[ad_1] Yanvarın 30-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.38% – 44,882.13 bəndədək, S&P 500 indeksi 0.53% – 6,071.17 bəndədək, Nasdaq indeksi isə 0.25% – 19,681.75 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında yanvarın 30-da FTSE 100 indeksi 1.04% – 8,646.88 bəndədək, Fransanın CAC-40 indeksi 0.41% – 21,727.20 bəndədək, Almaniyanın DAX indeksi 0.88% – 7,941.64 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.01% azalaraq 1.0390 dollar təşkil edib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
NYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
[ad_1] Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,55% artaraq 3,096 ABŞ dolları təşkil edib. [ad_2]
Daha çoxDünya bazarlarında neftin qiyməti artıb
[ad_1] ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,62% artaraq 1 barelə görə 76,36 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,88% artaraq 1 barelə görə 73,37 ABŞ dollarına bərabər olub. [ad_2]
Daha çoxİtaliya-Serbiya Biznes Forumu keçiriləcək
[ad_1] Belqradda İtaliya-Serbiya Biznes Forumu təşkil olunacaq. SİA xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bildirilir ki, İtaliya Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani bu gün Serbiyanın paytaxtı Belqrada səfər edəcək. Nazir səfər çərçivəsində Serbiya Prezidenti Aleksandar Vuçiç və xarici işlər naziri Marko Curiç ilə görüşlər keçirəcək. İtaliya və Serbiyanın 400-dən çox şirkətinin təmsil olunacağı Biznes Forumda enerji keçidi, aqrotexniki və sənaye, xüsusilə yüksək texnoloji məzmunlu sektorlarda əməkdaşlıq üçün yeni imkanlar nəzərdən keçiriləcək. [ad_2]
Daha çoxDİQQƏT: Sabah bəzi ərazilərdə qaz kəsiləcək
[ad_1] DİQQƏT: Sabah bəzi ərazilərdə qaz kəsiləcək [ad_2]
Daha çox“Azərbaycanın yaşıl enerji sahəsində imkanları çox böyükdür”
[ad_1] “Strategy International” şirkətinin enerji, geosiyasət və təchizat zəncirləri üzrə direktoru, qlobal enerji marketi eksperti Dr. Siril Vidderşoven sualları cavablandırıb. SİA bu barədə AZƏRTAC-a istinad edir. – Cənab Vidderşoven, qlobal iqtisadiyyat kontekstində Azərbaycanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? – Azərbaycanın qlobal kontekstdə mövqeyi güclənib. Ölkə təkcə regionda deyil, həm də Avropa İttifaqı (Aİ) və ABŞ üçün strateji əhəmiyyətli oyunçuya çevrilib. Azərbaycanın tutduğu kurs müsbət qiymətləndirilir ki, bu da ki Qərb iqtisadi bloku ilə ticarət əlaqələrinin artmasına xidmət edir. Bakının Aİ ilə enerji əlaqələri, əsasən, Rusiya-Ukrayna müharibəsi və Rusiyanın enerji ixracına qarşı…
Daha çoxAzərbaycan sahibkarları 2-ci Məkkə Halal Forumuna dəvət olunur
[ad_1] Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib. KOBİA-dan SİA-ya bildirilib ki, fevralın 25-27-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2-ci Məkkə Halal Forumu keçiriləcək. Səudiyyə Ərəbistanı Krallığının Ticarət Nazirliyinin himayəsi altında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən iştirakçıların bir araya gələcəyi tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır. “Halal dayanıqlı inkişaf” mövzusuna həsr olunacaq forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunacağı platformadır. İlk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda…
Daha çoxAzərbaycan-Qırğız İnkişaf Fondunun yeni investisiya siyasəti təsdiq edilib
[ad_1] Azərbaycan-Qırğız İnkişaf Fondunun yeni redaksiyada investisiya siyasəti, həmçinin 2 layihənin investisiyası təsdiq edilib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən Şuranın 4-cü iclasında razılıq əldə edilib. Tədbirdə Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İclasda vurğulanıb ki, Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə genişlənir. İqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün dövlətlərimizin başçıları tərəfindən qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Bu baxımdan, dövlətlərimiz arasında…
Daha çoxİqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edib
[ad_1] İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Xızı şəhərində Xızı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kredit, işlə təmin olunma və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib. [ad_2]
Daha çoxAqrar Tədqiqatlar Mərkəzində ötən il 1130 sənəd hazırlanıb
[ad_1] Aqrar Tədqiqatlar Mərkəzinin Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ildə 5 istiqamət üzrə – məlumat bazalarının yaradılması, elmi tədqiqatlar, diaqnostika və təhlil, monitorinq və qiymətləndirmə və doktorantura təhsili sahələrində işlər uğurla davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, ümumilikdə, Mərkəzdə 2024-cü ilin Fəaliyyət Planı üzrə 31 tədbirin 27-si tam və ya qismən icra olunub. Elektron Sənəd Dövriyyəsi Sistemi (ESDS) üzrə daxil olmuş 103 tapşırığın icrası təmin edilib. 2024-cü ildə də Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən beynəlxalq təcrübədə istifadə olunan metodikalar əsasında aqrar siyasətin nəticələri…
Daha çox