası məcburi göstəriş verilib. [ad_2]
Daha çoxAzərbaycandan Avropaya yaşıl enerji dəhlizinin yaradılması üzrə atılacaq addımlar müzakirə olunub
[ad_1] “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika nazirinin müavini Orxan Zeynalov Özbəkistanın Daşkənd şəhərində keçirilən Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının su və energetika nazirlərinin növbəti görüşündə öaparılıb. Tədbirdə çıxış edən nazir müavini Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradələrinin və qarşılıqlı səfərlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə geniş imkanlar açdığını vurğulayıb. Azərbaycanın energetika sahəsində, xüsusilə bərpa olunan enerji sahəsində gördüyü işlər, əldə etdiyi uğurlar,…
Daha çoxQırmızı Ürəklər Fondu “İlin ən yaxşı tərəfdaşı” seçildi
[ad_1] Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. SİA mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub. Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib. Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı…
Daha çoxAzərbaycanın sığorta bazarı 11 %-ə yaxın böyüyüb
[ad_1] 2024-cü ildə Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 353,185 milyon manat sığorta haqqı toplanılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 10,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752,712 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,2 % çoxdur. Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,6 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 48 manat olub. [ad_2]
Daha çoxAzərbaycanda ötən il bütün istiqamətlərdə büdcə xərcləri tam icra edilməyib
[ad_1] 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin funksional təsnifatının bölmələri üzrə xərc istiqamətlərinin heç biri tam icra edilməyib. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, büdcə xərcləri 37 milyard 719,7 milyon manat olmaqla və yaxud təsdiq olunmuş proqnoza qarşı 2 milyard 22,6 milyon manat (5,1 %) az icra edilib. O cümlədən, ötən il ümumi dövlət xidmətləri xərcləri proqnoza nisbətən 9,1 % az – 4 milyard 115,2 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri proqnoza nisbətən 5,1 % az – 6 milyard 563,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə…
Daha çoxAzərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 1 % azalıb
[ad_1] 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 17 milyard 969,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 1,1 % çox, 2023-cü illə müqayisədə isə 1 % azdır. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 48,4 % olub. Neft-qaz sektoru üzrə daxilolmaların 26,6 %-i və yaxud 4 milyard 780,5 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 2,3 %-i və yaxud 408 milyon manatı sair daxilolmalar, 71,1 %-i və yaxud 12 milyard 781 milyon manatı Dövlət Neft Fondundan…
Daha çoxBələdiyyə seçkilərini 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək
[ad_1] Sabahkı bələdiyyə seçkiləri üçün akkreditasiyadan keçmiş müşahidəçilərin sayı açıqlanıb. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, seçkiləri 70 min 625 nəfər yerli müşahidəçi izləyəcək: “Seçkidə müşahidə aparmaq istəyən media nümayəndələri də heç bir quruma müraciət etmədən, tək jurnalist vəsiqəsi ilə bütün seçki məntəqələrində sərbəst müşahidə apara bilərlər. Azərbaycan bu baxımdan ilk ölkədir ki, jurnalistlərə belə imkan yaradılıb”. [ad_2]
Daha çoxÖtən il Abşeron dairəvi marşrutu üzrə NFC ödənişlərinin sayı 90 % artıb
[ad_1] 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi marşrutu üzrə vağzal və stansiyalarda NFC sistemini dəstəkləyən bank kartları ilə ödənişlərin aylıq orta istifadə sayı 210 060 dəfə olub. SİA xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yayıb. Məlumata görə, bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 89,8 % çoxdur. Xatırladaq ki, NFC ödənişləri üzrə 2021-ci il üzrə aylıq orta istifadə sayı 6 000, 2022-ci il üzrə 49 726, 2023-cü il üzrə 110 670 dəfə olub. Təmassız ödənişlər “ADY Mobile” tətbiqi, ADY kartları və ya NFC-ni dəstəkləyən bank…
Daha çox