Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini müzakirə edib

[ad_1] Azərbaycan İtaliya ilə birgə investisiya layihələrini və yeni fəaliyyət istiqamətlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “İtaliyaya səfərimiz zamanı bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso ilə görüşmək xoş oldu. İkitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikirlərimizi bölüşdük”,- deyə nazir qeyd edib. [ad_2]

Daha çox

DVX 643 vergi ödəyicisi üzrə materialları istintaqa göndərib

[ad_1] Ötən il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materialları aidiyyəti istintaq orqanına göndərib. SİA bu barədə DVX-yə istinadən xəbər verir. Həmçinin “İnzibati icraat haqqında” Qanuna əsasən, borclu vergi ödəyicilərinin borcunun ödənilməsi ilə bağlı tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5,1 min qərar qəbul edilib. Bundan başqa, vergi borcunun dövlət büdcəsinə alınması məqsədilə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına müvafiq sərəncamlar göndərilib, 7 008 şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması təmin olunub, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min qərar…

Daha çox

Türkiyə Ticarət Nazirliyi Azərbaycanı ixrac üçün hədəf ölkələr siyahısına daxil edib

[ad_1] Türkiyə Ticarət Nazirliyi Azərbaycanı 2025-ci ildə ixrac üçün hədəf ölkələr siyahısına daxil edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətinə istinadən məlumat verib. Bu il siyahıya ümumilikdə 55 ölkə, o cümlədən Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Cənubi Koreya, İraq, Qətər, Liviya, Özbəkistan, Rusiya və Səudiyyə Ərəbistanı daxil edilib. Bu status ölkələrə Türkiyə ilə qarşılıqlı ticarətdə əlavə dəstək almağa imkan verir. Türkiyə Ticarət Nazirliyi tərəfindən razılaşdırılmış siyahı Xarici İqtisadi Əlaqələr Şurasının Baş Katibliyinə, Türkiyə İxrac-Kredit Bankına və Türkiyə Palatalar və Birjaları Birliyinin Baş Katibliyinə göndərilir. Xatırladaq ki,…

Daha çox

Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib

[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş *“Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib. Artıq buraxılışda yalnız maksimum məbləğ əks olunacaq. Əvvəllər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləğ də qeyd olunurdu. Bununla yanaşı, geri satınalma qiymətinin müəyyən edilməsi qaydası əlavə edilib. Əgər…

Daha çox

AMB-də Azərbaycan banklarının bu il üzrə hədəfləri müzakirə edilib

[ad_1] Azərbaycan Mərkəzi Bankında (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında yazıb. “2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – T. Kazımov qeyd edib. [ad_2]

Daha çox

Azərbaycanın BMT ilə yeni Çərçivə Sənədinin istiqamətləri açıqlanıb

[ad_1] Azərbaycanla BMT arasında imzalanması planlaşdırılan yeni Çərçivə Sənədi üçün təkliflər irəli sürülüb. SİA xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib. Onun sözlərinə görə, yeni Çərçivə Sənədində aşağıdakı əsas istiqamətlərin əks olunması təklif edilir: – COP29 çərçivəsində elan edilən iqlim təşəbbüslərinin həyata keçirilməsi, – İşğaldan azad olunmuş ərazilərin reinteqrasiyası üçün dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi, – Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 18-ci məqsədinin sənədə daxil edilməsi və mina təhlükəsizliyinin gücləndirilməsi, …

Daha çox

“Azərsığorta”ya məxsus 41 avtomobil hərraca çıxarılacaq

[ad_1] İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ləğv prosesində olan Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” ASC-nin balansında olan 41avtonəqliyyat vasitəsini açıq hərraca çıxarır. SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, hərrac fevralın 13-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək. Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, şirkətin hesabına beh ödəməlidir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin yanvarın 31-də Dövlət…

Daha çox

Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir

[ad_1] Hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir. Bu barədə SİA-ya “AzerEnerji” ASC-yə istinadən xəbər verir. Məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir. 6…

Daha çox

Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə 1,7 milyard manatlıq təşəbbüs reallaşdırıb

[ad_1] Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 1,7 milyard manatlıq 23 təşəbbüs reallaşdırıb. SİA xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində yazıb. Nazirin sözlərinə görə, qeyri-neft sektorunun dayanıqlı inkişafı, bu sahəyə xarici investisiyaların cəlb olunması, müasir standartların və qabaqcıl təcrübələrin tətbiqi ilə yeni müəssisələrin yaradılması əsas prioritetlərimizdəndir: “Son 5 ildə Azərbaycan İnvestisiya Şirkətinin (AIC) dəstəyi ilə 19 yeni müəssisənin tikintisi daxil olmaqla, qida, tikinti, əczaçılıq, qablaşdırma, dağ-mədən, yaşılenerji və digər sahələrdə 23 təşəbbüs reallaşdırılıb. Ümumi dəyəri 1,7 milyard manat olan bu layihələr…

Daha çox

Avropada qazın qiyməti 555 dollara çatıb

[ad_1] Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 555 ABŞ dollarına çatıb. SİA xəbər verir ki, 30 yanvar tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 555 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (550,6 dollar) ilə müqayisədə 0,8% çoxdur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. [ad_2]

Daha çox