[ad_1] Bu gün maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (IMF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə məsləhətləşmələrə dair hazırlıq işləri və bununla əlaqədar IMF-in aparacağı analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub. A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft…
Daha çoxCategory: İqtisadiyyat
ASCO təmir etdiyi gəmilərin sayını açıqlayıb
[ad_1] 2024-cü ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 1 088 gəmi təmir edilib. SİA xəbər verir ki, bu barədə ASCO məlumat yayıb. Təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb. Ötən il təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub. Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4 707 iş yerinə yetirilib.…
Daha çox“Azərbaycan Kredit Bürosu” elektron pul təşkilatları ilə əməkdaşlığa başlayıb
[ad_1] “Azərbaycan Kredit Bürosu” MMC (AKB) “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Mərkəzi Bankdan lisenziya almış “GoldenPay” ASC ilə əməkdaşlığa başlayıb. SİA bu barədə Büroya istinadən xəbər verir. Məlumata görə, bu, AKB-nin elektron pul təşkilatları arasında ilk tərəfdaşıdır. Bununla da, Büronun tərəfdaşlarının sayı 251-ə çatıb. Digər tərəfdaşlar 46 bank (24-ü ləğv prosesindədir), 64 bank olmayan kredit təşkilatı (BOKT, 9-u ləğv prosesindədir), 38 kredit ittifaqı (4-ü ləğv prosesindədir), 22 sığorta şirkəti (6-si ləğv prosesindədir), 18 lizinq şirkəti, 5 faktorinq şirkəti, 1 kollektor agentliyi, 44 hissəli satış şirkəti (mağaza), 3…
Daha çox140 ədəd müxtəlif markalı mobil telefon aşkar edilib
[ad_1] Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib. SİA Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib. Faktla bağlı araşdırma aparılır. [ad_2]
Daha çoxDövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb
[ad_1] Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb. DGK-dən SİA-ya bildirilib ki, komitə sədri görüşdən öncə Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Qusar, Quba və Xaçmaz rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Görüş zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması…
Daha çoxİqtisadiyyat naziri bir sıra görüşlər keçirib
[ad_1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Liderlər Dairəsi: Enerji Keçidinin Maliyyələşdirilməsi – Yeni Üfüq” sessiyasına qatılıb. Nazirlikdən SİA-ya bildirilib ki, sessiya çərçivəsində uğurlu enerji transformasiyası üçün mövcud imkanlar və əsas çağırışlar, enerji keçidinin maliyyələşdirilməsi məsələləri istiqamətində müzakirələr aparılıb. Tədbirdə iqtisadiyyat naziri Azərbaycanın dünyanın enerji təhlükəsizliyində və davamlı enerji təminatında etibarlı tərəfdaş kimi fəal təşəbbüsləri, yaşıl enerji keçidi strategiyası haqqında məlumat verib. Ölkəmizdə həyata keçirilən günəş və külək enerjisinin istehsalı layihələri, eləcə də yaşıl enerjinin ixracı imkanları diqqətə çatdırılıb. Ölkəmizin ev…
Daha çoxADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur
[ad_1] “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və onun strukturuna daxil olan qurumlar öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün lisenziya və icazələrin alınması tələbindən azad ediləcək. SİA xəbər verir ki, bu, “Nəqliyyat haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində vahid prinsiplərin tətbiqinə, öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri çevik, operativ görə bilməsinə xidmət edir. Belə ki, analoji qayda Ticarət Gəmiçiliyi…
Daha çoxÇaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadları aradan qaldırılıb
[ad_1] Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Çaykənd-Quşçu-Sarısu yolunda sürüşmənin fəsadlarını aradan qaldırıb. SİA bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, ötən gün Göygöl rayonunda, yolun 2-ci km-lik hissəsində yamacdan torpaq qatının yolun hərəkət hissəsinə doğru sürüşməsi baş verib. Dərhal əraziyə Agentliyin Göygöl rayonu üzrə tabeli təşkilatının xüsusi texnikası və canlı qüvvəsi səfərbər olunub. Qısa müddətdə yolun hərəkət hissəsi torpaq qatından təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. [ad_2]
Daha çoxNisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
[ad_1] Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək. SİA xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsində və “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub. [ad_2]
Daha çox“Aqroservis” nizamnamə kapitalının artırılması ilə bağlı auditor seçib
[ad_1] Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASCnizamnamə kapitalında dəyişiklik edilməsi ilə bağlı audit rəyi üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Himmara Audit” MMC-dir. Qalib şirkətə 7 531 manat ödəniləcək. [ad_2]
Daha çox