Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

[ad_1] Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub. Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib. [ad_2]

Daha çox

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi

[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yolunda yeni piyada keçidi inşa edib. SİA bu barədə agentliyə istinadən xəbər verir. Yeni yerüstü piyada keçidi yolun 262,5-ci km-də tikilib. Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3,2 metr, yol səviyyəsindən hündürlüyü isə 5,5 metr təşkil edir. Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri aparılıb, yolun hər iki tərəfində avtobus dayanacağı quraşdırılıb. Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək. [ad_2]

Daha çox

Azərbaycanda problemli kreditlər yenə artıb

[ad_1] 2024-cü il dekabr ayının 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsimdən əldə etdiyi məlumatda bildirilib. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il dekabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq, milli valyuta ekvivalentində 29066,8 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 24277,5 milyon manatı və ya 83,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,1 faizi banklar, 5,9 faizi isə bank olmayan kredit təşkilatları…

Daha çox

Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib

[ad_1] Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. SİA komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.…

Daha çox

“Ötən il Azərbaycan Beyin Mərkəzləri Platforması yaradılıb”

[ad_1] “İİTKM beynəlxalq əməkdaşlığı genişləndirərək Böyük İyirmiliyin və Böyük Yeddiliyin beyin mərkəzləri platformalarında – T20 və T7-də Azərbaycanı uğurla təmsil edir”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib. Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında Mərkəzdə keçirilən Beynəlxalq Valyuta Fondunun “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlimində 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edib. Noyabr ayında isə Asiya İnkişaf Bankı, Asiya İnkişaf Bankı İnstitutu…

Daha çox

Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb

[ad_1] Ötən il Naxçıvanda vergi orqanlarına ümumilikdə 1865 müraciət daxil olub ki, onların da 87,9 faizini ərizələr, 12,1 faizini şikayətlər, qalan hissəsini isə müxtəlif təkliflər təşkil edib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, müraciətlərin 98,4 faizinin baxılması 2024-cü ildə başa çatdırılıb, 1,6 faizi isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,1 faizi həll olunub, 2,8 faizi barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib. Ötən il Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müvafiq vəzifəli şəxslər tərəfindən…

Daha çox

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

[ad_1] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib. İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir…

Daha çox

İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilir

[ad_1] İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirir. SİA-nın məlumatına görə, o bildirib ki, ötən il Mərkəz əsas fəaliyyət istiqaməti olan monitorinq və qiymətləndirmə işini davam etdirib, “Layihə idarəetməsi” modulunu formalaşdıraraq tətbiqinə başlayıb. Qurum strateji planlaşdırma, təhlil və tədqiqat üzrə fəaliyyətini dərinləşdirməklə yanaşı, T7 və T20 kimi qlobal beyin mərkəzləri şəbəkələri ilə yaxından əməkdaşlıq edərək beynəlxalq müstəvidə Azərbaycanı təmsil edib. İİTKM-in nəzdində fəaliyyət göstərən “Azexport” və “Enterprise Azerbaijan” portalları, Rəqəmsal Ticarət Qovşağı, “Bir…

Daha çox

Muxtar Babayev Adel əl-Cubeyrlə COP29-un nəticələrini müzakirə edib

[ad_1] Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Davosda Dünya İqtisadi Forumunun kuluarlarında Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim məsələləri üzrə səfiri Adel ibn Əhməd əl-Cubeyrlə görüşüb. Bu barədə SİA COP29 sədrliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verib. Söhbət zamanı tərəflər Bakıda keçirilmiş COP29-un nəticələrini və hər iki ölkənin bərpa olunan enerjiyə investisiyaların artırılması planlarını müzakirə ediblər. Qeyd edək ki, M.Babayev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Forum bu il yanvarın 20-dən 24-dək davam edəcək. [ad_2]

Daha çox

“İİTKM 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”

[ad_1] “İİTKM ölkə üçün böyük əhəmiyyət kəsb edən sənədlərin – “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” daxil olmaqla 10 proqramın monitorinq və qiymətləndirməsini aparır”. SİA xəbər verir ki, bu sözləri İİTKM-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı deyib. Vüsal Qasımlı sözlərinə belə davam edib: “2024-cü ilin oktyabr ayında isə Prezident…

Daha çox