[ad_1] Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır. SİA SOCAR-a istinadən xəbər verir ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin…
Daha çoxCategory: İqtisadiyyat
Gənclər Fondu auditor seçib
[ad_1] Gənclər Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Tax Audit” MMC-dir. Qalib şirkətə 3 965 manat ödəniləcək. Ötən il bu tenderin qalibi “Azəruçot” MMC olub. Şirkətə 10 450 manat ödənilib. Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. [ad_2]
Daha çoxMilli Depozit Mərkəzi sığortaçı seçir
[ad_1] Milli Depozit Mərkəzi (MDM) avtonəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 10 manatdır. İddiaçılar təkliflərini fevralın 21-nə qədər MDM-nin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 2 A ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 21-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq. [ad_2]
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
[ad_1] Yanvarın 30-da Amerika fond bazarlarında eniş davam edib. SİA-nın məlumatına görə, Dow Jones indeksi 0.31% – 44,713.52 bəndədək, S&P 500 indeksi 0.47% – 6,039.31 bəndədək, Nasdaq indeksi isə 0.51% – 19,632.32 bəndədək azalıb. Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 0.28% – 8,557.81 bəndədək və Almaniyanın DAX indeksi 0.97% – 21,637.53 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.32% – 7,872.48 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.03% azalaraq 1.0418 dollar təşkil edib. [ad_2]
Daha çoxNyu-York birjasında təbii qaz ucuzlaşıb
[ad_1] Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,16% artaraq 3,17 ABŞ dolları təşkil edib. [ad_2]
Daha çoxNeftin ucuzlaşması davam edir
[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,25% azalaraq 1 barelə görə 75,42 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,12% azalaraq 1 barelə görə 72,53 ABŞ dollarına bərabər olub. [ad_2]
Daha çoxBakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
[ad_1] Bu gün Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi,…
Daha çoxAvropa birjasında qazın qiyməti 550 dolları ötdü
[ad_1] Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb. SİA xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir. 29 yanvarda 6 %-ə yaxın artım qeydə alınıb. Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara qalxıb. Beləliklə, 15 noyabr 2023-cü il tarixindən bəri ilk dəfə 550 dollar səviyyəsi üstələnib. [ad_2]
Daha çoxTərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib…
[ad_1] İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib. SİA xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb. Görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq…
Daha çoxSumqayıt şəhərinə gətirilən avtobusların özəlliyi BƏLLİ OLDU
[ad_1] Sumqayıt şəhərində ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Şəhərə Çinin nüfuzlu Yutong şirkəti tərəfindən istehsal edilmiş 20 ədəd iri tutumlu, müasir tipli avtobus gətirilib. Bu avtobusların əsas xüsusiyyəti onların sıxılmış təbii qazla (CNG) işləməsidir ki, bu da onları ekoloji baxımdan daha təmiz və sərfəli nəqliyyat vasitəsinə çevirir. Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib ki, Sumqayıt şəhərinə 20 avtobus gətirilib və gələcəkdə də gətiriləcək. Digər köhnə avtobuslar isə maşurut xətlərində fəaliyyətini davam etdirir”. [ad_2]
Daha çox