[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 1 və 2 fevralda Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. SİA bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir. Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür. “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,-deyə məlumatda qeyd edilib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib
[ad_1] Ankara şəhərində Türkiyənin Ticarət, Azərbaycanın İqtisadiyyat və Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə-Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, tədbirdə hər üç ölkədən tikinti, tütünçülük, qida sənayesi, əczaçılıq, tikinti materialları, turizm, tekstil, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 200-ə qədər sahibkar iştirak edib. Biznes forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Ömer Bolat, Özbəkistanın investisiyalar,…
Daha çox“Kazmortransflot” gəmiləri 51 mindən çox konteyner daşınıb
[ad_1] Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətlər qrupuna daxil olan “Kazmortransflot” gəmiləri ilə Aktau-Bakı marşrutu üzrə iyirmi futluq ekvivalentdə (TEU) 51,4 min konteyner daşınıb. Bu barədə SİA-ya KMG-nin məlumatına istinadən xəbər verir. “2024-cü ildə konteyner daşımalarında müsbət dinamika müşahidə olunub. 2019-cu ildə istifadəyə verilən Aktau-Bakı-Aktau marşrutu üzrə “Kazmortransflot” tərəfindən ötən il 55 min TEU ümumi həcminin 94 %-i və ya 51,4 min TEU daşınıb”, – məlumatda qeyd olunub. Həmçinin 2024-cü ildə “Kazmortransflot”un gəmiləri ilə 13,2 milyon ton neft daşınıb. Bu da 2023-cü ilin göstəricisindən 22,2 % çoxdur. “Artım “Tengiz” və “Qarajanbaş” yataqlarından…
Daha çoxAzərbaycan Türkiyə və Özbəkistanla rəqəmsal əməliyyatlara dəstək təşəbbüslərini müzakirə edib
[ad_1] Azərbaycan Türkiyə və Özbəkistanla rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Həmkarlarla birlikdə Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət-iqtisadiyyat və nəqliyyat-infrastruktur nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etmək xoş oldu. Ölkələrimizin iqtisadi əməkdaşlığını dərinləşdirmək, qarşılıqlı ticarət həcmlərini artırmaq, özəl sektorları yeni investisiya layihələri həyata keçirməyə təşviq etmək, rəqəmsal əməliyyatlara fəal dəstək üzrə təşəbbüsləri nəzərdən keçirdik. Birgə fəaliyyətimizi gücləndirmək üçün növbəti addımları müəyyənləşdirdik”, – deyə nazir qeyd edib. [ad_2]
Daha çoxAZAL bank depozitlərini 3 dəfəyə yaxın artırıb
[ad_1] 2024-cü il yanvarın 1-nə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) banklarda 209,321 milyon manat vəsaiti olub. SİA bu barədə AZAL-ın maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, 2023-cü il yanvarın 1-i ilə müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə AZAL-ın depozitlərini saxladığı bankların sayı 2-dən 1-ə düşüb. [ad_2]
Daha çoxÖtən il Naxçıvan gömrüyü 51 cinayət xarakterli fakt aşkarlayıb
[ad_1] Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 51 cinayət xarakterli fakt aşkarlanıb, o cümlədən 39 fakt üzrə 40 şəxs barəsində cinayət işləri başlanılıb. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunu Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin rəisi Novruz Hacıyev 2024-cü il ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən kollegiya iclasında deyib. O qeyd edib ki, narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkiləri 21,5 kq-dan artıq heroin, 7 882 qramdan artıq həşiş, 2 214…
Daha çoxAzərbaycan Türkiyə və Özbəkistanla ticarəti genişləndirməyi müzakirə edib
[ad_1] Azərbaycan Türkiyə və Özbəkistanla ticarət əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Ankara şəhərində keçirilən Türkiyə- Azərbaycan-Özbəkistan biznes forumunda həmkarlarla birlikdə ölkələrimiz arasında iqtisadi birliyi gücləndirmək, biznes tərəfdaşlığının effektivliyini artırmaq, ticarət əlaqələrimizi genişləndirmək, ölkələrimiz və region üçün əhəmiyyətli investisiya layihələrinin təşviq etmək imkanlarını müzakirə etdik”, -deyə nazir qeyd edib. [ad_2]
Daha çoxCeyhun Bayramov Azərbaycan-Türkiyə-Özbəkistan nazirləri arasında üçtərəfli görüşdə çıxış edib
[ad_1] Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycan XİN başçısı çıxışı zamanı üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla geniş əməkdaşlıq sahələri mövcuddur. Ceyhun Bayramov həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları qeyd edib. Çıxışda mövcud regional…
Daha çoxAZAL eksklüziv satış agentini mülkiyyətinə keçirib
[ad_1] “Azərbaycan Hava Yolları” QSC (AZAL) eksklüziv satış agenti olan “Silk Rovv Travel” MMC-ni mülkiyyətinə keçirib. SİA bu barədə aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir. Adı çəkilən şirkət “Silk Vey Holdinq” MMC-yə daxil idi. Hesabata əsasən, ötən il mayın 1-də AZAL simvolik məbləğ – 50 manat ödəməklə xalis öhdəliyi 7 703 manat (audit edilməmiş) olan “Silk Rovv Travel”i törəmə müəssisə kimi əldə edib. [ad_2]
Daha çoxAvtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq
[ad_1] Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2 800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar…
Daha çox