Azərbaycandakı kredit ittifaqları ötən ili mənfəətlə bitiriblər

[ad_1] 2024-cü ildə Azərbaycandakı kredit ittifaqları 80 min manat xalis mənfəət əldə ediblər. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə kredit ittifaqları 250 min manat xalis zərər etmişdilər. Ötən il ərzində kredit ittifaqlarının xalis faiz gəlirləri 1 milyon 800 min manat (illik müqayisədə 5.3% az), əməliyyat mənfəətləri isə 900 min manat ( illik müayisədə 10% az) təşkil edib. 2025-ci ilin yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 3,1% və ya 400 min manat azalaraq 12,6 milyon manata bərabər olub. Bunun 10,6 milyon manatı və ya 84.1%-i müştərilərə verilmiş kreditlərdir.…

Daha çox

Pakistan şirkətləri Azərbaycanda “yaşıl enerji” sahələsində əməkdaşlığa dəvət edilib

[ad_1] Pakistan şirkətləri Azərbaycanda “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dəvət edilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovun Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsində enerji sahəsində mövcud imkanların reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin enerji şirkətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gündəlikdə olan layihələrlə bağlı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın bərpa olunan enerji sahəsində…

Daha çox

Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib

[ad_1] Azərbaycan və İsveçrə arasında vergi sahəsində yeni əməkdaşlıq imkanları müzakirə edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatrla videoformatda görüş keçirib. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparıb, həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüb. IOTA-nın fəaliyyətinin…

Daha çox

Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb

[ad_1] 2024-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 72 milyard 473,3 milyon manatlıq əməliyyat aparılıb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,6 dəfə çoxdur. İllik göstəricinin 8 milyard 651 milyon manatlıq hissəsi ilkin bazarda (5,1 % çox), 63 milyard 822,3 milyon manatlıq hissəsi isə təkrar bazarda (3,2 dəfə çox) formalaşıb. Hesabat dövründə qiymətli kağızlar bazarında 72 272 əqd bağlanılıb. Bu, illik müqayisədə 5,3 dəfə çoxdur. Əqdlərin 51 762-si ilkin bazarın (22,6 dəfə çox), 20 510-u isə təkrar bazarın (82,3 % çox) payına düşüb. Yanvar-dekabr aylarında…

Daha çox

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi auditor seçir

[ad_1] Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 46 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 18 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “SR Audit Solutions” MMC olub. Şirkətə 5 min manat ödənilib. [ad_2]

Daha çox

“Azərbaycan xammal daşımalarında mühüm iqtisadi mərkəzdir”

[ad_1] “Məlumdur ki, yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Bu mənada söyləmək istəyirəm ki, Azərbaycanın əhəmiyyətli beynəlxalq nəqliyyatı onun yolların qovşağında, İpək Yolu ilə Cənub-Şimal dəhlizinin üzərində yerləşməsi ölkə iqtisadiyyatı üçün nəqliyyat sektorunun strateji əhəmiyyətini artırır”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib. Hakan Aktürk sözlərinə belə davam edib: “Azərbaycan həm də xammal daşımalarında mühüm iqtisadi mərkəzdir. 2006-cı ilin mayında 1774 kilometrlik Bakı-Tbilisi-Ceyhan Neft Kəməri fəaliyyətə başlamışdır. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir. 2006-cı ilin…

Daha çox

Dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq

[ad_1] İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq. Bu barədə SİA-ya Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş “ƏLİF HACIYEV” elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş “QRADUŞİY” təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq. [ad_2]

Daha çox

Azərbaycanda dənizçilərin yekun imtahanları Dövlət Agentliyində keçiriləcək

[ad_1] Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi olaraq xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi, yenilənməsi, eləcə də sıravi heyət hazırlığı üzrə yekun imtahanlar mərkəzləşdirilmiş qaydada Agentlikdə keçiriləcək. SİA Agentliyə istinadən xəbər verir ki, sıravi heyət hazırlığı üzrə yekun imtahanlar fevralın 5-də, xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanlar isə martdan Agentlikdə təşkil olunacaq. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın (DHDNÇ) A-I/11-ci bölməsinin 1-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq dənizçilərin xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi, əvvəlki prosedurlarından fərqli olaraq, təlimlərə qatılmadan birbaşa Agentlik…

Daha çox

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir

[ad_1] İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi maliyyə hesabatlarının auditi xidməti üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 126,65 manatdır. İddiaçılar təkliflərini fevralın 13-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər. Təkliflərə fevralın 13-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bun tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 34 220 manat ödənilib. [ad_2]

Daha çox

İnformasiya təhlükəsizliyi ilə bağlı internet informasiya ehtiyatı yaradılıb

[ad_1] İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının (İTKK) rəsmi internet informasiya ehtiyatı Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində qeydiyyata alınaraq ona https://itkk.gov.az domen adı ayrılıb və “AzStateNet” şəbəkəsinə qoşulmaqla təhlükəsizliyinin gücləndirilməsi təmin edilib. SİA bu barədə quruma istinadən xəbər verir. Bildirilib ki, İTKK Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasında informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən…

Daha çox