[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) “Finans Kredit İttifaqı”, “Total Finans Kredit İttifaqı” və “Stimul Kredit İttifaqı” MMC-lərə icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, kredit ittifaqları 2024-cü ilin IV rübünə dair hesabatlar təqdim etməyib, bununla da, “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbini təmin etməyib. Odur ki, “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələbləri rəhbər tutalaraq, onlara bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib. [ad_2]
Daha çoxCategory: İqtisadiyyat
“Davos forumu mühüm əhəmiyyət kəsb edir”
[ad_1] “Davos forumu çox əhəmiyyətli bir hadisədir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. O bildirib ki, Davos iqtisadi forumunda cənab Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirdi: “Bu təkbətək görüşlər bir sıra ölkə başçıları və şirkət rəhbərləri ilə oldu. Azərbaycan bu səbəbdən bir çox ölkələr üçün olduqca maraqlıdır. Təbii ki, bunların hamısı bizim üçün müsbətdir. Hər bir ölkənin özünəməxsus şəkildə Azərbaycanla perspektiv əlaqələri var. Bunlar istər iqtisadi, istərsə də digər sahələrlə bağlıdır. Prezident İlham Əliyevin görüşləri isə xüsusi əhəmiyyət kəsb edir”. Banuçiçək Hüseynli [ad_2]
Daha çoxAMB dövlət bankına icrası məcburi göstəriş verib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan “Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, “Azər-Türk Bank” “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbini pozduğu üçün “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbi rəhbər tutularaq, Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması, qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. Həmin bəndə görə, sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklarda leverec əmsalı ( I dərəcəli kapitalının balans aktivlərinə və…
Daha çoxÖtən il yol təsərrüfatına dəyimiş ziyanın məbləği
[ad_1] 2024-cü il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 788 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib. Məlumata görə, bunun nəticəsində 8878 pm əyrixətli tirlər, 52 ədəd beton bordür, 387 pm mühafizə çəpəri, 40 ədəd işıq dirəyi, 56 ədəd yol nişanı, 12 m2 istinad divarı, 416,5 m2 asfalt-beton örtük, 3 ədəd məlumat lövhəsi, 200 m2 fibrobeton,10 m2 travertin, 2 ədəd teksalit və 20 m körpü məhəccəri, 27,2 m2 mərmər, 36,56…
Daha çoxAzərbaycan və “Wind Systems A/S” külək enerjisi əməkdaşlığını müzakirə edib
[ad_1] Azərbaycan və “Wind Systems A/S” şirkəti arasında külək enerjisindən istifadə istiqamətində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində şirkətin vitse-prezidenti Morten Dirholm ilə görüşdə baş tutub: “Yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”. [ad_2]
Daha çoxAMB və IMF “Maliyyə sektorunun qiymətləndirilməsi” layihəsini müzakirə edib
[ad_1] Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında “Maliyyə sektorunun qiymətləndirilməsi” layihəsi müzakirə edilib. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr IMF-in Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiya rəhbəri Anna Bordon ilə görüşdə baş tutub: “Görüşdə Azərbaycanda makroiqtisadi vəziyyət, ortamüddətli dövr üzrə makroiqtisadi gözlənti və proqnozlar, pul siyasəti üzrə islahatlar və qəbul olunan qərarlar, habelə maliyyə sektorunun sabitliyi üzrə siyasət çərçivəsi, IMF-nin maliyyə sektorunun qiymətləndirilməsi layihəsi üzrə tövsiyələrinin tətbiqi ətrafında geniş fikir mübadiləsi apardıq.…
Daha çoxSentyabrda Bakıda Su Həftəsi keçiriləcək
[ad_1] Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransını özündə birləşdirən sayca ikinci Bakı Su Həftəsi sentyabrın 12-14-də baş tutacaq. SİA tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkətinə istinadən xəbər verir ki, Azərbaycanla yanaşı, bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Bakı Su Həftəsi ilk dəfə olaraq 2024-cü ildə keçirilib. Bu tədbirdə 16 ölkədən 97 şirkət iştirak etmiş və üç gün ərzində tədbiri 4500-ə yaxın şəxs ziyarət edib. Eləcə də, sərgi çərçivəsində 145 işgüzar B2B görüş keçirilib. Burada yerli və xarici şirkətlərin nümayəndələri gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu…
Daha çoxİcbari Sığorta Bürosu ötən il 967 min manata yaxın kompensasiya ödəyib
[ad_1] 2024-cü ildə İcbari Sığorta Bürosu (İSB) sığortasız və naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə ümumilikdə 966 559 manat məbləğində kompensasiya ödəyib. SİA xəbər verir ki, bu barədə İSB məlumat yayıb. Hesabat dövründə 252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) ilə nəticələnmiş hadisələrə görə 41 000 manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 634 manat məbləğində ödənişlər həyata keçirilib. Kompensasiya ümumilikdə 403 şəxsi əhatə edib. İSB-dən bildirilib ki,…
Daha çoxAZAL və NATS strateji əməkdaşlıq haqqında saziş imzalayıb
[ad_1] “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb. SİA AZAL-a istinadən xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur. AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib: Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması. Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq…
Daha çoxƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
[ad_1] Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,38% azalaraq 2 760,3 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,72% azalaraq 31,2 ABŞ dollarına bərabər olub. [ad_2]
Daha çox